Tel əriştə şorbası
Güney Azərbaycan Yeməklərindən
Tel əriştə şorbası (Tel Şehriye çorbası- Vermişel supu)
Bu şorba (çorba-sup) Güney Azərbaycan'da qədimdən (eskiden) pişən, sevilən və bəyənilən şorbalardan (çorbalardan-suplardan) birisidir.
Lazım olanlar:
1dənə Yerkökü (keşir-havuç)
1 dənə yekə Yeralma (kartof-patates)
1 baş orta boy Soğan
1/2 bardaq ( yarım istəkan) Tel əriştə (vermişeli - Tel Şehriye)
1litrə Pişmiş Toyuq suyu
100 qram doğranmış Cəfəri (maydanoz)
2 yemək qaşığı zəriş (ziriş - Türkiydə amberbaris, sarıçalı )
1yemək qaşığı Rubb (tamat-salça)
1yemək qaşığı dəmlənmiş Zəfəran
1 yemək qaşığı yağ
limonsuyu,qorasuyu (Koruk suyu) və duz lazım olan qədər
Bəzək (süs) üçün:
1 yemək qaşığı doğranmış Cəfəri (maydanoz)
1 yemək qaşığı zəriş (ziriş - sarıçalı)
ayrıca:
1 baş soğan, toyuq, cəfəri və duz.
Hazırlanması:
Öncəlik toyuğu,yerkökü, soğan,cəfəri və biraz duz ilə pişirərik.
Pişdikdən sonra suyunu süzgeçdən keçirib,şorba (çorba - sup) üçün işlədərik.
Yeralma və yerkökünü incə və kiçik doğrarıq.
Soğanı kiçik kiçik doğrayıb,uyğun qazanı seçib bir yemək qaşığı yağda qızardarıq.
Yerkökünü artırıb biraz tov verərik.
Yeralmanı'da artırıb,2-3 dəqiqə tov verərik.
Qazandakıların pişməsinə görə hazırlamış toyuqsuyunu və tel əriştəni (vermişeli - Tel Şehriye) artırarıq.
Rubbu (tamat-salça), zəfəranıda artırıb,və tel əriştələr yumuşanana qədər gözlərik.
Neçə dəqiqə şorbanın(suppun) hazırlanmasından öncə limonsuyu,qorasuyunu,cəfəri (madanosu) və zəriş (ziriş - sarıçalı) əlavə edərik.şorbamız(sup) neçə qaynaqdan sonra yeməyə hazırdır.
Şorbamızı seçdiyimiz qaba töküb üstünü doğranmış cəfəri və zəriş ilə bəzərik.
"Nuş olsun"
*Not:
-toyuq suyu yerinə,ət suyu'da işlədə bilərik.
-Bu şorba üçün,qorasuyunu kəsin işlədin,çünkü çox dadlı olur.
-Bu şorbaya(sup) dolma bibəri və göy noxud'da (bezelye) işlədə bilərsiniz.(göy noxudun konservidə oa bilər)