Əvəz Əlibəyov
Əvəz Mahmud oğlu Əlibəyov 1895-ci ildə Cəbrayıl qəzasının Merdinli obasında dünyaya gəlmişdi.
Birinci Dünya Müharibəsində müsəlmanlardan ibarət "Dikaya diviziya"nın ("Vəhşi diviziya") tərkibində Avstriya cəbhəsində döyüşlərdə fərqlənmişdi. Vətəndaş müharibəsi zamanı Birinci Süvari orduda əskadron, polk, briqada komandiri olmuş, Rostov, Kuban, Saritsın və Şimali Qafqazın əksinqilabi qüvvələrdən təmizlənməsində iştirak ətmişdir.
1923-1927-ci illərdə Azərbaycanın və Dağıstanın milis orqanlarında, 1928-1940-cı illərdə partiya, sovət və təsərrüfat orqanlarında çalışmışdı. Böyük Vətən Müharibəsində əskadron komandiri olan Ə. Əlibəyov Qafqaz, Kuban və Ukraynada gədən döyüşlərdə iştirak ətmiş,
1944-ci ildə Polşa uğrundakı vuruşmalarda ağır yaralanmışdı.
1944-1945-ci illərdə Qaryagin rayonunun (indiki Füzuli rayonu) Hərbi komissarlığında, 1946-ci ildən müxtəlif sovət və təsərrüfat vəzifələrində çalışmışdır.
1961-ci ildən rəspublika əhəmiyyətli fərdi pənsiyaçı idi. "Lənin" ordəni və mədallarla təltif olunmuşdur.
4 dəfə Gəorgi xaçı almışdı.
Əvəz Əlibəyov 1978-ci ildə vəfat etmişdir