Mina təhlükəsi http://garabagh.net/uploads/mina.jpg 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəsin əldə edilməsindən sonra ərazilərinin bir qismi işğaldan azad edilən Füzuli, Tərtər, Ağdam, Goranboy rayonlarında, habelə təmas xətti boyunca mina və partlamamış döyüş sursatları ilə çirklənmiş torpaqlar problemi özünü göstərməyə başlamışdır. Azərbaycan ərazilərini işğal edən erməni qüvvələri bu ərazilərdə çoxsaylı minalar basdırmış və atəşkəsin əldə edilməsinə baxmayaraq mina

Bu konu 971 kez görüntülendi 0 yorum aldı ...
Mina təhlükəsi 971 Reviews

    Konuyu değerlendir: Mina təhlükəsi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 971 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Mina təhlükəsi

    Mina təhlükəsi





    1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəsin əldə edilməsindən sonra ərazilərinin bir qismi işğaldan azad edilən Füzuli, Tərtər, Ağdam, Goranboy rayonlarında, habelə təmas xətti boyunca mina və partlamamış döyüş sursatları ilə çirklənmiş torpaqlar problemi özünü göstərməyə başlamışdır. Azərbaycan ərazilərini işğal edən erməni qüvvələri bu ərazilərdə çoxsaylı minalar basdırmış və atəşkəsin əldə edilməsinə baxmayaraq mina partlayışları cəbhəyanı bölgələrdə insan itkilərinə səbəb olmuşdur.
    Müharibədən zərərçəkmiş ərazilərdə minaların təmizlənməsi və bərpa işlərinə 1996-cı ildən etibarən başlanılıb. Lakin bu iş böyük vəsaitlər, peşəkar mütəxəssislər, beynəlxalq praktikanın öyrənilməsini, müasir texniki vasitələrin alınmasını tələb etdiyindən onunla məşğul olmaq üçün ayrıca dövlət qurumuna ehtiyac yaranmışdır. Müharibə zamanı zərər çəkmiş ərazilərdə yerli sakinlərin yaşaması və fəaliyyəti üçün təhlükəsiz şərait yaratmaq, ərazilərin minalardan təmizlənməsi üçün 1998-ci ildə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yaradılmışdır. Agentlik minatəmizləmə əməliyyatları ilə yanaşı Azərbaycanda mina təhlükəsi üzrə maarifləndirmə və minadan zərər çəkmiş şəxslərə yardımla bağlı proqramları həyata keçirməkdədir.
    Mina Təsirinin Tədqiqatı nəticəsində minadan zərərçəkən 480 və PHS-dən (Partlamamış Hərbi Sursat) zərərçəkən 163 icma aşkar edilmişdir. Təhlükə ehtimalı olan cəmi 970 ərazinin təxminən 514 000 nəfərin təhlükəsizliyinə və yaşayışına mənfi təsir göstərdiyi müəyyən edilmişdir. İndiyədək Agentlik tərəfindən 164 796 810 kvadratmetr ərazidə 661,983 mina, mərmi, əl qumbarası və digər partlayıcı silah və sursat aşkarlanaraq zərərsizləşdirilmişdir.
    Hər il sərhəd rayonlarında 18-20 milyon kvadratmetr çirklənmiş ərazilər təmizlənir. Buna baxmayaraq Qarabağ münaqişəsinin başlamasından bu günə kimi mina partlayışları nəticəsində ümumilikdə 2500-ə yaxın insan zərər çəkib ki, onların da 366-i ölmüş, 2 mindən bir qədər artığı isə yaralanmışdır. Ölənlərdən 47-si uşaq, 10-u qadın, 309-u kişidir. Yaralananlardan isə 228-i uşaq, 40-ı qadın, 1735 nəfəri isə kişidir.
    Mütəxəssislər qeyd edirlər ki, işğal altında olan ərazilərdə mina/PHS-lə çirklənmənin miqyasını təyin etmək mümkün deyildir. Dağlıq Qarabağdan başqa, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları bütövlükdə, Füzuli, Tərtər, Ağdam rayonlarının isə bir hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Mina/PHS-lə yüksək çirklənmə səviyyəsi olan bu rayonlarda 350 mln.kv.m-dən 830 mln.kv.m-dək ərazidə 50 000-dən 100 000-dək mina yerləşdirildiyi ehtimal olunur.
    Agentlik tərəfindən təmizləmə əməliyyatları hazırda Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy və Tərtərdə davam etdirilir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Mina təhlükəsi

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 971

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş