Çingiz Abdullayev 1959 -cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə ADU-nun hüquq fakültəsini bitirmişdir. Atası Abdullayev Akif Abdulla oğlu Büyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb. Ç.Abdullayev 1976-cı ildə Bakıda 189 saylı şəhər məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində

Bu konu 1013 kez görüntülendi 0 yorum aldı ...
Çingiz Abdullayev 1013 Reviews

    Konuyu değerlendir: Çingiz Abdullayev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1013 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Çingiz Abdullayev

    Çingiz Abdullayev 1959 -cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə ADU-nun hüquq fakültəsini bitirmişdir. Atası Abdullayev Akif Abdulla oğlu Büyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb.

    Ç.Abdullayev 1976-cı ildə Bakıda 189 saylı şəhər məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə Bakı İstehsalat Birliyində hüquq məsləhətçisi başlayıb, burada böyük hüquq məsləhətçisi və şöbə rəisi vəzifələrində çalışıb.

    Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Sonra Bakı şəhəri Əzizbəyov rayonu İcraiyyə Komitəsində şöbə müdiri,

    Kommunist Partiyası Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb.
    Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Polşanın Krakov universitetinin fəxri professorudur (1989).

    H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991) seçilib. Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə edib (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).

    Yaradıcılıq fəaliyyətinə tələbəlik illərində başlamışdır. Detektiv mövzularda məqalə və oçerklər yazmışdır. XX əsrin 80-90-cı illərdə "Qolubıye Anqelı" (Mavi mələklər), "Oxota na çeloveka"(Adam
    ovu), "Zakon neqodyayev" (Əclafların qanunu), "Oxota na prezidenta" (Prezidentin ovlanması), "Mrak pod solntsem" (Günəş altında zülmət), "Alternativa dlya qreşnikov" (Günahkarlar üçün alternativ) "Den lunı" (Ay günü) və s. adlarla 80-dən artıq kitabı nəşr olunmuşdur. Əsərləri xarici dillərə tərcümə olunmuşdur. Çap olunmuş əsərlərinin ümumi tirajı 20 (iyirmi) milyondan çoxdur.
    Abdullayev Çingiz Akif oğlu - Azərbaycan Yazıçılar Birliyinin katibi, H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, Krakov Universitetinin fəxri professorudur.

    Azərbaycan Yazıçılar Birliyinin katibidir. Hüquq elmləri doktorudur. Dünya şöhrətli yazıçının əsərləri on dörd dildə tərcümə edilmiş və MDB ölkələrində, eləcədə Amerika Birləşmiş Ştatları, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 16 milyon olan nüsxə ilə nəşr edilmişdir. Amerikanın "The Christian Science Monitor" jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərindən adlandırmışdır.

    1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb.

    Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırıb. Xidmətlərinə görə Qırmızı Bayraq ordeni və medallarla təltif olunub.

    Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə ilə təltif edilib.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Çingiz Abdullayev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1013


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş