Ağa Qurban oğlu Əliyev 1911-ci ildə anadan olmuşdur. Görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı. Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri neftçisi, SSRİ dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Əliyev 1936-cı ildə Azərbaycan Sənaye institutunu bitirmiş, neft və qaz yataqları geologiyasıvə kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Gənc geoloqun təyinatı Suraxanı rayonundakı ''Kaqanoviç'' NMİ-yə verilmiş və

Bu konu 1169 kez görüntülendi 0 yorum aldı ...
Ağa Əliyev 1169 Reviews

    Konuyu değerlendir: Ağa Əliyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1169 kez incelendi.

Konu: Ağa Əliyev

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Ağa Əliyev

    Ağa Qurban oğlu Əliyev 1911-ci ildə anadan olmuşdur.

    Görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı. Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri neftçisi, SSRİ dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Əliyev 1936-cı ildə Azərbaycan Sənaye institutunu bitirmiş, neft və qaz yataqları geologiyasıvə kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnmişdir.

    Gənc geoloqun təyinatı Suraxanı rayonundakı ''Kaqanoviç'' NMİ-yə verilmiş və tezliklə baş geoloq vəzifəsinə təyin olunmuşdur. Az müddətdə böyük bacarığa, güclü daxili enerjiyə malik olan Ağa Əliyev özünün təşəbbüskarlığı ilə hər yerdə tanınmağa başlanmışdır.

    1945-ci ildə dəniz kəşfiyyatının xüsusi tresti yaradılarkən dənizdə geoloji kəşfiyat işlərinə rəhbərlik Ağa Əliyevə tapşırılmışdır.

    Geologiya-mineralogiya elmləri doktoru və Azərbaycan Respublikasının əməkdar mühəndisi olan A.Əliyev apardığı geoloji tədqiqatlar nəticəsində Abşeron və Bakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozunu vermiş və geoloji axtarış və kəşfiyyat işlərinin harada aparılmasını əsaslandırmışdır.

    Əfsanəvi Neft Daşlarının kəşfçisi Ağa Qurban oğlu Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilmişdir ki, bunlardan ''Neft Daşları'', ''Gürgən-dəniz'', ''Qum adası'', ''Bahar'' və başqalarını göstərmək olar, Küryanı vilayətdə isə ''Kürovdağ'', ''Mişovdağ'', ''Qalmas'', ''Qarabağlı'', ''Kürsəngə'', ''Kəlaməddin'' və Abşeron yarımadasında ''Şabandaq'', ''Qaradaq'', ''Qaraçuxur'' neft və qaz yataqları kimi 20-yə yaxın-zəngin neft və qaz yataqları açılmışdır.

    ''Neft Daşları''nın kəşfindən sonra bu böyük antiklinal xəttin üstündəki Neft Daşlarının ardınca ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' kimi böyük ehtiyata malik neft yataqları aşkar olunmuşdur. Ağa Əliyev həqiqətən böyük müəllimdir və heç vaxt neft geologiyası sahəsində təkcə tədqiqatlar aparmaqla kifayətlənmişdir.

    İstehsalatda rəhbər vəzifədə çalışmaqla bərabər həm də neftçi mütəxəssislərin hazırlanmasına qayğı göstərmişdir.

    İndiki Neft Akademiyasında düz 20 il pedaqoji fəaliyyətlə məşğul olması neftimizin sabahını düşünməyin məsuliyyətindən irəli gəlmişdir. 1966-cı ildə professor A.Əliyev Azərbaycan Dövlət Neft Sənaye Elmi Tədqiqat Layihə İnstitutuna baş geoloq-direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur.

    O zamanlar bu institut böyük nüfuza malik idi və onun direktoru akademik Ə.Ə. Əlizadə idi. Bu iki alimin rəhbərliyi altında neft yataqlarının kəşfiyyatı və işlənməsi üzrə böyük elmi əhəmiyyət kəsb edən bir sıra tədqiqat işləri aparılmışdır. A.Əliyevin şəxsən özünün neft və qaz yataqlarında flüidlərin yerləşmə qanuna uyğunluqlarına həsr etdiyi tədqiqatlar həm nəzəri, həm də təcrübə baxımdan görkəmli neft alimlərinin böyük marağına səbəb olmuşdur.

    Ağa Qurban müəllimin 150-dən çox elmi əsəri və 3 monoqrafiyası çap olunmuşdur. Görkəmli alimin səyi, bacarığı və böyük xidmətləri nəticəsində çoxlu gənc elmi kadrlar hazırlanmışdır. Onun rəhbərliyi altında 15 nəfər geologiya-mineralogiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişlər.

    Zəngin istehsalat təcrübəsi, təşkilatçılıq bacarığı, elmipedoqojifəaliyyəti, geniş dünyagörüşü professor A.Q. Əliyevi böyük alimlərin və geoloqların sırasına çıxartmışdır. Alimin neftvə qaz geologiyası sahəsində çoxşaxəlielmi xidmətləri, habelə hərtərəfli içtimai fəaliyyəti iki Qırmızı Əmək Bayrağı, ''Şərəf Nişanı'' ordenləri ilə, SSRİ Dövlət Mükafatı laureatı və dörd Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə yüksək qiymətləndirilmişdir.

    A.Q. Əliyev iki çağrış Azərbaycan SSR Ali Sovetinin həm də Rəyasət heyəyinin üzvü olmuşdur. S. Orucov, Y. Səfərov və başqaları ilə birgə Neft Daşlarına gələn ''desant''lardan olan Ağa Qurban oğlu Əliyev ömrünün 60 ildən çoxunu neft və qaz yataqlarının kəşfinə və səmərəli işlənməsinə sərf etmişdir ki, bu da közəl insanın, peşəkar bir neftçinin, öz sənətini sevməsinin və ondan zövq almasının parlaq bir nümunəsidir.

    Ağa Əliyev 1997-ci ildə vəfat etmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ağa Əliyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1169


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş