http://www.itv.az/PHOTO_NEWS/xocaliabide.jpg Erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli Xocalı soyqırım hadisəsindən 17 il ötür. Xocalı qurbanlarının xatirəsinə ucaldılan «Vətən Harayı» abidəsinin yerləşdiyi Xətai rayonunda faciəni yaşayanlarla rayon rəhbəriyinin görüşü keçirilib. Vətən Harayı abidəsini ziyarətlə başlayan tədbirdə xocalılıların başına gələn faciələrdən danışılıb. Qeyd olunub ki, keçmiş sovet və erməni əsgərlərinin birgə iştirakı ilə fevralın 25-dən

Bu konu 2875 kez görüntülendi 1 yorum aldı ...
Xocalı soyqırımı ile bağlı tedbirler keçirilib 2875 Reviews

    Konuyu değerlendir: Xocalı soyqırımı ile bağlı tedbirler keçirilib

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2875 kez incelendi.

  1. #1
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    02.08.2008
    Mesajlar
    1.686
    Konular
    181
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    738
    @Ayselim

    Standart Xocalı soyqırımı ile bağlı tedbirler keçirilib


    Erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli Xocalı soyqırım hadisəsindən 17 il ötür. Xocalı qurbanlarının xatirəsinə ucaldılan «Vətən Harayı» abidəsinin yerləşdiyi Xətai rayonunda faciəni yaşayanlarla rayon rəhbəriyinin görüşü keçirilib. Vətən Harayı abidəsini ziyarətlə başlayan tədbirdə xocalılıların başına gələn faciələrdən danışılıb. Qeyd olunub ki, keçmiş sovet və erməni əsgərlərinin birgə iştirakı ilə fevralın 25-dən 26-na keçən gecə Xocalıda yüzərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Sağ qalanlar isə əsir görütülərək işgəncələrə məuz qalıb. Çıxış edənlər Xocalıda baş verənləri Azərbaycan xalqı ilə yanaşı bütün bəşəriyyətin faciəsi adlandırıb. Xocalı faciəsinə dünya birliyi tərəfindən hüquqi qiymət verilməsinin və faciəni törədənlərin layiqli cəzalarını almalarının vacibliyi vurğulanıb. Faciə zamanı həlak olanların anım yeri kimi «Vətən Harayı» abidəsinin olduğunu xatırladan xocalılar bildiriblər ki, həmin abidə yaxınlarını yada salmaq üçün təsəlli yeridir. Görüşdə Xətai rayonunda yaşayan 16 Xocalı ailəsinə yardımlar verilib.
    **
    Xocalı soyqırımı yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu fikir faciənin 17-ci ildönümü ilə bağlı Respublika Uşaq Təşkilatının təşəbbüsü ilə keçirilən anım mərasimində səslənib. Bildirilib ki, Xocalıda erməni qəsbkarları tərəfindən dinc əhaliyə qarşı törədilən işgəncə Azərbaycan tarixinin qəhrəmanlıq və mübarizə səhifəsidir. Respublika Uşaq Təşkilatın sədri, Milli Məclisin üzvü Gülər Əhmədovanın sözlərinə görə, qurumun yaratdığı saytda Xocalı faciəsi haqqında 3 dildə məlumatlar yerləşdirilib. Tədbirdə məktəblilərin ifasında Xocalıya həsr olunan ədəbi-bədii kompazisiya səslənib, şeirlər oxunub və inşa müsabiqəsinin qalibləri elan edilib.
    **
    Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə bildirilib ki, belə toplantıların keçirilməsində məqsəd dünya ictimaiyyəti və gənclərimizə faciə haqqında həqiqətləri tanıtmaqdır. Qeyd olunub ki, «Xocalıya ədalət» şüarı altında təşviqat kampaniyaları, o cümlədən foto-müsa-biqə vasitəsilə soyqırım haqda geniş məlumatlar beynəlxalq aləmdə təbliğ edilir. Mərasimdə faciəyə həsr orlunan film də nümayiş etdirilib.
    **
    Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün ilk növbədə gənclərin bu hadisə barədə düzgün maarifləndirilməsi vacibdir. Bu fikirlər Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının «Xocalı soyqırımı və ikili standartlar» mövzusunda keçirdiyi dəyirmi masada səsləndirilib. Qeyd olunub ki, gənclərin daha geniş məlumatlara malik olması məqsədi ilə Xocalı faciəsinin əhatəli tədrisinə ehtiyac var. Tədbirdə Xocalı həqiqətlərini əks etdirən yeni İnternet saytlarının yaradılmasının vacibliyi də vurğulanıb.
    **
    Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyində tədbir keçirilib. Soyqırım təşkilat-çı-la-rı-nın insanlığa qarşı yönəldilmiş vəhşilik əməllərinin qəti şəkildə pisləndiyi bu mərasimdə dünyanın beynəlxalq təşkilatlarından hadisəyə düzgün siyasi qiymət verilməsi tələb olunub.
    **
    Amerikanın Corc Vaşinqton Universitetində Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə «Xocalıya ədalət» kampaniyasının internet saytının təqdimatı olub. /İctimaitv.




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Xocalı soyqırımı ile bağlı tedbirler keçirilib

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: Ayselim

          Cevaplar: 1

          Görüntüleme: 2875

    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  2. #2
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    02.08.2008
    Mesajlar
    1.686
    Konular
    181
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    738
    @Ayselim

    Standart

    “XOCALI SOYQIRIMI YALNIZ AZƏRBAYCAN XALQINA DEYİL, BƏŞƏRİYYƏTƏ QARŞI YÖNƏLMİŞ ƏN AĞIR CİNAYƏTLƏRDƏN BİRİDİR”

    Bu fikir faciənin 17-ci ildönümü ilə bağlı Respublika Uşaq Təşkilatının təşəbbüsü ilə keçirilən anım mərasimində səslənib. Bildirilib ki, Xocalıda erməni qəsbkarları tərəfindən dinc əhaliyə qarşı törədilən vandalizm aktı bəşər tarixinin qara səhifəsidir. Respublika Uşaq Təşkilatın sədri, Milli Məclisin üzvü Gülər Əhmədovanın sözlərinə görə, qurumun yaratdığı saytda Xocalı faciəsi haqqında 3 dildə məlumatlar yerləşdirilib. Tədbirdə məktəblilərin ifasında Xocalıya həsr olunan ədəbi-bədii kompazisiya səslənib, şerlər oxunub və inşa müsabiqəsinin qalibləri elan edilib

    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş