Azərbaycan dili → Müxtəlifcinsli qoşasamitli sözlər və ahəng qanunu Müxtəlifcinsli qoşasamitli sözlər: Söz ortasında q samiti kar samitdən əvvəl gələrsə, tələffüzdə q-k` əvəzlənməsi baş verir. Məs:iqtidar , təqsir və s. Bu cür tələffüz olunan sözlər əsasən alınma sözlərdir. Söz ortasında iki müxtəlif samit yanaşı gələrsə, ikincisi cingiltili tələffüz olunur. Məs: əski , ustad və s. Söz ortasında vt samit qoşalığı gələrsə, birinci samit kar qarşılığı kimi tələffüz olunur. Məs: avtomat

Bu konu 21075 kez görüntülendi 2 yorum aldı ...
Azərbaycan dili → Müxtəlifcinsli qoşasamitli sözlər və ahəng qanunu 21075 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → Müxtəlifcinsli qoşasamitli sözlər və ahəng qanunu

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 21075 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → Müxtəlifcinsli qoşasamitli sözlər və ahəng qanunu

    Azərbaycan dili → Müxtəlifcinsli qoşasamitli sözlər və ahəng qanunu


    Müxtəlifcinsli qoşasamitli sözlər:
    Söz ortasında q samiti kar samitdən əvvəl gələrsə, tələffüzdə q-k` əvəzlənməsi baş verir. Məs:iqtidar [iktidar], təqsir [təksir] və s. Bu cür tələffüz olunan sözlər əsasən alınma sözlərdir.
    Söz ortasında iki müxtəlif samit yanaşı gələrsə, ikincisi cingiltili tələffüz olunur. Məs: əski [əsgi], ustad [usdad] və s.
    Söz ortasında vt samit qoşalığı gələrsə, birinci samit kar qarşılığı kimi tələffüz olunur. Məs: avtomat [aftamat] ,avtobus [aftobus] və s.
    k samiti iştənilən samit səsdən əvvəl gələrsə, tələffüzdə k-x` əvəzlənməsi baş verir. Məs:məktub [məx`tup], küləkli [küləx`li] və s.
    Söz ortasında b,m samitlərindən əvvəl gələn n samiti [m] kimi tələffüz olunur. Məs:anbar [ambar], qənbər [qəmbər], zənbil[zəmbil], günbəz [gümbəz], sünbül [sümbül], şənbə [şəmbə] və s. Kombayn, kombinat, kömbə, pambıq sözləri m ilə yazılır.
    Sonu ç ilə bitən sözlərə d, z, s, t, l, n samitləri ilə başlanan şəkilçi və ya söz gələrsə, tələffüzdə ç-ş əvəzlənməsi baş verir. Məs:qaçdı [qaşdı], heç nə [heş nə], üç dəfə [üş dəfə] və s.
    Sözün ilk c samitindən sonra d, l, s, z samitləri gələrsə, c-j əvəzlənməsi baş verir. Məs:güclü [güjdü], səcdə [səjdə] və s.Həmçinin bax: Samitlər

    Ahəng qanunu

    Fonetikanin əsas qanunlarından biri ahəng qanunudur. Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə ilk heca incə saitdirsə, sonrakı saitlər də incə, qalın saitdirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Sözdə qalın və incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məs: qaranlıqdakılar, hərəkətsizlikdir və s.
    Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi morfoloji xüsusiyyət daşıyır. Çünki kök və şəkilçi arasında ahəng qanunu daha möhkəm və dəyişməz olur. Hər hansı bir söz alınma olsa da, öz dilimizə məxsus şəkilçi qəbul edərsə, mütləq sözün son saitinin ahəngini qorumalıdır. Məs:şi-ka-yət-çi-lər-dən, sa-hib-kar-la-rı-mız. Bu xüsusiyyətinə görə ahəng qanunu morfonoloji hadisə adlanır.

    Yadda saxla!
    Ahəng qanununun pozulduğu sözlər milli sözlərimiz deyil.
    Ahəng qanununa tabe olan sözlərin hamısı milli sözlər deyil.Alınma sözlər də ahəng qanununa tabe ola bilər. Məs:məktəb, təhsil, karbon, namaz və s.
    Milli sözlərimizdən istisna olaraq, ahəng qanununa tabe olmayan sözlər də var. Məs:ilan, işıq, inam, elat, ilğım, ildırım, ilıq, işartı, ilxı, işartı, tikan lakin, sanki və s.
    Milli şəkilçilərimiz ahəng qanununun tələbinə görə iki və dörd cür yazılır.
    Milli sözlərimizdən mürəkkəb sözlərimiz ahəng qanununa tabe olmaya bilər. Məs:Aygün, Elnur, taxtabiti, dəvədabanı və s.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → Müxtəlifcinsli qoşasamitli sözlər və ahəng qanunu

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 2

          Görüntüleme: 21075

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azərbaycan dili → Müxtəlifcinsli qoşasamitli sözlər və ahəng qanunu

    Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:
    1. Kar samitlər
    2. Cingiltili samitlər
    Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
    Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.
    Dilimizdəki cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:





    Cingiltili samitlər:
    b
    q
    v
    ğ
    d
    j
    z
    y
    g
    c
    l
    m
    n
    r

    Kar samitlər:
    p
    k’
    f
    x
    t
    ş
    s
    x’
    k
    ç
    -
    -
    -
    -
    h


    [l],[m],[n],[r] cingiltili samitlərinin kar qarşılığı,[h] kar samitinin isə cingiltili qarşılığı yoxdur.
    [n]və[m] səslərinin əmələ gəlməsində hava əsasən burun boşluğundan çıxır. buna görə həmin samitlərə burun samitləri deyilir
    Dilimizdə 25 samit səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərindəki [k'] səsini (cingiltili [q] samitinin kar qarşılığını) və ipək, çiçək, məktəb sözlərindəki [x'] samitini (cingiltili [y] samitinin kar qarşılığını) ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük, şəkil sözlərindəki [k] səsini (cingiltili [g] samitinin kar qarşılığını) ifadə edən «k» hərfi ilə göstərilir. Buna görə də dilimizdəki səslərin sayı 25, əlifbamızdakı hərflərin sayı isə 23-dür.

    Qoşasamitli sözlərin yazılışı və tələffüzü
    1. Eynicinslı qoşa kk, pp və tt hərfləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məsələn: səkkiz — [səkgiz, mürəkkəb — [mürəkgəb], tappıltı -[tapbıltı], hoppanmaq — [hopbammax], əlbəttə — [əlbətdə], Səttar -[Sətdar] və s.
    2. Eynicinsli qoşa qq hərfləri ilə yazılan sözlərdə birinci cingiltili samit onun kar qarşılığı kimi tələffüz olunur. Məsələn: diqqət — [dikqət], doqquz — [dokquz], toqqa — [tok'qa] və s.
    3. Eynicinsli qoşa cc, dd, zz, ll, ss, ff, vv samitlərinin deyilişində heç bir fərq olmur. Məsələn: təəccüb — [tə:ccüb], yeddi — [yeddi], ləzzət — [ləzzət], əlli — [əlli], rəssam - [rəssam], tənəffüs — [tənəffüs], əvvəl — [əvvəl] və s.
    4. Eynicinsli qoşa yy ilə yazılan sözlərin çoxu bir y ilə deyilir. Məsələn: vəziyyət — [vəziyət], ədəbiyyat — [ədəbiyat], şəxsiyyət — [şəxsiyət] və s. Hədiyyə, təyyarə, səyyar, səyyah və s. kimi sözlərdə isə qoşa yy samitlərinin hər ikisi tələffüz olunur.
    Söz ortasında bəzi samitlərin fərqli tələffüzü:
    1. Söz ortasında yanaşı gələn iki müxtəlif kar samitdən ikincisi cingiltili tələffüz olunur. Məsələn: tüstü — [tüsdü], dəftər [dəfdər], təşkil — [təşgil], kəşfiyyat — [kəşviyat], şaftalı - [şafdalı] və s.
    2. Söz ortasında n samiti b, m samitlərindən əvvəl gəldikdə [m] kimi tələffüz olunur. Məsələn: zənbil — [zəmbil], sünbül -[sümbül], tənbəl — [təmbəl], dinməz - [dimməz], qonmaq -[qommax] və s.
    3. Söz ortasında kar samitdən əvvəl gələn q samiti [k] kimi tələffüz olunur. Məsələn: nöqsan — [nöksan], təqsir -təksir, iqtisadiyyat — [iqtisadiyyat], nöqtə — [nöktə] və s.
    Bu samit cingitili samitdən əvvəl gəldikdə isə [q] kimi tələffüz olunur. Məsələn: istiqlal — [istiqlal], miqyas — [miqyas], maqnit — [maqnit]və s.
    4.Söz ortasında samitdən əvvəl gələn k samiti əsasən [x] kimi tələffüz olunur. Məsələn: təklif - [təylif], ürəkdən -[ürəydən] vəs. belə sözlərdəki k hərfinin [y] kimi tələffüzü də düzgün sayılır.
    5.Sözün ilk c samitindən sonra d, z, l, s samitləri gəldikdə c samiti [j] kimi tələffüz olunur. Məsələn: vicdan — [vijdan], səcdə — [səjdə], gücsüz — [güjsüz]və s.
    6.Söz ortasında ç samitindən sonra d, t, s samitləri gəldikdə ç samiti [ş] kimi tələffüz olunur. Məsələn: keçdi — [keşdi], qaçsan -[ qaşsan]və s.

    Sonu eynicinsli qoşa samitlə bitən söz köklərinin yazılışı
    Dilimizdə, əsasən, ərəb mənşəli təkhecalı bəzi sözlər var ki, qoşa samitlə bitir. Məsələn: sirr, xətt, hədd, fənn, sədd, həqqvə s. Belə sözlərə samitlə başlayan şəkilçi artırdıqda söz kökündəki samitlərdən biri yazılır. Məsələn: sirdaş, xətdə, fənlərvə s. (Bu qayda yalnız hiss sözünə aid deyil, çünki dilimizdə bu sözlə yanaşı, his (çırağın hisi) sözü də vardır). Rəsmxət,hüsnxətkimi mürəkkəb sözlərdə söz kökündəki samit səsin biri yazılır.

    Sözlərin sonunda cingiltili samitlərin yazılışı və tələffüzü
    Dilimizdə sonu b, d, g və c ilə bitən çoxhecalı və bəzi təkhecalı sözlərdə bu hərflər bir sıralarda cingiltili [b], [d], [g] və[c] kimi, başqalarda isə onların kar qarşılıqları — [p], [t], [k] və [ç] kimi tələffüz olunur.
    Məsələn, kitaba, palıda, tüfəngə, qılıncı sözlərində b, d, g, c hərfləri cingiltili [b], [d], [g], [c] səsləri kimi; kitablar, palıdda, tüfəngdən, qılıncdan sözlərində isə kar [p],[t],[k] ,[ç] kimi tələffüz olunur. Nümunələrdən göründüyü kimi, sözün sonundakı samitin kar, yoxsa cingiltili olduğunu (yəni [b], yoxsa [p]; [d] yoxsa [t]; [g] yoxsa [k]; [c] yoxsa [ç] olduğunu) müəyyən etmək üçün həmin sözlərə saitlə başlanan şəkilçiartırmaq lazımdır. Belə sözlərə saitlə başlanan şəkilçiqoşulduqda söz kökündəki son samit cingiltili, samitləbaşlanan şəkilçi qoşulduqda isə kar tələffüz olunur. Məsələn: corab — corabı [b]- corabda [p], bulud — buluda [d] — buludlar [t], pələng — pələngi [g] - pələngdə [g], gənc — gəncə [c] — gənclik [ç] və s. Bu qayda həmin sözlər söz birləşmələrinin birinci tərəfi kimi işləndikdə də eynilə özünü göstərir. Belə ki, bu cür sözlərdən sonra gələn ikinci tərəf saitlə başlanırsa, onda söz kökündəki samit cingiltili, samitlə başlanırsa, kartələffüz olunur. Məsələn: kitab evi — kitab mağazası, kənd [d] adamı — kənd [t] camaatı, gülünc [c] iş — gülünc [ç] hərəkət, nəhəng [g] adam — nəhəng [k] pəhləvan və s. Bu samitlərlə bitən sözlər ayrılıqda və heç bır şəkilçisiz işləndikdə son samit kartələffüz olunur. Məsələn: palıd [t], doşab [p], ağac [ç], qəşəng [k] və s.
    Qeyd: Sonu c samiti ilə bitən çoxhecalı sözlər ayrılıqda işləndikdə [ç] kimi tələffüz olunur: gənc [c], ülgüc [c] və s. Bu sözlərdən sonra g, l, n, t, s, z samitləri ilə başlanan şəkilçilər və ya sözlər gəldikdə isə əsasən, [ş] kimi tələffüz olunur. Məsələn: ağacdan — [ağaşdan], çəkicsiz — [çəkişsiz], ülgüc [ş] yarası çəkic [ş] səsi və s.

    Sonu q və k ilə bitən çoxhecalı sözlərin yazılışı və tələffüzü
    Dilimizdəki çoxhecalı sözlərin sonundakı q hərfi [x] və ya [ğ] kimi tələffüz olunur. Məsələn: otaq — [otax], yanacaq — [yanacax], oynamaq — [oynamax] və s. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q — ğ əvəzlənməsibaş verir. Məsələn: bulaq — bulağın — bulağa və s.
    Dilimizdəki ərəb mənşəli üfüq, şəfəq, hüquq, əxlaq, eşq, aşiq, vərəq, ittifaq, müstəntiq, natiq və s. sözlər isə bu qaydaya tabe olmur. Həmin sözlərin sonundakı samit [k']kimi tələffüz olunur: üfüq - [üfük], şəfəq — [şəfək] və s. Belə sözlərə saitlə başlanan səkilçi qoşulduqda söz kökündəki samit [q] kimi tələffüz olunur. Məsələn: şəfəqi — [şəfəqi].
    Son səşi [y] cingiltili samitinin kar qarşılılığı [x'] kimi tələffüz olunan çoxhecalı sözlər ke hərfi ilə yazılır. Məsələn: çiçək, ürək, çiyələk və s. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k-y əvəzlənməsi baş verir. Məsələn: köynək — köynəyi, köynəyə və s.
    Deyilişi yazılışından fərqlənən sözlərelə sözlər sayılır ki, onlarda hərf tərkibi ilə səs tərkibi arasında fərq olsun. Bu hal iki şəkildə özünü göstərə bilər:
    1. Sözdə hərf və səslərin sayında fərq olur. Məsələn:maaş -[ma:ş] — 4 hərf, 3 səs; bünövrə [bünö:rə]- 7 hərf 6 səs; fəaliyyat[ faliyət] — 9 hərf, 7 səs və. (Bu hala səsdüşümü deyilir).Və ya əksinə:ailə[ ayilə] — 4 hərf 5 səs; məişət [məyişət] — 6 hərf 7səs və s.(Bu hala da səsartımı deyilir).
    2. Sözdə bir (və ya bir neçə) hərf adi qaydada ifadə etdiyi səsdən fərqli olan səsi bildirir. Məsələn:«de» hərfi adətən d səsini ifadə edir: dədə - [dədə]. Lakin bu səs söz sonunda t kimi də tələffüz olunur:qanad — [qanat], armud — [armut] və s. (belə hərflərə orfoqram deyilir).
    Yazılışı ilə deyilişi fərqlənən bu tipli sözlərə aid daha bir neçə nümunə: ağac — ağaç, ürək — [ürəx], avtomat — [aftamat], əgər - [əyər], ixtira — [ixdira], nəhəng — [nəhənk], taxta -[taxda], şənbə — [şəmbə], doşab - [doşap], döyüşkən — [döyüşgən], itki -[itgi] və s.
    Dilimizdə elə sözlər dəvar ki, onların tərkibində uzun tələffüz olunan səslər var. lakin bu həmin sözlərdə hərf — səs fərqinə gətirib çıxarmır.Məsələn: alim — [a:lim], həkim — [hə:kim], Sabir — [Sa:bir], həqiqət — [həqi:qət], məna — [mə:na], şölə — [şö:lə], etibar — [e:tibar], surət — [su:rət], sufı — [sufı] və s.Buna görə də belə sözlər yazılışı ilə deyilişi fərqlənən sözlər sayılmır.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  3. #3
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azərbaycan dili → Müxtəlifcinsli qoşasamitli sözlər və ahəng qanunu

    Səs tellərinin iştirakına görə samit səslər iki növə bölünür: kar, cingiltili.
    1) Kar samitlərin yaranmasında səs telləri iştirak etmir və ona görə də təkcə küydən ibarət olur.
    Dilimizdə 11 kar samit var: [ç], [f], [h], [x], [k], [p], [s], [ş], [t], [k`], [x`]. Son iki səsin hərfi işarəsi yoxdur.
    2) Cingiltili samitlərin yaranmasında səs telləri iştirak etdiyi üçün küylə yanaşı avaz da olur.
    Cingiltili saitlərin sayı 14-dür: [b], [j], [d], [g], [ğ], [c], [q], [l], [m], [n], [r], [v], [y], [z].

    Yadda saxla!
    Dilimizdə 25 samit səs var. Bunlardan 23-nün yazıda xüsusi işarəsi var.
    Səslərdən [k`], [x`] səslərinin xüsusi işarəsi yoxdur. [q] samitinin kar qarşılığı olan [k`] samiti alınma sözlərdə işlənir. Əlifbamızda bu səsin adı -ka kimi göstərilir. Kolxoz, kartof sözlərindəki [k`] səsini kənd, köz sözlərindəki [k] ilə qarışdırmaq olmaz.
    [h] kar samitin cingiltili qarşılığı, [l], [m], [n], [r] cingilitili samitlərinin isə kar qarşılığı yoxdur.
    [l], [m], [n], [r] samitləri sonor samitlər adlanır. [m], [n] samitlərinin tələffüzündə hava axını burun boşluğundan çıxdığı üçün burun samitləri də adlanır.
    ka və ke samitlərini qarışdırmamaq üçün ka-da ştrixdən (`) istifadə olunur: [k`]

    Sonu cingiltili samitlə bitən sözlərin yazilişi və tələffüzü

    Sonu b, d, g, c samitləri ilə bitən sözlərdə tələffüz zamanı iki fərqli cəhət yaranır:
    1) Yazıldığı kimi tələffüz olunur. Bu zaman həmin söz ya saitlə başlayan şəkilçi qəbul edir, ya da özündən sonra gələn söz saitlə başlayır. Məs: corabı, tüfəngin, qılınc oynatmaq, palıd ağacı.
    2) Həmin samitlər kar qarşılığı kimi tələffüz olunur. Bu zaman həmin sözlər ya samitlə başlayan şəkilçi qəbul edir, ya da özündən sonra samitlə başlayan söz gəlir. Bu cür sözlər şəkilçisiz işləndikdə də kar tələffüz olunur. Məs: bulud topası [bulut topası], buludlu [bulutdu], corab [corap] və s.

    Yadda saxla!
    Sonu c samiti ilə bitən sözlər d, l, t, z, s, n samiti ilə başlayan şəkilçi qəbul edərsə c samiti [ş] kimi tələffüz olunur. Məs: əlacsız [əlaşsız ] və. s
    Sonu z samiti ilə bitən bəzi sözlər də kar tələffüz olunur.Məs:yersiz cavab, [yersis cavap], almaz [almas], palaz [palas] və s.
    Tələffüz zamanı dəyişikliyə uğrayan hərf orfoqram adlanır.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Giriş

Giriş