Azerbaycan DQMV-nin yaranması haqqında dekret Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması (Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin "Dağlıq Qarabağ Muxtar Vilayətinin" yaradılması haqqında 7 iyul 1923-cü il tarixli Dekreti olduğu kimi) Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi. Zaqafqaziyada 1905-ci ildə

Bu konu 1215 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan DQMV-nin yaranması haqqında dekret 1215 Reviews

    Konuyu değerlendir: Azerbaycan DQMV-nin yaranması haqqında dekret

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1215 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan DQMV-nin yaranması haqqında dekret

    Azerbaycan DQMV-nin yaranması haqqında dekret


    Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması
    (Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin "Dağlıq Qarabağ Muxtar Vilayətinin" yaradılması haqqında 7 iyul 1923-cü il tarixli Dekreti olduğu kimi)

    Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.
    Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın - ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi.
    Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovinistlərin - müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç "müstəqil dövlətə" parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu "dövlətlərin" mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.
    Hansı formada təzahür etməsindən asılı olmayaraq milli zülmün və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi, vahid dövlət ittifaqında xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir.
    Bu vəzifənin yerinə yetirilməsi naminə Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi qərara alır:
    1. Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla, ASSR-in tərkib hissəsi olaraq Muxtar Vilayət yaradılsın.
    2. Muxtar Vilayətin idarə orqanları bunlardır: Vilayət İcraiyyə Komitəsi və yerli sovetlər.
    3. Vilayət icraiyyə komitəsi yaradılana qədər müvəqqəti inqilab komitəsi yaradılsın, ona 2 aydan gec olmayaraq daimi icraiyyə orqanının seçilməsi üçün sovetlər qurultayını çağırmaq vəzifəsi həvalə edilsin.
    Qeyd: Bütün otlaqlar, meşələr, bağlar, torpağa və suya faktik sahiblik indiki sahiblərinin ixtiyarında saxlanılır.
    4. Vilayət icraiyyə komitəsi bütün zəruri maliyyə və texniki vəsaitlərlə bilavasitə AzMİK-nin sərəncamı ilə Azərbaycan SSR-in ümumi vəsaitlərindən təchiz olunur.
    5. Vilayətin əsasnaməsini işləyib hazırlanması və inzibati vahidlərin faktik olaraq Qarabağ Muxtar Vilayətinə verilməsi və habelə Muxtar Vilayətin sərhədlərinin müəyyənləşdirilməsi üçün Dağlıq Qarabağ, düzən Qarabağ, Kürdüstan və ASSR mərkəzi hakimiyyətinin nümayəndələrindən ibarət qarışıq komissiya yaradılsın, ona (komissiyaya) öz işini bu il avqustun 15-dək başa çatdırmaq vəzifəsi həvalə edilsin.

    AzMİK Rəyasət Heyəti sədrinin əvəzinə: M.B.Qasımov

    AzMİK katibi: M.Xanbudaqov

    SSRİ Fəhlə-Kəndli Hökumətinin 1923-cü il üzrə qanunlar və sərəncamlar külliyyatı. Bakı şəhəri, 1925-ci il, səh. 384-385


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan DQMV-nin yaranması haqqında dekret

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1215

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş