Xarici mətbuatdan Xocalı Soyqırımı “Sandi tayms” qəzetinin müxbiri: Erməni əsgərləri yüzlərlə azərbaycanlıya divan tutmuşlar... Ermənilər bu insanlara fasiləsiz atəş açır, sonra onları süngülərlə dəlik-deşik edir, bıçaqla doğrayırdılar. Bir oğlanın qulağı kəsilmişdi. “Vaşinqton post”un müxbiri: Cəsədlər arasında iki uşaq və üç qadın meyiti vardı. Onlardan birinin sinəsinə yaxın məsafədən atəş açılmışdır. Ağdam hospitalına gətirilmiş 120 qaçqının çoxunda süngü yarası vardı...

Bu konu 1199 kez görüntülendi 0 yorum aldı ...
Xarici mətbuatdan Xocalı Soyqırımı 1199 Reviews

    Konuyu değerlendir: Xarici mətbuatdan Xocalı Soyqırımı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1199 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Xarici mətbuatdan Xocalı Soyqırımı

    Xarici mətbuatdan Xocalı Soyqırımı



    “Sandi tayms” qəzetinin müxbiri: Erməni əsgərləri yüzlərlə azərbaycanlıya divan tutmuşlar...
    Ermənilər bu insanlara fasiləsiz atəş açır, sonra onları süngülərlə dəlik-deşik edir, bıçaqla doğrayırdılar. Bir oğlanın qulağı kəsilmişdi.

    “Vaşinqton post”un müxbiri: Cəsədlər arasında iki uşaq və üç qadın meyiti vardı. Onlardan birinin sinəsinə yaxın məsafədən atəş açılmışdır. Ağdam hospitalına gətirilmiş 120 qaçqının çoxunda süngü yarası vardı...

    Parisdə çıxan “Le Mond” qəzetinin müxbiri: Şəhərdən qaçan qadınlara və uşaqlara yaxın məsafədən avtomat silahlardan atəş açılmışdır. Üç nəfərin başının dərisi soyulmuş, barmaqları kəsilmişdir.

    Londonda çıxan “Tayms” qəzetinin müxbiri yazırdı ki, onun gördüyü adamların çoxu eybəcər hala salınmış, balaca qızcığazın isə yalnız başı qalmışdır...

    Fransalı jurnalist Jan-İv Yunet: Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük... Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular...

    Rusiyanın “İzvestiya” qəzetinin müxbiri V.Belıx: Ağdama vaxtaşırı cəsədlər gətirilir. Ermənilər həlak olmuş bu insanların cəsədlərinin müqabilində qarşı tərəfdən diri adamları girov götürürlər. Gecənin qaranlığında bu insanların çıxarılmış gözlərini, kəsilmiş qulaqlarını, dərisi soyulmuş, bədəndən ayrılmış başlarını görəndə adam dəhşətə gəlir. Bir neçə cəsədi kəndirlə bir-birinə bağlayıb zirehli transportyora qoşaraq sürümüşdülər. İşgəncələrin həddi-hüdudu yoxdur...

    Rusiyanın “Memorial” hüquq müdafiəsi mərkəzi də təsdiq etmişdir ki, ermənilər hətta ölüləri də təhqir edirdilər. Bu mərkəz bir azərbaycanlının diri-diri başının dərisinin soyulması faktını qeydə almış və xocalılıların həlak olması səbəblərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparmışdı.

    İngiltərə teleşirkətlərindən birinin hadisə yerində olmuş jurnalisti R.Patrik demişdir: “Xocalıda törədilmiş mənfur əməllərə dünya ictimaiyyətinin nəzərində heç nə ilə haqq qazandırmaq olmaz”.

    Krua l'Eveneman jurnalı (Paris): Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

    Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

    Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.

    İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

    Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

    1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Xarici mətbuatdan Xocalı Soyqırımı

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1199

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş