Fətəli şah Qacar Fətəli şah (Xanbaba xan) Hüseynqulu xan oğlu Qacar (1760-cı il, Əstərabadda dünyaya gəlmişdir. Qacar imperiyasının ikinci hökmdarı (17.6.1797-19.10.1834). Əmisi Ağaməhəmməd şah Qacar öldürüldükdən sonra (1797) taxta çıxdı. Əfşarlardan qalan bütün torpaqları 1803-də birləşdirərək yenidən Qacar hakimiyyəti altına keçirdi Rusların Qafqaza və Azərbaycana hücumlarının qarşısını almaq, Abbas Mirzənin ordusunu gücləndirmək üçün 1803-cü ildən müttəfiq axtarırdı. 1804-cü

Bu konu 1232 kez görüntülendi 0 yorum aldı ...
Fətəli şah Qacar 1232 Reviews

    Konuyu değerlendir: Fətəli şah Qacar

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1232 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Fətəli şah Qacar


    Fətəli şah Qacar


    Fətəli şah (Xanbaba xan) Hüseynqulu xan oğlu Qacar (1760-cı il, Əstərabadda dünyaya gəlmişdir.

    Qacar imperiyasının ikinci hökmdarı (17.6.1797-19.10.1834).
    Əmisi Ağaməhəmməd şah Qacar öldürüldükdən sonra (1797) taxta çıxdı. Əfşarlardan qalan bütün torpaqları 1803-də birləşdirərək yenidən Qacar hakimiyyəti altına keçirdi

    Rusların Qafqaza və Azərbaycana hücumlarının qarşısını almaq, Abbas Mirzənin ordusunu gücləndirmək üçün 1803-cü ildən müttəfiq axtarırdı. 1804-cü ilin dekabrında Napoleona məktub yazaraq Fransayla dost olmaq arzusunu bildirdi.

    1805-in yanvarında məktubu alan Napoleon şəxsi tərcüməçisi və katibi Joberi Tehrana göndərdi. Qəzvinli Mirzə Rzanı Parisə səfir yolladı. Napoleonun göndərdiyi general Qardan və adamları Tehranda Fətəli şahla görüşəndən (1807) dərhal sonra Qacar ordusunun yeniləşdirilməsinə başladılar.

    Çoxlu müasir hərbi qüvvə hazırlandı, İsfahanda top zavodu tikildi, Abbas Mirzənin göstərişiylə Araz çayı qırağında Abbasabad, Ərdəbil, Xoy, İrəvan, Təbriz və b. şəhərlər ətrafında güclü qalalar tikildi. Ancaq Qarabağ xanı İbrahimxəlil xanın Fətəli şahın ən münasib təkliflərini rədd edərək rusların ağalığını üstün tutması Qarabağ, Şəki və Şirvan xanlıqlarını Rusiya hakimiyyəti altına keçirdi (1805), məhz bundan sonra ruslar Bakını da işğal etdilər (1806).

    Uzun danışıqlardan sonra 4 may 1807-də Fransa ilə Qacarlar arasında “Finkenşteyn” sazişi imzalandı. Bu sazişlə Fransa Rusiyaya qarşı Qacarlara kömək göstərməliydi. Ancaq Napoleon işdə bunu etmədi.

    Rusiya Fətəli şaha məktub göndərərək (1807) tələb etdi ki, Kür, Araz və Arpaçayı sularının iki dövlət arasında sərhəd qəbul edilməsi şərtiylə sazişə qol çəkin. F.ş. general Qardanı yanına çağırıb (1807) Napoleonu “vəfasız” və “sözündən qaçan” adlandırdı. O, ingilislərlə danışığa başladı və 1809-da İngiltərə səfiri Con Malkolmu qəbul etdi, iki dövlət arasında müqavilə bağlandı.

    Ancaq 22 oktyabr 1910-da Abbas Mirzə sərkərdələrinin Qarakilsə yürüşündə İngiltərəylə Rusiya arasında saziş bağlanmasından xəbər tutmuş ingilis topçu zabitləri Qacar qoşunlarına yardımdan boyun qaçıraraq ordunu tərk etdilər.

    Bir qədər sonra ruslar Lənkəran qalasını tutdular (1.1813). Bununla da onlar Qacarları ən uyğunsuz duruma saldılar.

    İngiltərə F.ş.-ı ruslarla saziş bağlamağa razı saldı. Beləliklə, birinci Rusiya - Qacar müharibəsi Gürcüstan və Dağıstanın, Azərbaycanın şimalının itirilməsiylə nəticələnən Gülüstan müqaviləsiylə (12.10.1913) başa çatdı.

    1814-də İranda Rusiyanın mövqeyini zəiflətməyə çalışan İngiltərəylə Qacarlar arasında Tehran müqaviləsi imzalandı. Bu müqavilə də ingilislərin mənafeyinə daha çox uyğundu.

    Abbas Mirzə 1826-cı ildə ruslarla ikinci müharibəyə başlasa da artıq rusların qarşısını almaq mümkün deyildi. Onlar 1827-nin başlanğıcında Qacar qoşunlarını Talış xanlığından başqa Quzey Azərbaycanın bütün torpaqlarından çəkilməyə məcbur etdilər. Onlar 27 iyun 1827-də Naxçıvan qalasını, 13 oktyabrda Təbrizi, 8 fevral 1828-də Ərdəbili işğal etdilər.

    İngiltərə Paskeviçi və Qacarları yeni sülh sazişi imzalamağa məcbur etdi. Türkmənçay müqaviləsiylə (10.2.1828) Azərbaycan özünün Naxçıvan və İrəvan kimi qədim torpaqlarını da itirdi. Beləliklə, Rusiya bütün Qafqazı işğal etmiş oldu.

    Qacar dövlətinin uğursuzluqlarının başlıcı səbəblərindən biri də F.ş.-ın öz daxili siyasətini Fransa və İngiltərəyə inam üstündə qurması və ordudan ötrü maliyyə ayrılmasında xəsisliyi oldu. Bu yanlış siyasət Qacar dövlətinin Fransa (1807), Böyük Britaniya (1801, 1809, 1814) və Rusiya ilə (1813, 1828) qeyri-bərabər müqavilələr bağlamasıyla nəticələndi.

    Fətəli şah 19 oktyabr 1834-cü ildə İsfahanda vəfat etmiş Qumda basdırılıb.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Fətəli şah Qacar

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1232


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş