https://www.youtube.com/watch?v=TviblHTtAjQ Nəsimi 1973 Məzmun Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Film haqqında * Film aktyor Rasim Balayevin kinoda ilk işidir. * Film ”Kodak” kinolentinə çəkilən ilk Azərbaycan filmidir.

Bu konu 1849 kez görüntülendi 0 yorum aldı ...
Nəsimi 1973 1849 Reviews

    Konuyu değerlendir: Nəsimi 1973

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1849 kez incelendi.

Konu: Nəsimi 1973

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Nəsimi 1973


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]



    Nəsimi 1973

    Məzmun
    Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.
    Film haqqında
    * Film aktyor Rasim Balayevin kinoda ilk işidir.
    * Film ”Kodak” kinolentinə çəkilən ilk Azərbaycan filmidir.
    * Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da xalqımızın mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə ”Nəsimi” bədii filmini çəkdilər.
    * Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etdilər.
    * Titr: ”Bu film orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir. XIV əsrin axırı XV əsrin əvvəllərində Azərbaycan xalqı bir tərəfdən yadelli işğalçıların, digər tərəfdən bir-birilə aramsız müharibələr aparan yerli feodallarla irticaçı ruhanilərin zülm və talanlarına məruz qalmışdı. Nəsimi yalnız dövrünün ictimai haqsızlıqlarına qarşı çıxan şair və insan ləyaqətini müdafiə edən humanist filosof olaraq qalmamışdı; onun yaradıcılığında islam qaragüruhu ilə mibarizə aparıb öz dövründə mütərəqqi rol oyanayan, eyni zamanda əsrin mütərəqqi, idealist dünyagörüşü təsirindən tamam azad olmayan hürufilik hərəkatının bir çox ideyaları da öz əksini tapmışdı. Film Nəsimi irsinin bizim üçün daha qiymətli ideyaları zülmə və istibdada qarşı üsyan motivləri əsasında yaradılmışdı”.
    * Film İsa Hüseynovun ”Məhşər” romanı əsasında çəkilib.

    Festivallar və mükafatlar
    1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı
    * Kinolentə Tarixi Mövzuda Ən Yaxşı Filmə görə Mükafat verilmişdir.
    * Ən Yaxşı Kişi Rolunun İfasına görə aktyor Rasim Balayevə II Mükafat verilmişdir.

    Filmin heyəti
    Film üzərində işləyənlər

    Ssenari Müəllifi : İsa Hüseynov
    Quruluşçu Rejissor : Həsən Seyidbəyli
    Quruluşçu Operator : Rasim İsmayılov
    Quruluşçu Rəssam : Məmməd Hüseynov, Mais Ağabəyov
    Bəstəkar : Tofiq Quliyev
    Səs Operatoru : Akif Nuriyev
    Rejissor : Əşrəf Mamayev, Akif Rüstəmov
    Qrim Rəssamı : V. Bereznyakov
    Geyim Rəssamı : Elçin
    Montaj edən : Tamara Nərimanbəyova
    Rejissor Assistenti : Adil İsmayılov (III), Səməd Lazımov, X. Cəfərov, X. Şirinov, Gülbəniz Əzimzadə
    Montaj üzrə Assistent : Esmira İsmayılova
    Operator Assistenti : Yuri Varnovski, V. Tibirov, F. Sekandçed, V. Romanov
    Rəssam Assistenti : Tamilla Dağıstanlı
    Quraşdırılmış Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu
    Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
    Redaktor : İntiqam Qasımzadə, Nataliya Şneyer
    Məsləhətçi : Əli Fəhmin (leksika üzrə), M. Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z. Quluzadə (fəlsəfə üzrə), T. Musəvi (tarix üzrə), R. Əfəndiyev (etnoqrafiya üzrə)
    Çalır : SSRİ Kinematoqrafiya Komitəsinin Orkestri
    Dirijor : D. Ştilman
    Filmin Direktoru : Daniil Yevdayev, Bəşir Quliyev

    Rollarda
    Rasim Balayev-Nəsimi
    İsmayıl Osmanlı-Nəimi
    Xalidə Quliyeva(Xalidə Qasımova kimi)- Fatma
    Kamal Xudaverdiyev- Yusif
    Tofiq Mirzəyev- Dövlət bəy
    Almaz Əsgərova- Şəms
    Səməndər Rzayev- Şirvanşah İbrahim
    Məmmədrza Şeyxzamanov- Şeyx Əzəm
    Yusif Vəliyev- Teymurləng
    Muxtar Maniyev- Miranşah
    Əbdül Mahmudov- Dərviş
    Ə.Atakişiyev
    Tariyel Qasımov-Hürufi
    Gümrah Rəhimov
    Əfrasiyab Məmmədov-Teymurun döyüşçüsü
    Səyavuş Şəfiyev-Mahmud
    Hafiz Fətullayev
    Sadıq Həsənzadə-Qara əmi
    Dadaş Kazımov-Əli
    Mayak Kərimov-Mirəli
    Telman Adıgözəlov-Hürufi
    Məmməd Əlili-Mirzə
    Əhməd Əhmədov
    Ramiz Məlikov- Sui-qəsdçi
    Sadıq Saleh
    K. Rəsulova
    F. Sekandçed
    R. İbrahimova
    N. Zeynalova
    R. Rüstəmov
    Elxan Ağahüseynoğlu-Bahadır
    Rəna Səlimova-Rəqs edən
    Nadir Əzməmmədov
    Fərəc Fərəcov-Mürid

    Filmi səsləndirənlər
    Şahmar Ələkbərov-Dövlət bəy (Tofiq Mirzəyev)
    Əzizağa Qasımov-Qara əmi (Sadıq Həsənzadə)

    Janr: Dram
    Tarixi
    Bioqrafik
    Dil: Azərbaycan dili
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Rəngli
    Vaxt: 96 dəq.
    İl: 1973
    Film çəkilən yerlər: Abşeron(bəzi tarixi abidələrin fonu)

    Bakı
    Bakı, Suraxanı rayonu, Atəşgah
    Bakı, Şirvanşahlar sarayı
    Qobustan
    Qobustan, Mərəzə kəndi
    Naxçıvan, Əlincə qalası
    Siyəzən, Nardaran kəndi
    Şamaxı
    Livan
    Buxara, Özbəkistan
    Xivə, Özbəkistan
    Səmərqənd, Özbəkistan
    Hələb, Suriya
    Dəməşq, Suriya
    Texniki məlumatlar: 10 hissə
    2505 metr
    genişekranlı
    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Nəsimi 1973

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1849

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş