İstibdada qarşı milli ədəbiyat Məlihə əzipur Azərbaycanda baş qaldırmış olan milli oyanış, istıbdad və şovinizmə qarşı dirəniş, hər şeydən əvvəl milli dildə yazılmış olan ədəbiyatda özünü göstərməkdədir. Özəlliklə milli dildə yazmaq istəyən və milli şüuru oyanmış olan gənc nəsil bu yolda çox fəaldır. Milli kimlik və milli düşüncəyə olan ehtiyac, gənc nəsil içərisində bir zərurət kimi ortaya çıxmışdır. Milli kimliyini savunan bu nəslin üzərinə, istibdad və şovinizm tərəfindən basqı

Bu konu 2238 kez görüntülendi 0 yorum aldı ...
İstibdada qarşı milli ədəbiyat 2238 Reviews

    Konuyu değerlendir: İstibdada qarşı milli ədəbiyat

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2238 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart İstibdada qarşı milli ədəbiyat

    İstibdada qarşı milli ədəbiyat



    Məlihə əzipur

    Azərbaycanda baş qaldırmış olan milli oyanış, istıbdad və şovinizmə qarşı dirəniş, hər şeydən əvvəl milli dildə yazılmış olan ədəbiyatda özünü göstərməkdədir. Özəlliklə milli dildə yazmaq istəyən və milli şüuru oyanmış olan gənc nəsil bu yolda çox fəaldır. Milli kimlik və milli düşüncəyə olan ehtiyac, gənc nəsil içərisində bir zərurət kimi ortaya çıxmışdır. Milli kimliyini savunan bu nəslin üzərinə, istibdad və şovinizm tərəfindən basqı artdıqca, bu basqıya mütəqabilən dirəniş və etiraz duyğuları da millətimiz tərəfindən artmaqdadır.

    Günümüzdə milli ədəbiyatımızın əsas vəzifəsi,birinci olaraq ana dilimizə heysiyət qazandırmaq olmuşdur. Bu heysiyəti də ancaq türk dilində yazmaqla qazanmaq olar.Türk dilində yazmanın çox çətin olduğunu hərkəs bilir. Bu çətinliyin fərqli səbəbləri var:

    1 Yazar və oxucu arasında irtibat qurmaq təqribən mümkünsüzdür. Çünkü ölkədə türk dildə yazılmış kitabların yayılması üçün ciddi əngəllər vardır və İRŞAD idarəsinin izni olmadan hansısa bir kitab yayılmır. Bu üzdən də hər bir yazıçı kitab çap etmək istərsə, özünü sansor etmək zorunda qalır. Çünkü ədəbiyat sərhəd tanımaz və insanın azadlıq nıyyələrini bir bütün şəklində ortaya qoymaq istər. Beləliklə rejimin basqıları nəticəsində yazıçı, kitablarının çap olması üçün öz duyğu və düşüncəsini sansor etməlidir, yada məchul və tanınmaz bir şəkildə yaşamalıdır. Bir yazıçını təşviq edən və onu həvəsləndirən oxucu kütləsidir. Oxucu kütləsinin təşviq və tənqidləridir ki, yazıçıya ilham verir.

    2 Güney Azərbaycanda yazıçı və şairlərin əsərlərinin oxunması üçün bir əngəl də var. O da bundan ibarətdir ki, keçən 85 il ərzində farslaşdırma nəticəsində bizim xalqımızın türk dilində yazma—oxuma adət-ənənəsini zəyiflədib, sanki kor etmişlər. Çünki türk dilində yazıb— oxuma məsələsinə gətirilən qadağalar nəticəsində türkcə oxuma və türkcə düşünmə zəiflədilmişdir. Bu üzdən də irşad idarəsinin izni olsa belə, türkcə oxuma alışqanlığının olmaması yenə də yazıçı və oxucu arasındakı geniş miqyaslı əlaqələrinin olmasını əngəlləyir. Bunların hamısı rejimin törətdiyi əngəllərdir ki, bu əngəllər bir yazıçının öz ana dilində öz xalqı ilə irtibata keçməsini əngəlləyir. Bildiyimiz kimi bir millətin milli mubarizəsi 3 mərhələdən ibarətdir:

    1- Oyanış.

    2- Dirəniş.

    3- Qurtuluş.

    Bu üç anlayışı ədəbiyatşünaslıq baxımından izah etməyə çalışacağam.

    OYANIŞ çox böyük və dərin mənalı bir anlayışdır. millətin davranışları və dünyaya baxışında baş verən bir hadisədir. Millət özü və başqası arasındakı sərhədləri, düşüncə pılanında bəlli etmək istər. Burada birinci rol dil üzərinə düşməkdədir. Yəni şovinist çevrələrin aşağıladığı türk dilini, türkçəni yüksəltmək və ona heysiyət qazandırmaq birinci amacdir. Bu da, ancaq cahnşümul bilgiləri və ehtiyacları ana dilimizdə yazmaq və açıqlamaqla başlayar. Güney Azərbaycanda gənc nəslin oyanmış milli şüur və milli vicdanı bu zərurəti dərk etmişdir. Bu üzdən də bizim milli mubarizəmizdə və milli kimliyimizin inkişafında çox əhəmiyətli görünür. Bir yazıçı və şair üçün hər şeydən öncə bir dil lazımdır. Bu dil yasaqlanmışsa, bu dil məktəblərdə tədris və təshil edilmirsə, O ölkənin yazarları və şairlərinin düşüncəsi yasaqlanmış olur. Bütün bunlar oyanış mərhələlərinin xüsusiyətləridir.

    Milli mubarizənin ikinci mərhələsi dirənişdir. Yəni bütün təzyiqlərə və basqılara rəğmən, imkansızlıqdan imkan yaratmaq və xalqla irtibat qurmaq lazımdır. Ancaq rejim bunun böyük qismini əngəlləyibsə də modern teknolojinin gəlişməsi bizim dirənişimizi gücləndirməkdədir. Dirəniş, türk dilinin öz etibarını qazanması üçün düşüncə və mənəviyat planında şovinizmin bütün dəyərlərinə qarşı hücuma keçməsidir.

    Bu yolda çox gənclərimizi tutub zindana salırlar. Qələm sahiblərimizi təhdid edirlər. İrşad vizarətindən çap olması üçün izni olan dərgi və qəzetləri yasaqlayırlar. Ancaq milli yüksəlişin arxasında milli iradə durduğu üçün gündən günə dirəniş miqyası dərinləşir, böyüyür və genişləyir. Zindana düşən gənclərin mərd mərdanə dirənişləri, sınmamaları və Türklükləri ilə qürur duymaları, milli dirənişin hansı mərhələdə olduğunu açıq şəkildə göstərməkdədir. Bu dirənişin ən açıq örnəklərini Güney Azərbaycanda yazılan ədəbiyat növlərində görməkdəyik. Son zamanlar Güney Azərbaycanda bir çox roman, hekayə, şeir və fəlsəfi görüşləri əks etdirən kitablar bütün yasaqlara baxmayaraq yayılmışdır. Ayrıca, yasal olmayan yollarla da, milli oyanış və milli dirəniş nümunələrinə şahid oluruq.

    Güney Azərbaycanda hər bir yas və toy mərasimi, ad günü, milli şəxsiyətlərimizə aid törənlərimiz və… özü— özlüyündə milli dirəniş göstərgəsinə çevrilir.

    Milli varlığın içində mərkəzləşmiş olan əqli və hissi enerjimiz, özünü dirəniş mərhələsində açıq şəkildə göstərməkdədir. Bu dirənişi, rejim bütün imkanlardan faydalanaraq qırmaq istəyir. Psıkolojı (Rəvani) təbliğatlar, türk dilini aşağılayıb təhqir etmələr, türkcə yazanları tutuqlamaq və bəzən də onların şəxsiyətləri ilə oynamaq, rejimin Güney Azərbayanda milli hərəkətə qarşı etdiyi təzyiqlərdən örnəkdir. Ancaq buna mütəqabil, milli qurtuluşu özünə böyük və tarixi bir hədəf olaraq seçən millətimiz öz dirənişindən vaz keçməməkdədir. Olayların axışı bunu göstərməkdədir. Bu yolda göstərilən fədakarlıqlar və əyilməzliklər göstərir ki, milli iradəmiz cəsur şairlər və yazıçıların düşüncə və ruhlarında yaxşıca özünə yer etmişdir. əlbəttə ki, milli mübarizədə aydınlar və yazıçıların üzərinə böyük məsuliyət düşməkdədir. Bütün millətlər və bütün tarixdə bu şəkildə olmuşdur. Bütün millətlər bu şəkildə qurtulmuşlar. Sanki bütün millətlərin qurtuluşunda bir—birinə bənzər şeylər vardır.

    3 Üçüncü mərhələ milli qurtuluşdur. Qurtuluşun və azad bir millət olmanın bədəli vardır. Heç bir millət öz özünə qurtulmur. Heç bir qurtuluş, dirənişsiz olmur. Bizim gənclərimizin bu yolda çəkdikləri əzablar, zindanlar və gördükləri işkəncələr, bu qurtuluş yolunda ödənilən bədəldir. Bu da nəticəsiz qalmayacaqdır. Çünkü tarixdə doğruluq, haq və ədalət yolunda gedən mubarizələr sonunda qurtuluşla nəticələnmişdir, ancaq qurtuluş düşüncəsini qurtuluş duyğularını toplumun dünya görüşündə əkən və oluşduran yazarlar, şairlər və aydınlar olmuşlar.

    İndiki mərhədə milli qurtuluş, zaman keçdikcə türk toplumunun dünya görüşündə bir inanc şəkli almaqdadır. Bu inancı ayrıntıları ilə açıqlayan və etik və estetik tərəflərini izah edən, milli dilimizdə yazılan modern ədəbiyatdır.

    Bu modern düşüncənin təsirlərini bir çox sənət əsərlərində görmək mümkündür. Nəsrimizdə, şeirimizdə, rəssamlığımızda və musiqimizdə modern qurtuluş düşüncəsinə şahid olmaqdayıq. Gənclər arasında milli musiqimizə olan rəğbət, milli rəqslərimizi və milli dəyərlərimizi mənimsəmə nümunələrinə çox geniş miqyasda rast gəlirik. Bu da onu göstərir ki, toplumun ruhunda və dünyaya baxışında böyük dəyişikliklər ortaya çıxmışdır. Bu dəyişikliklər üzərində hesab etmək olar və haqqında danışdığımız milli qurtuluşu da millətin içində ortaya çıxmış olan bu milli enerji bərqərar edəcəkdir.

    Güney Azərbaycanın fərqli şəhərlərində bütün basqılara və təzyiqlərə rəğmən, gənclər bir araya gəlib öz düşüncələrinin məhsulu olan yazı və əsərlərini kiçik ortamlarda paylaşmaqdadırlar. Bu kiçik ortamlarda böyük qurtuluş düşüncəsinin təməlləri atılır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: İstibdada qarşı milli ədəbiyat

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2238


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş