Azərbaycan - qayalarda bitən bir çiçək, Azərbaycan - çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan - mayası nur, qayəsi nur ki… Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” - deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər.

Bu konu 452 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan - dünyam mənim 452 Reviews

    Konuyu değerlendir: Azərbaycan - dünyam mənim

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 452 kez incelendi.

  1. #1
    AminUmarov16 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.04.2024
    Yaş;
    27
    Mesajlar
    1
    Konular
    1
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    0
    @AminUmarov16

    Standart Azərbaycan - dünyam mənim

    Azərbaycan - qayalarda bitən bir çiçək,
    Azərbaycan - çiçəklərin içində qaya.
    Mənim könlüm bu torpağı vəsf eləyərək,
    Azərbaycan dünyasından baxar dünyaya.

    Azərbaycan - mayası nur, qayəsi nur ki…
    Hər daşından alov dilli ox ola bilər.
    “Azərbaycan!” - deyiləndə ayağa dur ki,
    Füzulinin ürəyinə toxuna bilər.

    Oğulları Kür gəzdirər biləklərində,
    Oğulların göz atəşi gözəl əridir.
    Azərbaycan səhərinin bəbəklərində
    Qütb ulduzu, dan ulduzu gözəlləridir.

    İllər olub - kürrələrdə dəmir olmuşuq,
    Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
    Od gölündə, buz çölündə gəmi olmuşuq,
    Biz Bakının ilk səadət carçılarıyıq.

    Min illərlə zülmətlərə yollar açıqdı,
    Dalğalandı Sabirlərin ümman dünyası,
    Azərbaycan qatarı da yollara çıxdı
    Dağılanda Qoca Şərqin duman dünyası.

    Azərbaycan - mayası nur, qayəsi nur ki…
    Hər daşından alov dilli ox ola bilər.
    “Azərbaycan!” deyiləndə ayağa dur ki,
    Ana yurdun ürəyinə toxuna bilər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan - dünyam mənim

          Kategori: Türkce Şiirler

          Konuyu Baslatan: AminUmarov16

          Cevaplar: 0

          Görüntüleme: 452

    Azeribalasi (05.04.2024),Turkuaz&Tr. (03.04.2024) Beğenenler

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş