Firudin Qurbansoy Qurbansoy Firudin Əliağa oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1985-ci ildən filologiya elmləri namizədi. 1954-cü il, fevralın 10-da Azərbaycanda, Bakı şəhərində anadan olmuşdur. Burada 1971-ci ildə161 saylı orta məktəbini, 1972-ci ildə isə 8 saylı texniki peşə məktəbini bitirmişdir.

Bu konu 951 kez görüntülendi 0 yorum aldı ...
Firudin Qurbansoy 951 Reviews

    Konuyu değerlendir: Firudin Qurbansoy

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 951 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Firudin Qurbansoy

    Firudin Qurbansoy



    Qurbansoy Firudin Əliağa oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1985-ci ildən filologiya elmləri namizədi.



    1954-cü il, fevralın 10-da Azərbaycanda, Bakı şəhərində anadan olmuşdur. Burada 1971-ci ildə161 saylı orta məktəbini, 1972-ci ildə isə 8 saylı texniki peşə məktəbini bitirmişdir.



    1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Quba rayonunda müəllimliklə başlamışdır.



    1978-1979-cu illərdə ordu sıralarında hərbi xidmətini yerinə yetirmişdir.



    1980-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.



    1985-cu ildə “Məhəmməd Füzulinin şer sənətində poetik obraz və bədii ifadə vasitələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır.



    İlk qələm təcrübəsi 1968-ci ildə “Kirpi” jurnalında çıxmışdır. Təmsil və satirik hekayələri “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Cümhuriyyət”, “Tək səbir” və s. qəzetlərdə, “Kirpi”, “Müxbir” jurnallarında, “Yaşıl yarpaqlar” ədəbi toplusunda vaxtaşırı şap olunmuşdur. Təncim (astrologiya) elmi öngörümlərini “Bizim əsr”, “Üç nöqtə”, “168 saat” və “Millətin səsi” qəzetlərində dərc etdirir.



    1980-ci il “Xətai” pyesi Naxçıvan Dövlət Musiqili Dram Teatrında, 1991-ci il “Canım Qırat, gözüm Dürat” mənzum pyesi Azərbaycan Dövlət Kukla Teatrında və 1999-cu ildə “Dədə Qorqud sorağında” kollaj pyesi “Haray” Teatrında tamaşaya qoyulmuşdur.



    1984-cü ildə “Şərəf və iqbal” pyesi Azərbaycan Dövlət Radiosunda səsləndirilmişdir.



    Bədii yaradıcılıqla yanaşı, elmi tədqiqat axtarışlarını müdafiəyə təqdim etmiş, bir sıra elmi məqalələri çap olunmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Firudin Qurbansoy

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 951


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş