https://www.youtube.com/watch?v=a-mj_fpsrQw Əlvida cənub şəhəri 2006 Məzmun Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini ”” bir yay ərzində baş vermiş hadisələri əhatə edir. ”Əlvida, cənub şəhəri” Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil

Bu konu 2005 kez görüntülendi 0 yorum aldı ...
Əlvida cənub şəhəri 2006 2005 Reviews

    Konuyu değerlendir: Əlvida cənub şəhəri 2006

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2005 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Əlvida cənub şəhəri 2006


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Əlvida cənub şəhəri 2006


    Məzmun
    Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini ”” bir yay ərzində baş vermiş hadisələri əhatə edir.
    ”Əlvida, cənub şəhəri” Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı ”” Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin ”işini” bitirəcək. Alik isə razılaşmır. Daha sonra titrlərin köməyilə hadisələrin 1988-ci il Bakısında cərəyan etdiyi aydın olur. İçərişəhər həyətlərinin biri”¦ Ümumi həyətə, ümumi pilləkənə bir neçə qonşunun qapısı açılır. Alikin də yaşadığı bu həyətin sakinləri çoxdanın qonşularıdır. Tək bir nəfərdən başqa. Fariz ailəsi ilə bura yenicə köçüb. Odur ki, şəhər həyatına alışmayan 7-8 yaşlı oğlu hər gün özünü eyvanın başından milis işçisi qonşunun həyətdə duran maşınının üstünə ”yüngülləşdirir”. Hər dəfə də maşının sirenalarının səsi məhəlləni başına götürür. Maşın sahibi, qonşular narazılıqlarını bildirsələr də, vəzifə sahibi olan Farizdən çəkindikləri üçün ”dərinə” getmirlər. Alik isə məhəllənin müdafiəçisi kimi tanınır. Məlum səbəblərdən rusların, ermənilərin Bakını tərk etdiyi qarışıq bir dövrdə Alik tanıdığı adamların dadına çatır. Qarşı tərəfi hədələməkdə isə ona cibində gəzdirdiyi tapança yardımçı olur. Nəhayət, yaxınlıqdakı zirzəminin boşaldılması məqamı da yetişir. Caz qrupunun məşq etdiyi zirzəmidə Fariz restoran açmaq fikrindədir. Qrup üzvləri isə caz festivalına hazırlaşdıqlarından zirzəmini tərk etmək istəmirlər. Alikin sevdiyi qız ”” Maya (Mehriban Zəki) da qrupun solistidir. Odur ki, gənc oğlan yenidən tapançasını çıxararaq, musiqiçilərin müdafiəsinə qalxır. Növbəti günlərin birində qonşular həyətdə süfrə arxasına toplaşaraq, həyətləri haqqında videokamerası ilə film çəkən və buna görə də Farizin qəzəbinə tuş gələn yeniyetmə oğlanın ”kişi olmasını” qeyd edirlər. Bu məqamda yeni qonşu həyətə girir və pilləkənlərlə evinə qalxır. Qonşular onu içməyə dəvət etsələr də, Fariz ikrah hissi ilə təklifi rədd edir, ”Sizin kimilərlə içmərəm, hamınızın axırına çıxacağam” deyir. Alik isə ona edilən hədəyə dözməyib pilləkənlərlə qalxır və Farizə möhkəm bir sillə çəkir. Bu hadisədən sonra Alik milis idarəsinə çağırılır. Onun gəzdirdiyi tapançanın adi alışqan olmasına baxmayaraq, törətmədiyi cinayətlərdə təqsirli bilinir və həbs edilir. Filmin sonunda hadisələr yenə də 2000-ci ilə qayıdır. Dəniz kənarında Rza Alikə bir daha Farizi öldürməyi təklif edir. Alik isə ”yox” cavabı verərək, Azərbaycanı tərk edəcəyini deyir. Vaxtilə neft quyusunda birgə işlədiyi, tənbəlliyi üzündən yalnız Alikin özünə ortaq götürdüyü Rza isə cibindən bıçaq çıxardıb, ona bir neçə zərbə endirir. Alik qan içində yerə yıxılır. Film Bakının gecə panoramı, caz musiqisinin sədaları altında bitir.
    Festivallar və mükafatlar
    1)2006-cı ildə V milli ”Qızıl Çıraq” Mükafatı
    * Film ən yaxşı tammetrajlı bədii film nominasiyasında Mükafat almışdır.
    * Film ən yaxşı ssenari nominasiyasında Mükafat almışdır.
    * Aktyor Teymur Bədəlbəyli ən yaxşı kişi rolu nominasiyasında Mükafat almışdır.

    2)2007-ci ildə Moskvada ”Moskovskaya Premyera” IV Kinofestivalı
    * Film ”Art-Xətt” proqramının ən yaxşı filmi nominasiyasında tamaşaçı rəğbəti Mükafatı almışdır.
    Film haqqında
    * Film adından da göründüyü kimi, ”Bir Cənub Şəhərində” filminin məntiqi davamı kimi düşünülmüşdür.
    * Film Rüstəm İbrahimbəyovun ”Təbəssümlə Oyanaraq” əsəri əsasında çəkilmişdir.
    * Film 2007-ci ilin fevralında Berlin Film Festivalında, iyulunda Çexiyanın Uherske-Hradişte şəhərində keçirilən beynəlxalq film festivalında, sentyabrında isə Qazaxıstanda IV beynəlxalq ”Avrasiya” kinofestivalında nümayiş etdirilmişdir.

    Filmin heyəti
    Film üzərində işləyənlər

    Quruluşçu Rejissor : Oleq Səfərəliyev
    Ssenari Müəllifi : Rüstəm İbrahimbəyov
    Quruluşçu Operator : Murad Əliyev
    Quruluşçu Rəssam : Mayis Ağabəyov, Əziz Məmmədov
    Bəstəkar : Səyavuş Kərimi
    Səs Operatoru : Əsəd Əsədov
    İcraçı Prodüser : Adil Qulami
    Prodüser : Rüstəm İbrahimbəyov
    Montaj edən : Gülşən Səlimova
    Musiqilərindən İstifadə edilən Bəstəkar : Qara Qarayev, Mehriban Zəki
    Geyim Rəssamı : Məlahət Hümbətova
    Operator : Nizami Abbasov, Tərlan Babayev, Pərvin Cavadov, Sancar İrmaqanbetov
    Qrim Rəssamı : Elbrus Vahidov
    Rejissor Assistenti : Çingiz Həsənov
    Mahnı İfa edən : Sevda Ələkbərzadə, Mehriban Zəki(”Yağış Yuyur, Gün Qurudur” mahnısı)
    Mahnı Mətninin Müəllifi : Ramiz Rövşən(”Yağış Yuyur, Gün Qurudur” mahnısı)

    Rollarda
    Fuad Poladov-Fariz
    Fəxrəddin Manafov-Rza
    Teymur Bədəlbəyli-Alik
    Mehriban Zəki-Maya
    Rafiq Əliyev (II)-Nazim
    Kamal Xudaverdiyev-İsmayıl dayı
    Sənubər İsgəndərli-Bacı
    Muxtar Maniyev
    Şamil Süleymanov-İnspektor
    Naibə Allahverdiyeva
    Sadıq Əhmədov
    Kamal Xudaverdiyev
    Həsən Seyidbəyli (II)
    ”Qaya” Vokal Kvarteti
    Tofiq Mirzəyev-baba
    Hacı İsmayılov-MİS müdiri
    Elmira Şabanova-Xanımana
    Sadıq Əhmədov-Polis işçisi
    Aleksandra Anikuşina-Lusya

    Janr: Dram
    İlk baxış tarixi: 4 Sentyabr, 2006, Bakı(”Şərq-Qərb” Beynəlxalq Film Festival)

    16 Fevral, 2007, Berlin, Almaniya(Berlin Film Festivalı)
    1 Aprel, 2007, İstanbul, Türkiyə(İstanbul Film Festivalı)
    Filmin digər adı: Ümid Sahili (çəkiliş zamanı)
    Dil: Azərbaycan dili
    Ölkə: Azərbaycan bayrağı Azərbaycan

    Flag of Russia.svg Rusiya
    İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası

    ”İbrus” Studiyası
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Rəngli
    Vaxt: 90 dəq.
    İl: 2006
    Film çəkilən yerlər: Bakı

    Bakı, Milli Park
    Bakı, İçərişəhər
    Texniki məlumatlar: 10 hissə

    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Əlvida cənub şəhəri 2006

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2005

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş