http://img.share.az/images/ff990/ce03b/87a6fa32dba9a27f929fb6.jpeg Hərdən yadıma sən düşürsən. Yenə tökülür ağaclardan yarpaqlar, solur güllər və yenə payız kəsir qapımı. Sonra yağır yağış, batır günəş. Kimsə görmür axır içimə səssiz külək. Sonra fırtınalar baş qaldırır, səssiz, kimsə görmür mən bilirəm. Yenə hərdən yadıma sən düşürsən. Toplanır xatirələr, yenə göz yaşı, yenə kədər, qəm. Sonra yollar uzanır mən getdikcə. Yorğun addımlar ayaqlarımı kəsir. Sanki zəncirlər bağlanıbmış kimi.

Bu konu 4008 kez görüntülendi 6 yorum aldı ...
Revoş''un imza arşivi:)) 4008 Reviews

    Konuyu değerlendir: Revoş''un imza arşivi:))

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4008 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1000
    @Revane

    Standart Revoş''un imza arşivi:))



    Hərdən yadıma sən düşürsən. Yenə tökülür ağaclardan yarpaqlar, solur güllər və yenə payız kəsir qapımı. Sonra yağır yağış, batır günəş. Kimsə görmür axır içimə səssiz külək. Sonra fırtınalar baş qaldırır, səssiz, kimsə görmür mən bilirəm.

    Yenə hərdən yadıma sən düşürsən. Toplanır xatirələr, yenə göz yaşı, yenə kədər, qəm. Sonra yollar uzanır mən getdikcə. Yorğun addımlar ayaqlarımı kəsir. Sanki zəncirlər bağlanıbmış kimi. Yenə hirs, yenə qəzəb. Yenə üsyanlar baş qaldırır içimdə, yenə susduracaq iradəm. Kimsə bilmir mən bilirəm.

    Sonra yadıma yenə düşən sən. Yenə xatirəmdən silinməyən izlərin. Yenə heyiflər, yenə ümidlər, sonra yenə öldürülən həvəs, bəs! Artıq bitsin artıq. Çıxsın qoy günəş. Parlasın ulduzlar ancaq gecələr. Yenə bir sabah açılsın. Unudum səni, özümü. Unudum bizi və gedim. Tək olum bir gün heç olmasa.

    Sayı artdıqca sonraların, ard-arsı kəsiləmədən sənsizliyin qoxusu bir az daha yaxınlaşacaq burnuma. Bir az daha hiss edəcəm yoxluğun nəfəsini və bir az daha qırılacaq ümidlərimin qanadı. Bir gün göz açdığımda həyata sənsizliyə göz yummalı olacağımı gün üçün yuxuya getmək istəyirəm. Amma..

    Sonra bir sabah yenə sən. Yenə qayıdacam başa bilirəm. Nəisə unutdum! Necə unutmusan sən. Yenə sən, sən və yalnız mən. Bitməyən hissin sonu kimi. Yenə biz, biz ikimiz. Sağollaşaq ,bu gecəlik mən yatım. Sabah oyanınca qonağım olacaqsan yenə sən. Bilirəm..


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Revoş''un imza arşivi:))

          Kategori: Güzel Sözler ve SMS Mesajları

          Konuyu Baslatan: Revane

          Cevaplar: 6

          Görüntüleme: 4008


  2. #2
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1000
    @Revane

    Standart



    Tam sinənin ortasinda bir yeriniz aciyacaq.Evinizin sizi içinə siğdirmayacaq qədər dar olduğunu hiss edəcəksiniz..Küçəyə çixacaqsiniz...Küçələrdə dar gələcək... Eynilə ürəyinizin bədəninizdə dar olduğu kimi... Nə dənizin mavisi açacaq içinizi,nədəki par par yanan səma.Özünüzü daşimayacaq qədər çox böyüyəcək,bir tərəfdəndə itəcək qədər balacalacaqsiniz... Bəziləri sizə bir şeylər anladacaq dayanmadan...”əhəmiyyətli olan sağlamlıqdır”...”yaşamaq gözəldir”...”boşver,hər şey unudular”...Siz heç birini eşitməyəcəksiniz.Göz yaşlarinizdan ətrafı görə bilməz hala gələcəksiniz...ONDAN ölməsini istəyəcək qədər çox nifrət edəcək,az sonra isə onun qollarinda ölmək istəyəcək qədər çox sevəcəksiniz.Həmişə onun haqda danışmaq istəyəcəksiniz.”Ölümə çarə tapildi” ya da “Sabah qiyamət qopacaq” desələr başinizi qaldirib nə dedin deyə soruşmayacaqsiniz...Yalniz qalmaq istəyəcəksiniz... Həm də izdihamların arasında itmək... İkisi də yetməyəcək...Keçmişi düşünəcəksiniz... az qala dəqiqə dəqiqə.Onunla keçirdiyiniz vaxtları düşünərək keçdiyiniz yerlərdən keçmək istəyəcəksiniz.Getdiyiniz yerlərə getmək.Bu sizə heç yaxşı gəlməyəcək amma bilə-bilə eliyəcəksiniz.Biri sizə içinizdəki acını söküb atabiləcəyini desə qaçacaqsınız.Əslında xilas olmaq istəyiniz halda,o acını yaşamaq üçün dirənəcəksiniz.Həyatınızın geri qalanını onu düşünərək keçirmək istəyəcəksiniz.Əksini iddia edənlərdən nifrət edəcəksiniz.Hərkəsi ona bənzədib ama kimsəni onun yerinə qoya bilməyəcəksiniz ... heç bir şey sizi bundan ayıltmayacaq.. Dərmanlara sığınacaqsınız ...


    Bir neçə saat başınızı bulandıran,amma əsla onu unutdurmayan.Bütün mahnılar sizin üçün yazılmiış kimi gələcək ... Boğazınız düyünlənəcək. Yatmaq çətin, oyanmaq asan olacaq ... Səhəri iplə çəkəcəksiniz .. Bəzən də “heç günəş doğmasa” deyəcəksiniz.Nə gecələr sizi rahatlaşdıracaq nə gündüzlər .. Ölməyi istəyib, ölməyəcəksiniz. Önünüzə çıxana sarılmaq istəyəcəksiniz. Yuxular görəcəksiniz,gerçək olmasını istədiyiniz.Hər sıçrayaraq oyandığınızda onun adını dediyinizi görəcəksiniz . Telefonun çalmasını gözləyəcəksiniz ... Zəng etməyəcəyini bilə bilə .. hər çaldığında ürəyiniz ağzınıza gələcək ... Ağlayaraq danışacaqsan zəng edənlərlə .... Ürəyiniz bulanacaq .. caniniz yanacaq ... Bir daha sevməməyə and içəcəksiniz.Həyata aid heç bir şey etmək gəlməyəcək içinizdən .... Onun səsini bir dəfə daha eşitmək üçün yanıb kül olacaqsan ... Dəfələrlə axtardığı günlərin qiymətini bilmədiyiniz üçün özünüzdən nifrət edəcəksiniz ... Yaşadığınız şəhəri tərk etmək istəyəcəksiniz .... Onunla heç bir anınızın olmadığı bir yerlərə gedib yerləşmək istəyəcəksiniz .. Ancaq bir ümid .. Onunla bir gün bir yerdə qarşılaşma ümidi ... Bu ümid sizi getməkdən saxlayacaq .. . Gel getlər içində yaşayacaqsınız ...


    Buna Yaşamaq deyilirsə..

  3. #3
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1000
    @Revane

    Standart




    Gedirəm, mənə elə baxma, gedirəm. Əlvida deyib gedirəm. Səndən ayrılmaq istəməsəm də, həmişəlik gedirəm. Heç istəməsəm də gedirəm.
    Zamanı əvvələ döndərmək olsa getmərəm. Əllərindən tutsam, boynuna sarılsam, hər şey qayıtsa, getmərəm. Sevgimizi saxlamağa gücüm çatsa, heç vaxt getmərəm, qovsanda, acılasan da getmərəm.
    Bilsəm itirdiklərim tapılar, qayıdaram, getmərəm.

    Gedirəm, gözü yaşlı, çiynimdə həsrət yükü, ürəyim sevgiylə dolu gedirəm. Sənin istəyinlə səni sevmişdim,indi də istəyinlə gedirəm. İstəməsəmdə, çox çətin olsa da, gedirəm.
    Elə bil ayrılığa yox, ölümə səmt gedirəm. İşıqdan, qaranlığa gedirəm. Qaranlıqdan qorxduğumu bilə-bilə məni işıqsız bir yerə göndərirsən. SƏNSİZ qala bilməyəcəyimi bilə-bilə.Nə tez dəyişdin? Hansı qasırğa qəlbinə girib onu buza döndərdi? Hansı külək tufana girib onun səmtini

    Özümü günahkar hiss edirəm: səni çox sevdim, sənsizlikdən çox qorxdum. Ürəyimə gələnlər başıma gəldi.
    Gedirəm, mənə elə baxma. Soyuq-soyuq, mənasız-mənasız sənin bu baxışlarını görməməkçün gedirəm.. Ürəyimdə sevgimizi qorumaqçün gedirəm.
    Sənə son sözümü deyib gedirəm, axtaracaqsan məni. Həmişə axtaracaqsan

  4. #4
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1000
    @Revane

    Standart



    Kipriklərini qısqanıram hərdən, gözlərinə məndən daha yaxın deyə..

    Sən mənim ikinci Doğum Günümsən..

    Sevən gic, sevməyən dəli. Ən yaxşısı bu dünyaya gəlməməli

    Yoxluğuna dayandım. Sənsiz də səhər oldu. Sənsiz də fəsillər dəyişdi.

    Amma dodağlarımla gülsəm də gözlərimlə gülməyi unutdum sayəndə.

    Sənə necə səslənməliyəm bilmirəm. Həyatım desəm həyat çox qısa, gülüm desəm gül solur.

    Sənə canım deməliyəm, çünki bu can sən olduqca yaşayır

    Bir dənə olsun, zamanla olsun [Ömrüm] olsun!

    Cavanların deyiminə görə əyləncə qədər, yaşlıların deyiminə görə cavanlıq qədər, uşaqların deyimiylə dünyalar qədər,

    mənim deyimimə görə CANIM qədər sevirəm səni!
    Nağıl kitabi kimisən.

    Oxumaq gözəldi, inanmaq çox çətin..

    Baxsan uzaqdayam, fikirləşsən ağlındayam, hiss etsən ürəyindəyəm və darıxsan həmişə səninləyəm ..

    Gülmək sənin üçün bir vərdiş olsun. Əgər bir gün ağlasan o da xoşbəxtlikdən olsun

    Dünəndə sən
    Bugündə sən
    Sabahda sən
    Xəyalda sən
    Yaxında sən
    Uzaqda sən
    Hüznümdə sən
    İçimdə sən
    Günümdə sən
    Gecəmdə sən
    Ölümdə sən
    Yaşamda sən
    Tutdurub dəli könlüm ancaq sən, ancaq sən ...

    İstədiyimə "sahibəm", sahib olduğuma "aidəm"

    Ağlamaq gözəl, gülmək qədər deyil. Ölüm gözəl, yaşamaq qədər deyil.

    Sevmək gözəl, sevilmək qədər deyil.

    Hər kəs səni sevər, amma mənim qədər deyil.

  5. #5
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1000
    @Revane

    Standart



    İndi yox oluram...
    Səni sevmədiyim üçün deyil,
    Əksinə səni çox sevdiyim üçün yox oluram...
    Sənsiz yaşaya bilməyəcəyimi anladığım üçün yox oluram.

    Sökübdə ürəyimi öz əllərimlə,
    Qanaya qanaya yox oluram
    Ürəyimin qanı gözlərimə vurur...
    Damlayır yavaş yavaş ciyərimə...


    Sanmaki xoşbəxtəm,
    Sanmaki xoşbəxt olacam sənsiz...
    Amma sən həmişə xoşbəxt ol...
    dözə bilmərəm gözlərində qaranlıqlar görməyə...

    İndi yox oluram
    Sanmaki istədiyim üçün...
    Sanmakı başqa göz dəydi gözlərimə..
    Sanmakı ağılıma düşdü başqa biri...
    Səndən başqa ad yox ürəyimdə

    Çox istədim halbuki,
    Uzadıb sənə əllərimi
    "nə olar gəl mənimlə " deməyi...
    Deyə bilmədim...
    Bilirsən ki kilidləməliydim dilimi
    Bunu diləmək acı verəcəkdi çünki...
    Tapançadan atılan güllədən fərqsiz olmayacaqdı...
    Diləyim səni yaralayacaqdı...
    Çarəsizliyinə bir düyündə mən atmış olacaqdım...
    Qanayacaqdın...

    Qorxma istəmişdim kimsəsiz gecələrdə...
    Kimsəsiz hiss etmə özünü...
    Təkliyin qoxusu bulaşmasın üzərinə...
    Sən həmişə xoş ətirli iy ver sevgimlə...
    Dəstəyə ehtiyacın olduğunda,
    Məni, həmişə taparsan yanında...
    Çiyinindəki sevgi dolu,
    Şəfqət dolu əllərimi hiss et daim..
    Edə bilmədim...
    Mən sənə bəlkə də,
    Heç doya doya sarıla bilmədim...

    Zamana qarşı bir yarışdı həmişə bizimki...
    Həmişə dəqiqələrlə məhdud idi qucaqlaşmalar...

    İndi yox oluram
    Sanmakı istəyərək...
    Sevərək getmək,
    Nə demək bilərsənmi sən?
    Necə bir ağrıdır bu?
    Necə bir yanmaqdır ki,
    Çarə yox söndürməyə...

    Mən bütün yanğınlarımı alıb yox oluram
    Daha qanı qurumamış yaralarımı...
    Oxuduğum bir şeirin tək bir misrasında...
    Təkrardan qanayacağını bilərək yox oluram
    O yaranın heç bağlanmayacağını bilərək yox oluram


    Yox oluram
    Həyatının bitməyə məhkum dəhlizindən çıxıb
    Sonsuza çatacaq yollarında
    Yenə sənin yanında gedə bilmək üçün yox oluram
    Səni itirməyə dözə bilməyəcəyimi bildiyim üçün
    Səni həmişə qazanmaq üçün yox oluram
    Mən səni bitirmək üçün deyil...
    Mən sənə yenidən başlamaq üçün yox oluram.

  6. #6
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1000
    @Revane

    Standart



    Hamımız həyatımızda çətinliklər yaşayırıq mütləq. Ağrılar, dərdlər, bədbəxtliklər, ümidsizliklər. Bunlar həyatın gerçəkləridir. Sevgi ağrısıdır bəlkə insana ən çox ən çox acı çəkdirə bilən. Həyatın nə qədər boş olduğunun düşünüldüyü anlar vardır. Onlardan birisindəsən. Gedib dəniz sahilində bəzən dənizi izləyirsən. Bir parça dinclik tapmaq xəyalıyla baxırsan sonsuz maviliyə. Həyatda yapışacaq bir şeylər axtarırsan. Yapışmaq məcburiyyətindəsən, həyata davam etmək və sırf bəzilərinin inadına məcburən də olsa gülümsəməlisən. Günlər keçər, sıradan, adi günlər... Sonra biri çıxar qarşına. Gözləri ən parlaq ulduzdan belə daha parlaq gəlir sizə . Bəzən əhəmiyyət verməzsən bu vəziyyətə əvvəl, çünki bəlkə də hər hansı biridir. Həyatına girib çıxmış yüzlərlə insandan yalnız biri. Yolda görüb davam etdiyin insanlardan biri. Dəyəri sıfırdır sənin üçün ilk başda. Sonra tanımaya başlarsan, tanıdıqca sevməyə. Bir vərdiş tutar səni, pəncələriylə sıxar ürəyini. Qopa bilməzsən. Danışdıqca daha çox sıxar ürəyini o pəncələr. Ürək artıq partlayacaq nöqtəyə gəlmişdir. Amma kimsəyə də izah edə bilməzsən. Nə anana, nə atana, nə də ən yaxın dostuna. Hər hansı biri kimi tanıdarsan onu ətrafındakılara. Qarşındakına belə söyləyə bilməzsən dəyərini. Baha biçilə bilməz olmuşdur artıq sənin üçün. Onsuz keçən beş dəqiqə, ömründən illər aparar. O da sənin kimi zənn edərsən. '' O da mənim kimi sevir '' deyərsən içdən içə. Beləcə davam edər günlər. O artıq sənin bir parçan olmuşdur. Yatarsan ağlında o, qalxarsan yenə ağlında o. Yuxularında belə onunlasan, onun yanındasan. Onun xəyalıyla keçər dəqiqələr, saniyələr amma bir an gəlir.....


    O gedər. Getdiyi zaman nə qədər çox şey apardığının fərqində deyil. Ürəyindən bir parça aparar gedişiylə birlikdə. Min parçaya bölünmüşdür ürəyin, bədənin, beynin artıq. Əlindən gələn hər şeyi edərsən bu gedişdən sonra. Unutmaq üçün. Silmək üçün. Silə bilməzsən. Şəkilinin qarşısına oturub dəqiqələrlə danışarsan, suallar verərsən Ona. Saatlar əvvəl səninlə nəfəs aldığını sandığın insan, artıq həyatının bir parçası deyil. Və ən pisi odur ki, o kədərlənməz sənin kədərləndiyin qədər. Davam edər həyatına. Bəlkə də sənə etdiyi ''qəbul edilə bilməz'' şeylərdən sonra belə haqlı olduğunu düşünər, həyatına əyləncəli bir şəkildə davam edər. Anlayarsan ki, sən bir heçmişsən onun gözündə. Bəlkə heçdən belə az. Edilən sözlər, danışılanlar, paylaşılanlar, verilən sözlər, edilən andlar heç bir şey ifadə etmirmiş qarşı tərəf üçün. Heç olma duyğusu bu həyatda hiss edilə biləcək ən pis şeylərdən biridir. Sən onu dəftərinin ən baş küncünə yazarkən, o bir silgi zərbəsiylə silər səni. Tozlarını belə təmizləməz. O sənin ürəyindədir, sən onun beynində. İnsan beyindən çox daha tez silir bəzilərini. Ürəkdən silmək üçünsə çox daha çox zaman lazımdır. Ürək beyindən kiçikdir, çox az insan sığar oraya. Ona görə silmək işi tələb edir. "Anladım ki mənim içimi cız etdirən ona vız gəlir." demiş İskəndər. Tam olaraq vəziyyət belədir. Sənin ürəyin yanarkən, o əylənir, gəzir. Sənin ürəyin onla doluykən onun ürəyində səndən əsər yoxdur. Sən onu unutmaq üçün hər şeyinlə mübarizə edərkən, onun səni unutması ən çox 15 dəqiqə davam edir. İnsana ən çox təsir edən də elə budur.


    Yaxşı, edilməsi lazım olan nədir? Nə etmək lazımdır bu müddəti sovuşdurmaq üçün. İnanın ki, bilmirəm. Bilənin olduğunu da zənn etmirəm. Zaman hər şeyin dərmanıdır bəlkə də. Bəlkə də xəyallarınızdakını daha çox sevəcəksiniz, bəlkə də intiqam hissiylə alışıb yanacaqsınız... Amma inanın ki, yenə də düşünməmək ən gözəlidir. Düşünmədən, hiss etmədən yaşamaq. Xəyal etmədən, ümidlənmədən bir şəkildə həyata yapışmaq. Ola biləcək bir şeymi, kimsə təxmin edə bilməz. Amma həyatı bir şəkildə davam etdirmək lazımdır, nə olursa olsun. Sonda: bu həyatda dəyər bilmək mütləqdirsə, sadəcə öz dəyərinizi bilin.
    Bütün nağıllar "göydən 3 alma düşdü" ilə bitməsə də
    hər halda bir şəkildə bitirir bitirmək istəyən.

  7. #7
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1000
    @Revane

    Standart


    Hər birimiz həyatımızın sevgisini tapmaq, ilk görüşdəcə sevgiyə inanmaq istiyirik. Bəzilərimiz şanslı olmağı bacarır... "İlk görüşdə sevgi varmı?" şəxsən mən buna əmin deyiləm,amma olduğuna ürəkdən inanmaq istərdim.Çoxumuz həyatımızın sevgisini gördüyümüzdə ayaqlarımızın yerdən kəsilməsini, qəlbimizin yerindən çıxacaqmış kimi atmasını gözlüyərik.Bunun baş verməsi isə sadəcə olaraq hormon partlayışının nəticəsində meydana gələn enerji ve həyəcan hadisəsidir. Yaşad olduqca,yaş üzərinə yaş gəldikcə bu həyəcanlarımız azala bilər.Keçmişə nəzər saldıqda isə unudulmayan sevgilərə baxdığımız da; "Romeo ve Julıet" sevgilərini yaşadığlarında hələ 18 yaşında deyildirlərmi? Böyüdükcə, yaşad olduqca özümüzə olan etibarımız artmağa başladıqca, qarşımızdakı insanlara olan etibarmız da yavaş-yavaş azalmaya başlıyır...



    Zaman keçdikcə isə öz işlərimizin və problemlərimizin çarəsinə bir əlac tapmağa çalışırıq və tək qalmağa öyrəşirik. Bütün bunlar bir ortaq məxrəcə gəlincə isə həyatımızın sevgisini tapmağa gecikə bilərik.Çünki biz hələ içimizdəki qadını ya da kişini xoşbəxt etməyi, bizi anlaya biləcək birini xəyal edirik.Bu xəyaldan tez bir zamanda uzaqlaşmalı...Həqiqətlərlə üzləşməkdən qorxaraq bəlkə də gözümüzün önündə olan doğru qadını ya da kişini görmüyə bilərik... Həyatımızı doğru insanı gözlüyərək keçirmək əvəzinə,bizə hisslərini və hər anında fikirlərini açan qadın ya da kişiyə bir şans verməli və o insan ilə vaxt keçirməyi sınamalıyıq.Haqlısız ola bilsin ki... bizim ürək döyüntülərimizi sürətləndirməsin, bizi həyəcanlandırmasın, ayaqlarımızı yerdən kəsməsin!Amma...


    Birlikde yaşaya biləcəyin biri ilə deyil, onsuz yaşa bilməyəcəyin biri ilə ol...Gəldiyində boşluq dolduran biri ilə deyil...Getdiyində


    1. Əsas sevmək deyil,onu yaşatmaq gərəkir...
    2.Əsas ailə qurmaq deyil,onu qorumaq gərəkir...
    3.Əsas verilən şirin vədlər deyil,onları reallaşdırmaq gərəkir...

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş