MƏHƏMMƏD ƏMIN RƏSULZADƏ (1884 -1955) Azerbaycan milli istiqlal hərəkətinin ve təkcə turk ellərində deyil bütün islam aləmində ilk respublika olan Azerbaycan Demokratik Respublıkasının banisi, sonralar ömür yolu zəngin və kəşməkeşli hadisələrlə dolu dastana çevrilən, xalqımızın ölümsüz lideri MƏHƏMMƏD ƏMIN RƏSULZADE http://i065.radikal.ru/0910/0c/e4a51b9c5935.jpg M.Ə.Rəsulzadə qənclik çağında http://i021.radikal.ru/0910/cf/105decca9f87.jpg M.Ə.Rəsulzadə Türkiyədə yaşayan azərbaycanlı

Bu konu 2554 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycanın Dahiləri 2554 Reviews

    Konuyu değerlendir: Azərbaycanın Dahiləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2554 kez incelendi.

  1. #1
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Yeni Azərbaycanın Dahiləri

    MƏHƏMMƏD ƏMIN RƏSULZADƏ (1884 -1955)

    Azerbaycan milli istiqlal hərəkətinin ve təkcə turk ellərində deyil bütün islam aləmində ilk respublika olan Azerbaycan Demokratik Respublıkasının banisi, sonralar ömür yolu zəngin və kəşməkeşli hadisələrlə dolu dastana çevrilən, xalqımızın ölümsüz lideri MƏHƏMMƏD ƏMIN RƏSULZADE

    M.Ə.Rəsulzadə qənclik çağında

    M.Ə.Rəsulzadə Türkiyədə yaşayan azərbaycanlı dostları ilə

    M.Ə.Rəsulzadə Azərbaycanlı mühacirlər arasında

    M.Ə.Rəsulzadə polyak qızı Vanda (Leyla) xanımla.

    M.Ə.Rəsulzadə.Ankara, Əsri qəbirstanlığı

    1884, 31 yanvar — Məhəmməd Əmin (Axund Haci Molla Ələkbər oğlu )Rəsulzadə Bakıda Novxanı kəndində anadan olub . Ilk təhsilini –“Rus-Musəlman Məktəbi”ndə, orta təhsilini Bakı Texniki Məktəbində alir
    1902-1907 — Gənc M.Ə.Rəsulzadə Azərbaycanda rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan ilk təşkilat yaradır; ədəbi və siyasi fəaliyyətə başlayır
    1908-1910 — çar təqibləri üzündən M.Ə.Rəsulzadə Vətəni tərk edib ,İrana getməyə məcbur olur. Təbrizdə Səttarxan və onun silahdaşları ilə görüşür,İranda şah rejiminə qarsı inqilabın əsas rəhbərlərindən olur.Cənubi Azerbaycanda doğma xalqının acınacaqlı vəziyyətini görür və bu M.Əmin Rəsulzadə yaradıcılığında təsirsiz qalmır. M.Ə.Rəsulzadə İranda Avropa tipli jurnalistikanin əsasini qoyur ; Məhəmməd Əmin İran Demokrat partiyasının əsas yaradıcılarından biri olur. Sonralar İranli alim S.H. Tagızadə Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq “ Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən
    1911 — İrandakı təqiblərə görə Məhəmməd Əmin Rəsulzadə Türkiyəyə müraciyət edir “Turk Yurdu “ adlı jurnalının fəal yazarlarından olur.
    1913-1918 —Rəsulzadə Vətənə qayıdır. “Musavat”ın şöbələri Azerbaycanın bütün qəzalarında Rusiya,Ukrayna,Gürcüstan,ermənistan,Türküstan,İran ve Türkiyədə açılır. Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili və eyni zamanda Azərbaycan Milli çurasının sıdri seçilir.
    1918-,28 May — Azərbaycan müstəqil Dövlət elan edilir . Rəsulzadə və şura üzvləri Istiqlal Bəyannaməsini ayaq üstə dinləyir. Bütün ölkələrin radiostansiya və qəzetləri Azərbaycanın müstəqilliyi xəbərini dünyaya yayır.
    1920 — Rusiyanın Azərbaycana hücumu və 28 aprel hadisələrindən sonra Rəsulzadə Lahıc da həbs olunur.Bundan xəbər tutan Stalin özü şəxsən həbsxanaya gedib Rəsulzadəni azad etdirir. Bununla Stalin 1905-də onu (Stalini ) ölümdən qurtaran keçmiş inqilabçi dostu Məhəmməd Əmin Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerine yetirir .Stalın Resulzadenı Moskvaya aparıb Millətlər Komissarlıgında yüksək vəzifəyə təyin edir.
    1922 —Rəsulzadə elmi tədqiqat adı ilə Peterburqa , oradan isə dostlarının yardımı ilə Finlandiyaya gedir .Beləliklə Rəsulzadənin mühacirət dövrü başlanır.
    1923-1946 — bu illər ərzində Rəsulzadə Avropa ölkələrində – Türkiyə, Rumıniya, Almaniya, Polşada – müxtəlif vəzifələrdə çalışır; türk, rus ingilis, polyak, fransız alman və b.dillərdə məqalələri çap olunur
    1947-1954 — Məmməd Əmin Rəsulzadə Türkiyəyə (Ankaraya) köçür və ömrünün sonuna qədər orada yaşayır. Xalqımızın tarixi ilə bağlı əsərləri və məqalələri müxtəlif dillərdə çap olunur
    1955, 6 mart — saat 23:10, Ankara Universitetinin Tibb fakultəsi klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin Rəsulzadə 3 dəfə “ Azerbaycan… Azerbaycan… Azerbaycan…’ deyərək əbədiyyata qovuşur.
    7 mart — 22:45 ,Ankara radiosu Azərbaycanin milli lideri Məhəmməd Əmın Rəsulzadənin vəfatını təəsüflə bildirir..
    Mehəmməd Əmin Rəsulzadə Ankara ,Əsri məzarliğında dəfn olunub. Vəfatı münasibəti ilə bir çox ölkələrdə – Türkiyə, İran , Qərbi Avropa ölkələrində müxtəlif nekroloqlar çap olunub . Bunlardan ən maraqlısı iranlı alim bir zamanlar Rəsulzadə ilə birgə iran inqilabının əsas rəhbərlərindən hesab edilən , sonradan şah rejimi tərəfdarına çevrilən və doğma xalqına yad adam olan Səyid Həsən Tağizadənin yazdığı nekroloqdur. O, yazırdı :
    “ Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasənda tayəna rastlaşmadığım , mübaliqəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyyəli, qüvvətli və sağlam məntiq sahibi , təmiz qəlbli, doğru sözlü, mətanətli,tam mənasıyla dürüst, fikir və yoluna dərin bir inam bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildi. “1992-ci ildə Azərbaycanın yenidən öz istiqlaliyyətinə qovuşması Məhəmməd Əmin Rəsulzadənin illər öncə peyğəmbərcəsinə söylədiyi sözlərin doğruluğunu bir daha təsdiq etdi. Edib özundən sonra gələn nəslə muraciətle yazmişdı:
    “ Səndən əvvəlki nəsil yoxdan bir bayraq , bir müqəddəs ideal rəmzi yaratdi.Onu min müşkülatla ucaldaraq dedi ki : “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ”.Bunu deyərkən o bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi.Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayraği çiyinlərinə alıb, məsumanə bir tərzdə küçə-küçə dolaşaraq “Irəli,irəli Azerbaycan əsgəri!” deyə əsger kimi addim atdığını görmüş və bu sözü cəsarətlə söyləmişdi. Əlbettdə ki , sən onun bu ümidini qirmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə, ürəklərinə enmiş bu bayraği təkrar o bina üzərinə dikəcək…
    —Ya qazi, ya şəhid olacaqsan!” Məhəmməd Əmin Rəsulzadənin ürəyinin qanı ilə yazdığı bu müraciyət bizə,1980-in sonlarından sovet imperiyası vaxtında 3 rəngli bayraqlarla Bakı küçələrinə çıxıb “Azadlıq!”, “Istiqlaliyyət!” bağıran , Azadlıq meydanında iradəsini bütün dünyaya bildirən bacı və qardaşlarımıza ünvanlanmışdı.
    Yalnız xalqına, onun gücünə inanan, tarixinə, mənəviyyatına, psixologiyasına, istiqlaliyyət eşqinə dərindən bələd olan MÜDRİK VƏTƏNPƏRVƏR bir RƏHBƏR ölkənin düşdüyü ağır vəziyyətdə bu sözləri şüurundan ,qəlbindən keçirə və dilinə gətirə bilərdi. Rəsulzadə publisistikasının gücü hər şeydən əvvəl onun xalq azadlıq ideallarına olan inamının sarsızmazlığında idi.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycanın Dahiləri

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: ŞiMaL

          Cevaplar: 0

          Görüntüleme: 2554


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş