Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması Rusyadakı inqilabdan sonra yaranan Cənubi Qafqaz Cümhuriyyəti Məclisi Seym, daha çox gürcü və erməni mənafelərini qoruyan bir təşkilat durumundaydı. Seym Məclisində önəmli vəzifələr gürcü və ermənilərə verilmişdi, Azərbaycanlı türklərə isə yalnızca sosial yardım məsələləri ilə əlaqəli sahələr saxlanmışdı. Bundan başqa Birinci Dünya müharibəsində türklərin müttəfiqi Almaniya, Qafqaz məsələsində Osmanlı dövləti ilə fərqli bir mənafe

Bu konu 1156 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması 1156 Reviews

    Konuyu değerlendir: Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1156 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması

    Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması






    Rusyadakı inqilabdan sonra yaranan Cənubi Qafqaz Cümhuriyyəti Məclisi Seym, daha çox gürcü və erməni mənafelərini qoruyan bir təşkilat durumundaydı. Seym Məclisində önəmli vəzifələr gürcü və ermənilərə verilmişdi, Azərbaycanlı türklərə isə yalnızca sosial yardım məsələləri ilə əlaqəli sahələr saxlanmışdı. Bundan başqa Birinci Dünya müharibəsində türklərin müttəfiqi Almaniya, Qafqaz məsələsində Osmanlı dövləti ilə fərqli bir mənafe toqquşmasına girmişdi. Qafqazın zənginliklərini ələ keçirmək istəyən Almaniya, xüsusilə Bakı neftində söz sahibi olmağı hədəfə alırdı. Bu mülahizələrlə almanların dəstəyini təmin edən gürcülər 26 mayda Cənubi Qafqaz Cümhuriyyətindən ayrılaraq, müstəqilliyini elan etmişdilər.
    Osmanlı dövləti Gürcüstan, Ermənistan və Azərbaycan ilə ayrı-ayrı dostluq və əməkdaşlıq müqavilələri imzalamaq üçün çalışırdı. Türkiyə Qafqazda edəcəyi hərbi hərəkatın təhlükəsiz bir şəkildə yürüdülə bilməsi üçün bəzi strateji bölgələrlə dəmir yollarını nəzarəti altına almaq və erməni və gürcü qüvvələrinin türk hərbi hərəkatına müdaxilə edə bilməyəcək bir vəziyyətə gətirilməsini təmin etmək istəyirdi. Türklərin gürcü və ermənilərə qəbul etdirməyə çalışdığı bu istəklərə almanlar şiddətlə qarşı çıxdı. Almanlar gürcülərlə Potidə imzaladıqları müqavilə ilə Batum-Tiflis dəmir yolunun nəzarətini ələ keçirdilər. Bununla da kifayətlənməyən almanlar ruslara əsir düşən əsgərlərindən birliklər qurmağa başladılar. Ermənilər isə Tiflis-Culfa dəmir yolunun nəzarətini almanlara vermək istəyirdilər. Osmanlı dövləti bu dəyişikliklər qarşısında lazım gələn çalışmaları sürətlə tamamlayaraq, istəklərini qəbul etdirdi. Batumda 31 may 1918-ci ildə ermənilərlə, 3 iyun 1918-ci ildə də gürcülərlə dostluq və əməkdaşlıq müqavilələri imzaladı. [13]
    Bu yenilik Almaniya ilə Osmanlı dövlətinin arasını açmaqda gecikmədi. Başkomandan vəkili Ənvər paşa Türkiyə ilə Almaniya arasında ortaya çıxan bəzi anlaşılmazlıqları çözmək üçün Osmanlı Orduları kurmay başqanı alman generalı Von Seeckt ilə Batuma getdi. Məsələ burada gen-bol araşdırıldı. Fəqət almanlar daha sonra bildiklərini tətbiq etməyə çalışdılar. Buna görə 3-cü Ordu komandanı Vəhib paşa Gümrüdəki türk hərbi birliklərinin Tiflis üzərinə yürüməsini əmr etdi. 10 iyun 1918-ci ildə irəli hərəkata başlayan birliklər qarşılarına çıxan gürcü-alman birləşmiş qüvvələrini dağıtdı. Bəzi alman zabit və əsgərlərini də əsir etdilər. Alman baş Qərargahının Ənvər paşa nəzdində dövrəyə girməsi nəticəsində əsirlər sərbəst buraxıldı, türk əsgəri də irəli hərəkatı dayandırdı. Bu dəyişikliklərə rəğmən almanlar qısa bir müddət sonra türk əsgərinin Gürcüstandakı dəmir yollarından faydalanmasına müxtəlif əngəllər çıxarmağa davam etdilər. [14]
    Batumda bu dəyişikliklərin yaşandığı günlərdə Nuru paşa geniş səlahiyyətlərlə təchiz olunaraq, 25 mart 1918-ci ildə 6-cı Ordunun yerləşdiyi Mosula getdi. Buradan seçdiyi iyirmi nəfərlik qərargah zabiti və gərəkli hərbi personalla birlikdə 8 apreldə Mosuldan hərəkətlə Revandiz, Soucubulaq, Təbriz üzərindən Zəngəzura çatdı və 20 apreldə Osmanlı sultanının ona verdiyi fərmanı yayınladı. Qara dəniz-Tiflis-Bakı quru və dəmir yolu xəttinin üzərində olması və ətrafında sıx olaraq türklərin yaşaması kimi bəzi əlverişli səbəblərə görə Nuru paşa ordu mərkəzinin Gəncədə qurulmasına qərar verdi. [15]
    Türk Qafqaz İslam Ordusu komandanı Nuru paşa 25 may 1918-ci ildə coşqun sevgi nümayişi altında Gəncəyə girdi. Nuru paşanın yanında Qafqaz İslam Ordusu təşkilatı ilə bu ordunun vəzifələrini açıqlayan və "Hərbiyə naziri Ənvər" imzalı 22 mart 1918-ci il tarixli bir də təlimatnamə vardı. [16]
    Nağı Şeyxzamanlı xatirələrində Nuru paşa ilə yanındakı türk əsgərlərinin Gəncəyə girişini belə anlatmışdı:
    "Gəncə xalqı türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanmışdı. Dövlət dairələri və məktəblər tətilə çıxmış, tələbələr əsgərlərin gələcəyi yolun iki tərəfinə düzülmüşdülər. Müharibədə rusların işğal etdiyi Şərqi Anadolu bölgəsindən Cəmiyyəti-Xeyriyyə tərəfindən toplanan kimsəsiz uşaqlardan dörd yaşı olanlar da qarşılama mərasiminə aparılmışdı. Azərbaycanın müxtəlif bölgələrindəki uşaq evlərindən gətirilən bu yavrular, meydanda hazır idilər. Yolun və meydanın hər iki tərəfinə toplanan qadın, kişi, yaşlı, gənc bütün xalq, əsgərləri coşquyla alqışlayırdı. Sevincdən hər kəsin gözlərindən yaş gəlirdi. Uşaq evlərindən gətirilən bu uşaqlar əsgərlərə yaxınlaşaraq əllərindən tutur və haralı olduqlarını soruşurdular. O əsnada bir bağırış, çağırış qopdu. Doqquz yaşındakı bir uşaq atasını tanıyıb, ona doğru qaçmağa başladı. Bu qovuşmanı görən Gəncəli türklər Anadoluda bir-birini itirən və Qafqazda yenidən qovuşan ata-oğulun sevincinə ortaq oldular. Bütün meydan hıçqıra-hıçqıra sevinc göz yaşı tökürdü."
    — Şeyxzamanlı, Azərbaycan istiqlal mücadiləsi xatirələri, s. 71-81.
    Nuru paşanın 25 mayda Gəncəyə girməsindən bir gün sonra Tiflisdəki Zaqafqaziya Cümhuriyyəti Seym Məclisi fəaliyyətini dayandırdı. Seym Məclisinin Azərbaycanlı üzvləri Gəncəyə gedərək qurucu mahiyyətdə xidmət edəcək Milli Şura yaratdılar. Gəncə paytaxt olaraq müəyyən olundu və 28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan edildi.
    Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elanından sonra Qafqaz İslam Ordusu komandanı Nuru paşa vaxt itirmədən çalışmalara başladı. Qurulmaqda olan ordu Azərbaycanın hərbi təşkilatını əmələ gətirəcəkdi. Nuru paşa ilk olaraq Qafqaz İslam Ordusunun quruluş, çalışma üsul və əsasları ilə bağlı bir təlimat təsdiqlədi. [17] Ölkənin müxtəlif bölgələrindəki mülki və hərbi vəzifəlilərin işlərini davam etdirə bilmələri və mərkəzə bağlı olaraq çalışa bilmələri üçün bəzi düzənləmələr apardı. Beləcə önəmli şəhər və qəsəbələrdə asayiş və dövlət sistemi təmin edilməyə başladı. Azərbaycanda dövlət avtoriteti sürətlə təsis edilirdi.
    Nuru paşa Azərbaycandakı insan qaynağı, yetişmiş kadr və imkanların məhdud olması səbəbindən, düşmən işğalından qısa müddətdə qurtulmanın asan olmayacağını gördü. 31 may 1918-ci ildə Ənvər paşa və 3-cü Orduya bölgədəki durum haqqında bir məktub göndərdi:
    "Bolşeviklər Dağıstan və Şimali Qafqazı tamamən ələ keçirmək üzrədirlər. Hər yerdə ermənilərin təcavüzü artmaqdadır. Bakı sürətlə zəbt edilməzsə buralarda durum daha təhlükəli bir hal alacaqdır. Müsəlmanların təşkil etdiyi korpusda əsgərdən çox zabit vardır. Korpusun tərkibi minə qədər olub, bunun yarısı türk sıraviləridir. Bakı məsələsinin yardımsız həlli mümkün deyildir. İngilislərin Bakını gücləndirdiyi zənn edilir. Burada taxıl məhsulları, ixrac ediləcək qədər çoxdur. Əhali türk ordusunun gəlməsini səbirsizliklə gözləməkdədir. Gəncə vilayətində bəzi yerlərdə gürcülər binalara alman bayrağı ilə birlikdə öz bayraqlarını da çəkmişlər." [18]
    Nuru paşa, ordunun quruluşu üçün kifayət qədər personal və mühimmatın təmin edilməsi üçün 3-cü Ordu Komandanlığı və Ənvər paşa ilə davamlı ünsiyyətdəydi. İlk olaraq Gəncədə təxminən min nəfərdən əmələ gələn bir Milli Korpus təşkil edildi. Şərqi Anadoluda ruslara əsir düşən, ancaq daha sonra bir yolunu taparaq xilas olan və ölkənin müxtəlif bölgələrində dirəniş güclərini idarə edən Osmanlı zabitləri ətraflarına bəzi könüllüləri toplamışdılar. Bu milislər də hərbi təlimə tabe olmağa başladı. Ancaq nizamlı hərbi birliklərin təşkil edilə bilməsi üçün kifayət qədər pul, silah və uniforma üçün parça tapılmırdı. Nuru paşa silah və cəbbəxana ilə bərabər təxminən on min dəst hərbi forma göndərilməsi halında əsgər alımına başlayacaqlarını bildirdi. Bundan başqa kifayət qədər tərbiyəçi zabit və serjantın da göndərilməsini istədi. [19] [20]
    Qafqazdakı durumun ciddiyyətini təxmin edən Vəhib paşa istənilən silah, cəbbəxana və digər ehtiyacların təmin edilərək yola çıxarılacağını, bundan başqa bir müfrəzənin də ən qısa müddətdə göndəriləcəyini bildirdi.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1156

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş