Badımcanla quyruq kababı
Badımcan - 350q, qoyun quyruğu - 0 60q, soğan - 40q, cəfəri və şüyüd - 20q, duz, istiot.
Badımcan (xırdaları) təmizlənir, saplağı kəsilir. Qoyun quyruğu 15-20q çəkidə doğranır və növbə ilə badımcanla şişə taxılır. Manqalda qızardılır, süfrəyə verdikdə badımcanın qabığı təmizlənir, quyruqla birlikdə xırdalanır, duz, istiot vurulur və üstünə göyərti səpilir.