https://www.youtube.com/watch?v=k1u3Cx7QlsY Sarı Gəlin 1998 Məzmun Filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir. Çox ürəyiyumşaq, sadəlövh Qədir(Hacı İsmayılov) öz təkidi ilə müharibəyə yollanır. Xidmət etdiyi hərbi hissəyə erməni əsirləri gətirilir. Bu hərbi hissənin komandiri Rasim(Ramiz Novruzov) isə müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Məhz Rasimin əmrilə Qədir erməni əsiri Artavası(Cahangir Novruzov)

Bu konu 2092 kez görüntülendi 0 yorum aldı ...
Sarı Gəlin 1998 2092 Reviews

    Konuyu değerlendir: Sarı Gəlin 1998

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2092 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    33
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Sarı Gəlin 1998


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Sarı Gəlin 1998


    Məzmun
    Filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir. Çox ürəyiyumşaq, sadəlövh Qədir(Hacı İsmayılov) öz təkidi ilə müharibəyə yollanır. Xidmət etdiyi hərbi hissəyə erməni əsirləri gətirilir. Bu hərbi hissənin komandiri Rasim(Ramiz Novruzov) isə müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Məhz Rasimin əmrilə Qədir erməni əsiri Artavası(Cahangir Novruzov) öldürməlidir. Ömründə toyuq başı da üzməmiş Qədir isə çıxılmaz vəziyyətə düşür”¦
    Film müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən danışır.
    ”Sarı Gəlin” rəmzi addır. Bizim xalq mahnımız ”Sarı Gəlin” ermənilər arasında da geniş yayılmışdır. Bu mahnı ilə müəlliflər demək istəmişlər ki, əsrlərlə qonşu olmuş iki millət daim düşmən qalaraq yaşaya bilməz. Çünki müharibə uzandıqca ”Sarı gəlin”lər hələ çox göz yaşı tökəcək.
    Festivallar və mükafatlar
    1)1999-cu ildə Anapada(Rusiya) Beynəlxalq ”Kinoşok” kinofestivalı
    * Filmə ən yaxşı kinossenariyə görə baş Priz verilmişdir.
    2)2000-ci ildə Karlovı-Varıda(Çexiya) Beynəlxalq kinofestival
    * Filmə az iqtisadi vəsaitlə yüksək səviyyədə vizual poeziyaya nail olduğuna görə Filip Morris Şirkətinin ”Azadlıq” Prizi və pul Mükafatı verilmişdir.
    Film haqqında
    * Filmdə Azərbaycan xalq musiqisi ”Sarı Gəlin”dən istifadə edilmişdir.
    * Filmin çəkilişlərinə Daşkəsən rayonu Bayan kəndi sakinləri və Şamaxı rayonu sakinləri köməklik göstərmişlər.

    Filmin heyəti
    Film üzərində işləyənlər

    Ssenari Müəllifi : Yavər Rzayev
    Quruluşçu Rejissor : Yavər Rzayev
    Quruluşçu Operator : Rövşən Quliyev
    Bəstəkar : Səyavuş Kərimi
    Quruluşçu Rəssam : Rafiq Nəsirov
    Səs Operatoru : Bəkir Bəkirzadə
    Redaktor : Ramiz Rövşən(Ramiz Əliyev kimi)
    Musiqi Redaktoru : İsmayıl Dadaşov
    İcraçı Prodüser : Əlfi Şükürov
    Məsləhətçi : Məhəmməd Bəydullayev(polkovnik), Qalib İsayev(polkovnik)
    Kamançada İfa edən : Habil Əliyev
    Çalır : Səyavuş Kəriminin Rəhbərliyilə İnstrumental Ansambl
    Solist : Cəmilə Kamal, Səyavuş Kərimi, Hüseynağa Yəhyayev, Elşən Qasımov
    Rejissor : Adil İsmayılov (III)
    Operator : Sərvər Rəşidoğlu
    Rejissor Assistenti : Yusif Quliyev(Y. Quliyev kimi), Elşən Zeynalov, Cəbrayıl Rzayev
    Operator Assistenti : Nizami Səfərov, N. Nağıyev
    İnzibatçı : İnessa Safronova, Ədalət Yunusov, Muxtar İbadov
    Qrim Rəssamı : Berta Roqova
    Montaj üzrə Assistent : Tamilla Muxtarova, Xuraman Pişiyari
    Geyim Rəssamı : A. Mahmudova
    Əlbəsəçi : G. Hüseynova
    İşıq Ustası : S. Əliyev, Akif Rəhimov, Tahir Bağırov(T. Bağırov kimi)
    İşıq Tənzimləyicisi : Əminə Cəfərova
    Sürücü : Muxtar Əzizbəyov, Oqtay Əliyev (II), Ə. Abdulov, Ə. Bərxudarov
    Pirotexnik : Dmitri Kasilov, Əlibala Məmmədov

    Rollarda

    Hacı İsmayılov-Qədir
    Cahangir Novruzov-Artavas
    Münəvvər Əliyeva-Sarı gəlin
    Ramiz Novruzov-Rasim
    Fərman Abdullayev-Samvel
    Muxtar Maniyev-Komandir
    Muxtar Avşarov
    Lətifə Əliyeva-Qədirin arvadı
    Eldar Bağırbəyov
    Rafiq Qasımov
    Yuri Trubin
    Muxtar İbadov
    Muxtar Əzizbəyov
    Ə. Bərxudarov

    Filmi səsləndirənlər
    Eldəniz Rəsulov-Artavas (Cahangir Novruzov) (titrlərdə yoxdur)
    Zərnigar Ağakişiyeva-Qədirin arvadı (Lətifə Əliyeva) (titrlərdə yoxdur)

    Sponsor
    ”Azərkinovideo” İstehsalat Birliyi
    Çəkilişə kömək edənlər
    Ağası Məmmədov(Gəncə dəmir yolu idarəsi işçisi)
    Şaməddin Orucov(Gəncə dəmir yolu idarəsi işçisi)
    Rasim Həsənov (II)(Gəncə dəmir yolu idarəsi işçisi)
    Qalib Qəribov(Gəncə dəmir yolu idarəsi işçisi)

    Janr: Dram
    Macəra
    Müharibə
    Dil: Azərbaycan dili
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Rəngli
    Vaxt: 84 dəq.
    İl: 1998
    Film çəkilən yerlər: Daşkəsən, Bayan kəndi

    Şamaxı
    Gəncə
    Texniki məlumatlar: 9 hissə
    2383 metr
    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Sarı Gəlin 1998

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2092

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş