Gülbahar Şükürlü Şükürlü Gülbahar Müzəffər qızı 20 martda Bakı şəhərində anadan olmuşdur. Gülbahar xanım Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir. 16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının

Bu konu 981 kez görüntülendi 0 yorum aldı ...
Gülbahar Şükürlü 981 Reviews

    Konuyu değerlendir: Gülbahar Şükürlü

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 981 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Gülbahar Şükürlü


    Gülbahar Şükürlü


    Şükürlü Gülbahar Müzəffər qızı 20 martda Bakı şəhərində anadan olmuşdur. Gülbahar xanım Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir.

    16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının qəlbinə yol tapmışdır.

    Uzun müddət Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Eyyubova və Səkinə İsmayılova, sevilən müğənni Zöhrə Abdullayeva və başqaları ilə birgə çalışmışdır.

    1993-cü ildə Azərbaycanın tanınmış müğənnilərindən biri olan Zöhrə Abdullayevanın təkidi ilə Gülbahar Şükürlü efirə çıxaraq Dövlət Televiziyasında 30 dəqiqəlik solo konsertlə çıxış edərək böyük tamaşaçı kütləsinin rəğbət və sevgisini qazanmışdır. Bununla da Gülbahar xanım daha da tanınaraq Dövlət Televiziyasında digər verilişlərə dəvət alaraq solo çıxışlar edir.

    1998-ci ildə Gülbahar xanımın bəstələdiyi «Aytac» rəqsi ona xeyli uğur gətirmiş, ilk albomu da «Aytac» olmuş və Gülbahar xanımın ən uğurlu layihələrindən biri olmuşdur. 2000-ci ildə bu rəqs «İlin rəqsi» nominasiyası ilə mükafatlandırılmışdır. «Aytac» rəqsindən başqa Gülbahar xanım «Rusifi», «Ləman», «Rəvanə» rəqslərinin müəllifidir. Lakin bütün bu rəqslər və ifalar içində Gülbahar xanıma ən çox uğur gətirən rəqs «Aytac» rəqsi olmuşdur. Bu rəqsə məşhur akkordion ifaçısı Elşən Dadaşevla birgə klip də çəkilmişdir.

    Yaradıcılıq dövrü ərzində Gülbahar xanımın 4 albomu işıq üzü görmüşdür. «Aytac», «Rusif», «Ləman» və «İnanmaram» albomları. İlk klip isə «Ləman» rəqsinə çəkilmişdir.

    Gülbahar xanım ailəlidir, 2 övladı var.

    Mənbə: Gülbahar Şükürlünün rəsmi internet saytı



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Gülbahar Şükürlü

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 981


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş