http://s47.radikal.ru/i115/0812/36/f30b0f7baf67.jpg APA-nın hadise yerinde olan müxbirinin melumatına göre, hadise saat 8.20-de Nizami rayon Naxcıvanski küçesi, 34 saylı beşmertebeli binanın ikinci blokunun 5-ci mərtəbəsində baş verib. Qaz sızmasından baş verən partlayış nəticəsində 3-cü, 4-cü, 5-ci mərtəbələrdəki mənzillər dağılaraq, tam yararsız hala düşüb. Ümumilikdə 6 mənzil dağılıb, ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə xeyli sayda yanğınsöndürmə və təcili yardım

Bu konu 3109 kez görüntülendi 1 yorum aldı ...
Bakıda güclü partlayış 3109 Reviews

    Konuyu değerlendir: Bakıda güclü partlayış

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3109 kez incelendi.

  1. #1
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    02.08.2008
    Mesajlar
    1.686
    Konular
    181
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    738
    @Ayselim

    Standart Bakıda güclü partlayış


    APA-nın hadise yerinde olan müxbirinin melumatına göre, hadise saat 8.20-de Nizami rayon Naxcıvanski küçesi, 34 saylı beşmertebeli binanın ikinci blokunun 5-ci mərtəbəsində baş verib.
    Qaz sızmasından baş verən partlayış nəticəsində 3-cü, 4-cü, 5-ci mərtəbələrdəki mənzillər dağılaraq, tam yararsız hala düşüb. Ümumilikdə 6 mənzil dağılıb, ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə xeyli sayda yanğınsöndürmə və təcili yardım maşını çağırılıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altında qalanların xilas edilməsi üçün tədbirlər görür. Dağıntılar altında qalanlar arasında uşaqların da olduğu bildirilir.Hadisənin 34 saylı binanın 27 saylı mənzilində baş verdiyi dəqiqləşib

    Dekabrın 13-də saat 08.30 radələrində Bakının Nizami rayonu 8-ci km-dəki bazarın yaxınlığında, Naxçıvanski küçəsindəki 6 girişli 5 mərtəbəli 34 nömrəli binanın 2-ci girişində baş vermiş partlayışla bağlı hələlik saxlanılan yoxdur.

    Bakı Şəhər Prokurorluğundan APA-ya bildirlib ki, faktla bağlı Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə (tikinti, mədən və s. işlərin aparılmasında təhlükəsizlik qaydalarını pozma) cinayət işi başlanılıb.

    Prokurorluqdan onu da deyiblər ki, araşdırmalar zamanı partlayışın 34 saylı binanın 27 saylı mənzilində baş verdiyi dəqiqləşib. Partlayışa səbəb kimi yenə də qaz sızması ilə bağlı versiya araşdırılır.

    Hadisə yerində isə FHN əməkdaşları təmizləmə işlərini davam etdirirlər. Onların bildirdiklərinə görə, dağıntılar altında kiminsə qalması ehtimalı yoxdur.




    Dağıntılar altında daha heç kim yoxdur

    Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 34 ünvanda yerləşən binada baş vermiş partlayışda ölən və yaralananların siyahısı açıqlanıb. APA-nın xəbərinə görə, saat 17.00-a olan məlumatda hadisə nəticəsində 2 nəfər öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir.

    Ölənlər:

    - Əlirzayeva Tamilla Firuz qızı – 1982-ci il təvəllüdlü
    - Vitalik (soyadını, atasının adını, təvəllüdünü müəyyənləşdirmək hələlik mümkün olmayıb)

    Yaralılar:

    - Əlirzayeva Aylin - 2006-ci il təvəllüdlü
    - Qurbanova Nurəstə Məhəmməd qızı – 1939-cu il təvəllüdlü
    - Mahmudova Oksana Alekseyevna – təvəllüdü dəqiqləşdirilməyib
    - Kərimov Ağamir İsa oğlu – 1962-ci il təvəllüdlü
    - Kərimov Şirxan Ataş oğlu – 1985-ci il təvəllüdlü
    - Mürsəlova Afət Hüseyn qızı – 1965-ci il təvəllüdlü



    Ölənlərə Allah Rəhmət Eləsin...Yaralılara da Allahdan şəfa diləyək....



    P.S. Məlumat Lent.az saytından götürülmüşdür



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bakıda güclü partlayış

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Ayselim

          Cevaplar: 1

          Görüntüleme: 3109

    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  2. #2
    S€®C€
    S€®C€ - ait Kullanıcı Resmi (Avatar)

    Standart

    Allah sabır versin herbirimize ölenlere rahmet yaralanlara şifa dilirem.Etkilendim vallah bir dur deyebilsek olumsuzluklara taktiri ilahi...

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş