Cəfər Vəliyev http://adam.az/images/com_sobi2/clients/2592_img.jpg Cəfər Cəbrayıl oğlu Vəliyev 1930-cu il noyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan Respublikası Nazirlər Sovetində başlayan Cəfər Vəliyev 1960-cı ilədək burada mədəniyyət şöbəsində böyük məsləhətçi, referent, sədr müavininin köməkçisi və şöbə müdirinin müavini, 1960-1962-ci illərdə

Bu konu 1002 kez görüntülendi 0 yorum aldı ...
Cəfər Vəliyev 1002 Reviews

    Konuyu değerlendir: Cəfər Vəliyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1002 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cəfər Vəliyev

    Cəfər Vəliyev




    Cəfər Cəbrayıl oğlu Vəliyev 1930-cu il noyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
    Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan Respublikası Nazirlər Sovetində başlayan Cəfər Vəliyev 1960-cı ilədək burada mədəniyyət şöbəsində böyük məsləhətçi, referent, sədr müavininin köməkçisi və şöbə müdirinin müavini, 1960-1962-ci illərdə Azərbaycan KP MK inzibati orqanlar şöbəsi müdirinin müavini işləmişdir.
    1962-1971-ci illərdə Azərbacan Respublikası Prokurorunun birinci müavini, 1971-1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1978-1987-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, 1987-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri, 1992-2000-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, 2000-2005-ci illərdə isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışmışdır.

    Respublikamızın ictimai həyatında yaxından iştirak edən Cəfər Vəliyev bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
    Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə həmişə yüksək peşəkarlıq, böyük təşkilatçılıq qabiliyyəti, prinsipiallıq nümayiş etdirən Cəfər Vəliyev özünə xas tələbkarlığı, məsuliyyət hissi, mənəvi saflığı və insanlara münasibətdə həssaslığı sayəsində dərin hörmət və rəğbət qazanmışdır. Onun ölkəmizin hüquq-mühafizə orqanlarında kadrların yetişdirilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində təqdirəlayiq xidmətləri vardır.
    Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə Cəfər Vəliyev respublikamızda seçki sisteminin yeni ictimai-siyasi şəraitdə dövrün tələblərinə uyğun qurulmasına öz töhfəsini vermişdir. Cəfər Vəliyev dövlət işləri ilə yanaşı, elmi-pedaqoji sahədəki fəaliyyətini uğurlu şəkildə əlaqələndirmişdir. O, hüquq elmi ilə bağlı müxtəlif məqalələrin, kitab və monoqrafiyanın müəllifi idi.

    Hüquq elmləri namizədi (1963), professor(1993), Azərbaycan Milli Yaradıcılığ Akademiyasının hüquq doktoru (1991), Azərbaycanın əməkdar hüquşünası (1990), daxili xidmət general-leytenantıdır. Cəfər Vəliyev bir müddət özəl sektorda, "Messenat Holdinq Şirkətlər qrupu"nun prezidenti vəzifəsində çalışmışdır.
    Cəfər Vəliyevin çoxillik səmərəli fəaliyyəti və ölkəmizdə hüquq elminin inkişafında xidmətləri yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Fərmanı ilə "Şöhrət", 11 noyabr 2005-ci il tarixli Sərəncamı ilə "İstiqlal" ordenləri ilə təltif edilmişdir. Həmçinin SSRİ, Polşa, Çexoslovakiya, Monqolustan və Kubanın orden və medalları ilə də təltif edilmişdir.
    Azərbaycanın əməkdar hüquqşünası, general-leytenant, professor Cəfər Cəbrayıl oğlu Vəliyev 2012-ci il iyunun ayının 1-də Bakı şəhərində vəfat etmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Cəfər Vəliyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1002

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş