Eynəli Sultanov
Sultanov Eynəli bəy Çölü bəy oğlu (5.5.1863, Naxçıvan-5.7.1935, Tiflis) -publisist, yazıçı, teatrşünas, ictimai xadim.
Tiflis klassik gimnaziyasını bitirib (1883); Novorossiysk Univ. hüquq fak. bitirib (1913). Naxçıvanda maarifçiliklə məşğul olub.
1887-dən başlayaraq Zaqafqaziya mətbuatında əməkdaşlıq edib; «Zakavkazye» qəzetinin şöbə müdiri, «Novoye obozreniye», «Kavkaz», «Kaspi», «Zakavkazskaya reç» qəzetlərinin İrəvan quberniyası və Naxçıvan üzrə xüsusi müxbiri olub.
1905-08; Tiflisdə 20.2.1906-da açılmış erməni-müsəlman «barışdırıcı» qurultayının İrəvandan üzvü.
1908-dən Tiflisə köçüb; «Kavkazskaya kommuna» qəzetində redaktor. (1921-23), «İşıq» qəzetinin məsul katibi (1924-26) olub, «Dan ulduzu» jurnalı ilə əməkdaşlıq edib