Təbrizdə yazılı vərəqələr yayılıb. Milli fəallar son etiraz aksiyalarına dəstək verib, saxlanılanların azadlığa buraxılmasını istəyiblər.
Sentyabrın 26-27-də milli fəallar Təbrizdə minlərlə yazılı vərəqələr yayaraq İranda baş verən son kütləvi etiraz aksiyalarını dəstəkləyib, Tehran rejiminin milli fəallara qarşı basqılarını pisləyib və onların dərhal azadlığa buraxılmalarını tələb ediblər.
"Bu hakimiyyət allah və din adından su-istifadə edərək xalqları kölə edib, onların ən ilkin hüquqlarını verməkdən imtina edir.
Ədalətdən dəm vuran hakimiyyət, din, dil, miliyyət və cinsiyyət ayrı-seçkiliklərini tətbiq edərək ədaləti məhv edib"-deyə, fəallar yazıblar.
Onlar hökumət məmurlarının özbaşınalıqlarına işarə edərək fəalların və fərqli düşünən insanların qəddar davranışlarla, işgəncə edilərək öldürüldüyünü bildiriblər.
Mənbə:[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]