Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Məmmədov Aqil Səməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Məmmədov Aqil Səməd oğlu 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. İlk təhsilini 1984-cü ildə Qubadlı rayon 2 saylı natamam orta məktəbində almış, sonra 126 saylı Xınalıq texniki peşə məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır.

Bu konu 1004 kez görüntülendi 0 yorum aldı ...
Aqil Məmmədov 1004 Reviews

    Konuyu değerlendir: Aqil Məmmədov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1004 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Aqil Məmmədov

    Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Məmmədov Aqil Səməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Məmmədov Aqil Səməd oğlu 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır.

    İlk təhsilini 1984-cü ildə Qubadlı rayon 2 saylı natamam orta məktəbində almış, sonra 126 saylı Xınalıq texniki peşə məktəbində davam etdirmişdir.

    Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır. 1987-ci ildə Orenburq vilayətində hərbi xidmətə başlayır. Bir müddətdən sonra xidmətini yarımçıq qoyaraq, vətənə qayıtmışdır. Qubadlı rayonu özünümüdafiə taboruna qoşulmuşdur.

    "Qaranquş" kəşfiyyat dəstəsinin məğlubedilməz döyüşçüsü kimi tanınmışdır. 1992-ci ilin iyun ayında girov götürdüyü erməni zabiti ilə əsir düşmüş əsgərimizi dəyişdirmişdir.

    1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyi uğrunda gedən amansız döyüşdə ağır yaralanır. Çoxlu qan itirdiyindən Aqilin həyatını xilas etmək mümkün olmur və o, qəhrəmancasına həlak oldu.

    Ailəli idi. Bir qızı yadigar qalıb.

    Qubadlı rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.

    Təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçə var.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Aqil Məmmədov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1004


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş