https://youtu.be/Q2k65gpGWdY Aşıq İmran Həsənov - Azərbaycan aşıqlarının nəğmələri. 1989-cu ilin orijinal səs yazıları. Orijinal LP Record: 1991-ci il - CTEPEO C30-31137 LP - A tərəfi A1-Aşıq İmran Həsənov - Orta sarıtel A2-Aşıq İmran Həsənov - Laçını A3-Aşıq İmran Həsənov - İmran divanisi

Bu konu 195 kez görüntülendi 0 yorum aldı ...
Aşıq İmran Həsənov - 1989-cu ilin orijinal səs yazıları Azərbaycan aşıqlarının nəğmələri. 195 Reviews

    Konuyu değerlendir: Aşıq İmran Həsənov - 1989-cu ilin orijinal səs yazıları Azərbaycan aşıqlarının nəğmələri.

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 195 kez incelendi.

  1. #1
    Turkuaz&Tr. - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    08.10.2010
    Yaş;
    61
    Mesajlar
    792
    Konular
    376
    Beğendikleri
    121
    Beğenileri
    226
    Tecrübe Puanı
    100
    @Turkuaz&Tr.

    Harika Aşıq İmran Həsənov - 1989-cu ilin orijinal səs yazıları Azərbaycan aşıqlarının nəğmələri.



    Aşıq İmran Həsənov - Azərbaycan aşıqlarının nəğmələri.
    1989-cu ilin orijinal səs yazıları. Orijinal LP Record: 1991-ci il - CTEPEO C30-31137

    LP - A tərəfi

    A1-Aşıq İmran Həsənov - Orta sarıtel
    A2-Aşıq İmran Həsənov - Laçını
    A3-Aşıq İmran Həsənov - İmran divanisi
    A4-Aşıq İmran Həsənov - Qaytarma
    A5-Aşıq İmran Həsənov - Dolhicranı


    LP - B tərəfi

    B1-Aşıq İmran Həsənov - Aran Gözəlləməsi
    B2-Aşıq İmran Həsənov - İmran koroglusu
    B3-Aşıq İmran Həsənov - Orta muxəmməs
    B4-Aşıq İmran Həsənov - Bağbanı
    B5-Aşıq İmran Həsənov - Təcnis


    Yükləmə linki :
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Alternativ yükləmə linki :
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]



    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    saytı olaraq sizə xoş dinləmələr arzu edirik.


    Asiq İmran Həsənov haqqında məlumat:

    "Ötən əsrdə mahir ifası və bədii yaradıcılığı ilə aşıq sənətində iz qoyan, ustad ünvanı almış sənətkarların adı çəkiləndə Əməkdar mədəniyyət işçisi Aşıq İmran da yada düşür. O, qədim Göyçə elimizdən qopan, saz ifaçılığı ilə poetik irsi bir-birini tamamlayan aşıqlardandır.

    İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində anadan olub. Məlumdur ki, Göyçə eli Azərbaycan aşıq sənətinə görkəmli sənətkarlar bəxş edib. Bu mühit aşıq sənətinə Dədə Ələsgər kimi ustad yetirib. Uşaqlıqdan aşıq sənətinə maraq göstərən İmran da ustadlardan dərs alıb, bu ulu mirası yaşatmaq istəyirdi. O, saz sənətinin incəliklərini ilk olaraq əmisi Aşıq Dünyamalıdan öyrənir. Daha sonra gədəbəyli Hüseyn Quliyev, göyçəli Məhərrəm Hacıyev və Hüseyn Dəmirçi kimi sənətkarlardan yaradıcı şəkildə bəhrələnir.

    Gənc İmran el şənliklərində yaxından iştirak edir. Şaqraq və məlahətli səsi onu musiqisevərlərin sevimlisinə çevirir. Zil tembrli səsə malik olduğuna görə müasirləri ona hələ sağlığında “Koroğlu aşığı” deyirlər.

    İmran Həsənov 1950-ci ildə Tovuz rayonuna köçür. Bu aşıqlar yurdunda da hörmət və məhəbbətlə qarşılanır. İlk olaraq ustad sənətkarlar Aşıq Əsəd və Aşıq Mirzə ilə tanış olur. Onlarla birlikdə el şənliklərinə və dövlət tədbirlərinə qatılır. İstedadlı sənətkar kimi tanınmağa başlayır.

    Aşıq İmran 1956-cı ildə Bakıda təşkil olunan respublika müsabiqəsində 1-ci dərəcəli diploma və qızıl medala layiq görülür. Bir il sonra Moskvada keçirilən ümumittifaq müsabiqəsində də eyni uğura nail olur. O, rəhbərlik etdiyi Tovuz aşıqlar ansamblı ilə 1957-ci ildə Moskvada keçirilən tələbə və gənclərin 6-cı ümumdünya festivalına qatılır. Bu festivalda da qızıl medal və 1-ci dərəcəli diploma layiq görülür. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyünə qatılır. Uğurlu çıxışına görə “Şərəf nişanı” ordeni və fəxri fərmanla təltif edilir. Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə əməyi yüksək qiymətləndirilən sənətkar 1967-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adını alır. Aşıq İmran Azərbaycan aşıqlarının III və IV qurultaylarının iştirakçısı olub.

    Aşıq İmran həm də yaradıcı sənətkar olub. “Qaçaq Kərəm və İsrafil ağa” dastanı, “Qarabağ”, “Yusif və Züleyxa” adlı poemaları qələmə alıb. Aşıq-şairin şeirlərində həyatın çətinlikləri zəngin poetik dillə ifadə olunub. Müəllif “Qocalmaz” rədifli şeirində yazır:

    Dünyada olmasa hicranlar, qəmlər,
    İnsanın ürəyi, gözü qocalmaz.
    Saçın ağarması zirvə qarıdır,
    Arzu-diləklərin düzü qocalmaz.

    “Ayrılmaz” şeirində isə şair aşıq sənətinə olan el məhəbbətinə toxunur, sənəti xalqdan ayrı təsəvvür etmir:

    Elin istəyidir mənim sənətim,
    El sənətdən, sənət eldən ayrılmaz.
    Könül duyğusudur, könül həmdəmi,
    Onun səsi heç könüldən ayrılmaz.

    Onda yatır qoç Koroğlu nərəsi,
    Kərəmin, Dilqəmin qəmi, qüssəsi.
    Qurbaninin sözü, Abbasın səsi,
    Ana laylasıdır, dildən ayrılmaz.

    Sənətkarın xüsusilə ustadnamələri insanları doğruluğa, saflığa, səmimiyyətə səsləyir:

    Ədalıq eyləmə ellər içində,
    Təmiz arzulu ol, saf niyyətli ol.
    Şərdən uzaq dolan, fitnədən kənar,
    Böyükdən alqış al, ziyarətli ol.

    Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Aşıq İmranın bənzərsiz sənət dünyasından danışarkən qeyd edib ki, unudulmaz sənətkar yeddi saz havasının yaradıcısı, “Sənətimin sultanıyam”, “Ustadların yolu ilə” adlı şeirlər kitabının müəllifi olub. O, eyni zamanda 12 aşığa ustadlıq edib. Uzun müddət yaşayıb-yaratdığı Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri olub. Çoxşaxəli yaradıcılığa malik sənətkar aşıq şeirinin müxtəlif janrlarında qələmini sınayıb. Bir-birindən gözəl şeir nümunələri qələmə alıb. Aşıq-şairin divani, təcnis, çığalı təcnis, qoşayarpaq, ustadnamə, gəraylı, gözəlləmə, qıfılbənd, müxəmməsləri ifadə zənginliyi və axıcılığı ilə seçilir.

    Klassik aşıq yaradıcılığının mahir bilicisi, ustad sənətkar, Əməkdar mədəniyyət işçisi Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə, 71 yaşında vəfat edib."
    ALINTIDIR
    İstinadlar:
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]



    Hörmətlə
    Turkuaz&Tr.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Aşıq İmran Həsənov - 1989-cu ilin orijinal səs yazıları Azərbaycan aşıqlarının nəğmələri.

          Kategori: A Azeri Mp3

          Konuyu Baslatan: Turkuaz&Tr.

          Cevaplar: 0

          Görüntüleme: 195

    Azeribalasi (22.12.2021) Beğenenler
    AZERBAYCAN BAYRAĞINDA MAVİ; TÜRKLÜK, BAĞIMSIZLIK VE GÖĞ'Ü İFADE EDER. MAVİ ÖZGÜRLÜK, MAVİ SONSUZLUKTUR.



    ''UYUYAN MİLLETLER YA ÖLÜR,
    YA DA KÖLE OLARAK UYANIR''

    Gazi Mustafa KEMAL

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş