https://youtu.be/vBfn6ayBQlI https://youtu.be/nxhKPXPKw1s Sabir Mirzəyev Mahnıları 1978 ci -il Ansambl: Əhməd Bakıxanov adına Azərbaycan xalq çalğı alətləri ansamblı Dirijor: Habib Bayramov Orijinal LP Record 1978 ci -il: Melodia, 33 C30-10293/10294

Bu konu 966 kez görüntülendi 0 yorum aldı ...
Sabir Mirzəyev Mahnıları 1978 ci -il 966 Reviews

    Konuyu değerlendir: Sabir Mirzəyev Mahnıları 1978 ci -il

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 966 kez incelendi.

  1. #1
    Turkuaz&Tr. - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    08.10.2010
    Yaş;
    64
    Mesajlar
    903
    Konular
    446
    Beğendikleri
    67
    Beğenileri
    57
    Tecrübe Puanı
    100
    @Turkuaz&Tr.

    Harika Sabir Mirzəyev Mahnıları 1978 ci -il





    Sabir Mirzəyev Mahnıları 1978 ci -il
    Ansambl: Əhməd Bakıxanov adına Azərbaycan xalq çalğı alətləri ansamblı
    Dirijor: Habib Bayramov


    Orijinal LP Record 1978 ci -il: Melodia, 33 C30-10293/10294

    A1-Sabir Mirzəyev - Aləmin seyrinə gəl, (Qəzəl) - Rast (Muğam)
    Sözləri: Səməd Vurğun

    *********Səməd Vurğun (Qəzəl) 1 **********
    Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var,
    Hər gülün, hər çiçəyin, öz adı var, surəti var .

    Qulaq as bülbülün avazına, sevda dəmi dir,
    O çəmən güllərinin bir-birinə ülfəti var.

    Sığmaz idrakə bu dünya evinin sirriləri,
    Varlığın hüsnü əzəldən nə böyük qudrəti var .

    Dolanıb aləmi Luğman kimi məna gəzirəm,
    Çünki mənalı geçən günlərin ülviyyəti var.

    Ay da, ulduz da, günəş də yerə həsrət lə baxır,
    Hər bəşər qəlbinin öz məclisi, öz söhbəti var.

    Məni yelkən kimi qarq etsədə dəryadə zaman,
    Vurğun öldu deməyin, bir əbədi sənəti var.


    A2-Sabir Mirzəyev - Gözəlim, (Qəzəl) - Rast (Muğam)
    Sözləri: Əliağa Vahid

    ********Əliaga Vahid (Qəzəl) 2 ********

    Gözəlim, tutma bərabər məni pərvanə ilə,
    O əgər şəm ə yanır, mən ruxi-cananə ilə.

    Qorxuram, el düşüb ardınca ola heyranın,
    Ehtiyat ilə dağıt zülfün üzə şan ə ilə.

    Bundan artıq qəmi-hicranına tabım yoxdur,
    Ölərəm, bir də görəm gər səni biganə ilə.

    Bu qədər göz görə zülfündə əsir olmazdım,
    Mümkün olsaydı bacarmaq dili-divanə ilə.

    Mən durarkən, yenə el söhbəti Məcnuna uyur,
    Nə zamandır, keçirir ömrünü əfsanə ilə.

    Tövbə camın necə sındırmayım, insafım var?
    Dilbərim saqi olub, mey verə peymanə ilə.

    Mən əgər badəni tərk eyləməsəydim, Vahid!
    Çürüyüb məhv olacaqdım rəhi-meyxanə ilə.



    B1-Sabir Mirzəyev - Öz yarimə bilməm niyə biganəyəm indi, (Qəzəl) - Rast (Muğam)
    Sözləri: Əliağa Vahid

    ********Əliaga Vahid (Qəzəl) 3 ********

    Öz yarimə bilməm, niyə biganəyəm indi.
    Onsuz, elə bil ki, dəli-divanəyəm indi.

    Zülfündə əsir olduğum ol nazlı nigarın
    Şəmi-ruxünün dövrünə pərvanəyəm indi.

    Qan olsun o mey, bir də onu mən ələ alsam,
    Səd şükr ola, tərki-rəhi-meyxanəyəm indi.

    Gördükcə bu gülüzlülərin çeşmi-siyahm
    Meysiz də həmin zövqlə məstanəyəm indi.

    Nə hüsnünə, nə vəslinə möhtacam o şuxin,
    Möhtac bir ol zülfı-pərişanəyəm indi.

    Məcnunu mənəm indiki əsrin, hanı Məcnun?
    Dillərdə mən ondan daha əfsanəyəm indi.

    Divanə idim eşqdə xalqın nəzərində,
    Şükr eylə, könül, aqilü fərzanəyəm indi.

    Vahid, mənə kafər demə, mən eşqpərəstəm,
    Nə talibi-məscid, nə də bütxanəyəm indi.



    B2-Sabir Mirzəyev - Könlümü zülfün xəyaliylə pərişan etmişəm (Qəzəl) - Rast (Muğam)
    Sözləri: Əliağa Vahid

    ********Əliaga Vahid (Qəzəl) 4 ********

    Könlümü zülfün xəyaliylə pərişan etmişəm,
    Öz əlimlə eşq mülkün gör nə viran etmişəm!

    Bir vəfasız güldən ötrü xarə çox yalvarmışam,
    Hər zaman bülbül kimi min ahü əfğan etmişəm.

    Eşqdə yanmaqdan özgə bir əlamət görmədim,
    Könlümü pərvanətək çox şəmə qurban etmişəm.

    Eşq bir divanəlikmiş, dərdə düşmüş könlümə,
    Eşqdən əl çəkmədi, yüz dəfə dərman etmişəm.

    Eşq cövründən qutarmaq bir sağalmaz dərd imiş,
    Mən bu dərdin çarəsin ölməklə asan etmişəm.

    Məndən əvvəl yoxdu bir aşiq diyari-eşqdə,
    Eşq dərsin mən gedib Məcnunə elan etmişəm.

    Vahidəm, mən leylivəşlər zülfünün Məcnuniyəm,
    Çox zamanlar vadiyi-eşq içrə cövlan etmişəm.


    B3-Sabir Mirzəyev - Bəxtəvər gəlin
    Sözləri : Dəmir Gədəbəyli
    Musiqisi: Bəhram Nəsibov


    B4-Sabir Mirzəyev - Qurban olsun (Qəzəl) - Şur təsnifi (Muğam)
    Sözləri: Süleyman Rüstəm

    Süleyman Rüstəm - Qurban olsun (Qəzəl)

    Sevgilim, məclisə gəl, can sənə qurban olsun.
    Könül hicrində pərişan sənə qurban olsun.

    Gül, gülüm, gül ki, xəzansız keçirək ömrümüzü,
    Gül, baharım, bu gülüstan sənə qurban olsun.

    Deyirəm - ayrılığın dərdinə dermansa qanım,
    Canımın cövhəri bu qan sənə qurban olsun.

    Mənə əvvəlki məhəbbətlə görünsən bir an,
    Razıyam varlığım hər an sənə qurban olsun.

    Ey nigarım, üzünə, çox demirəm, bir kərə gül
    Gündə min dəfə Süleyman sənə qurban olsun!


    B5-Sabir Mirzəyev - Sənsiz yaşaya bilmirəm
    Sözləri:Aşıq Ələsgər



    Melodiyaları mp3 formatda bu linkdən yükləyə bilərsiniz:
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Alternativ yükləmə linki:
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]




    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    saytı olaraq, sizə xoş dinləmələr arzu edirik.

    Hörmətlə
    Turkuaz&Tr.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Sabir Mirzəyev Mahnıları 1978 ci -il

          Kategori: S Azeri Mp3

          Konuyu Baslatan: Turkuaz&Tr.

          Cevaplar: 0

          Görüntüleme: 966

    AZERBAYCAN BAYRAĞINDA MAVİ; TÜRKLÜK, BAĞIMSIZLIK VE GÖĞ'Ü İFADE EDER. MAVİ ÖZGÜRLÜK, MAVİ SONSUZLUKTUR.



    ''UYUYAN MİLLETLER YA ÖLÜR,
    YA DA KÖLE OLARAK UYANIR''

    Gazi Mustafa Kemal ATATÜRK

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş