Car-Balakən camaatlığı https://www.azerbaijans.com/uploads/sultanliqlaajha.jpg Azərbaycanın şimal-qərbində yerləşirdi. Tərkibinə Car, Balakən, Katex, Tala, Muxax və Cənik camaatlıqlarında birləşən kəndlər daxil olub. Camaatlıq 1803-cü ildə Rusiya tərəfindən işğal olunub. Ərəş sultanlığı

Bu konu 944 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan sultanlıqları 944 Reviews

    Konuyu değerlendir: Azərbaycan sultanlıqları

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 944 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Azərbaycan sultanlıqları

    Car-Balakən camaatlığı



    Azərbaycanın şimal-qərbində yerləşirdi. Tərkibinə Car, Balakən, Katex, Tala, Muxax və Cənik camaatlıqlarında birləşən kəndlər daxil olub. Camaatlıq 1803-cü ildə Rusiya tərəfindən işğal olunub.




    Ərəş sultanlığı




    Ərəş sultanlığı indiki Yevlax və Ağdaş rayonlarının bir hissəsini, Mingəçevir şəhərinin ərazisini əhatə edirdi. XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrilib. 1795-ci ildə Ərəş sultanlığı ləğv edilib və mahal olaraq xanlığa qatılıb.




    İlisu sultanlığı




    XVI əsrin II yarısında yaranan sultanlıq XIX əsrin ortalarına kimi fəaliyyət göstərib. Mərkəzi İliusu olub. Sultanlıq şimaldan və şərqdən Qafqaz dağları, qərbdən Qanıq çayı, cənub-şərqdən Şəki xanlığı ilə həmsərhəd olub. 1807-ci ildə Rusiyaya tərəfindən işğal olunub. 1830-cu ildə Car-Balakən inzibati dairəsinə düşüb. 1840-cı illərdə İlisu sultanlığının ərazisi Gürcüstan-İmeretiya quberniyasına daxil edilib. 1844-cü ildə ləğv olunub.







    Qarabağ məlikləri




    Dizaq məlikliyi
    Orta əsrlərdə Qarabağın kiçik feodal hakimliyi olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarından Qarabağ xanlığının tərkibinə daxil olub. 1813-cü ildə Qarabağın tərkibində Rusiyaya ilhaq edilmişdi.

    Gülüstan məlikliyi
    Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiyaya ilhaq olunub.

    Vərəndə məlikliyi
    Orta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranıb. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinə daxil olub. XVIII əsrin ortalarında Qarabağ xanlığına birləşdirilib.

    Xaçın məlikliyi
    XII əsrdə Qarabağın dağlıq hissəsində yaranıb və yerli alban hakimləri tərəfindən idarə olunub. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarında isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə həmin xanlığın tərkibində Rusiyaya ilhaq olunub.

    Crabert məlikliyi
    Orta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmış kiçik feodal dövləti olub. Mərkəzi Crabert qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin II yarısında isə Qarabağ xanlığının tərkibinə qatılıb. 1813-cü ildə xanlığın tərkibində Rusiyaya ilhaq olunub.






    Qazax sultanlığı




    Azərbaycanın şimal-qərbində yaranan sultanlıq Səfəvilər dövründə Qarabağ-Gəncə bəylərbəyliyinin tərkibinə daxil olub. Qazaxlar irsi hakimiyyətə malik olublar. Nadir şah tərəfindən Kartli çarı Teymurazın tabeliyinə verilən Qazax sultanlığı 1752-ci ildə Şəki xanlığının tərkibində olsa da, 1801-ci ildə Kartli-Kaxetiyanın tərkibində Rusiyaya birləşdirilib. Sultanlıq 1819-cu ildə ləğv edilib.






    Qəbələ sultanlığı




    XVIII əsrin ortalarında yaranıb. Onun ərazisi şimaldan Böyük Qafqazın cənub yamacı, şərqdə Göyçay, qərbdə Əlican çayı ilə əhatə olunurdu. Şəki xanlığına daxil olub. XVIII əsrin sonlarından Qəbələ mahalı adlanıb. Şəki xanlarının naibləri tərəfindən idarə olunurdu.






    Şəmşəddil sultanlığı




    Zəyəm mahalı və ondan qərbdəki ərazidə yaranan Şəmşəddil sultanlığının ərazisi Şah I İsmayılın dövründən Zülqədər tayfasının bir qolu olan Şəmşəddil tayfasının irsi vilayəti hesab olunurdu. 1743-cü ildə Nadir şah tərəfindən Kartli çarı Teymurazın tabeliyinə verilib. Sonralar onun ərazisi Qazax ilə birləşdirilib və Qazax-Şəmşəddil sultanlığı adlanıb. 1801-ci ildə Kartli-Kaxetiyanın tərkibində Rusiyaya birləşdirilib. 1819-cu ildə isənləğv edilib.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan sultanlıqları

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 944

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş