Sinələr güllə-güllə, Qan axır, dönür gülə. Qərənfillər ağlayır, Düşmənə gülə-gülə. Ağla, qərənfil, ağla! Qərənfillər qoşadı, İkisi baş-başadı. Sizdən qalan günləri Qərənfillər yaşadı.

Bu konu 1057 kez görüntülendi 0 yorum aldı ...
Ağla Qaranfil ağla 1057 Reviews

    Konuyu değerlendir: Ağla Qaranfil ağla

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1057 kez incelendi.

  1. #1
    Turkuaz&Tr. - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    08.10.2010
    Yaş;
    64
    Mesajlar
    901
    Konular
    443
    Beğendikleri
    66
    Beğenileri
    54
    Tecrübe Puanı
    100
    @Turkuaz&Tr.

    Standart Ağla Qaranfil ağla

    Sinələr güllə-güllə,
    Qan axır, dönür gülə.
    Qərənfillər ağlayır,
    Düşmənə gülə-gülə.
    Ağla, qərənfil, ağla!

    Qərənfillər qoşadı,
    İkisi baş-başadı.
    Sizdən qalan günləri
    Qərənfillər yaşadı.
    Ağla, qərənfil, ağla!

    Qərənfil - şəhid qanı,
    Ağla, qərənfil, ağla!
    Ağla, inlət meydanı,
    Ağla, qərənfil, ağla!

    Cavanlara qıydılar,
    Tanklar altda qoydular.
    Qanın içib doydular,
    Ağla, qərənfil, ağla!

    Hər şəhidə bir düzüm,
    Abşeron - qan dənizim.
    Sən - mənim ağlar gözüm,
    Ağla, qərənfil, ağla!

    Uzaq mənzil, acı yol,
    Yoldu, yol, əlacı yol!
    Şəhidlərə bacı ol;
    Ağla, qərənfil, ağla!

    Kərbəla - qan çöllərə,
    Puç olan qönçələrə,
    Nazənin incilərə
    Ağla, qərənfil, ağla!

    Bəxti asılan qıza,
    Hünəri aslan qıza,
    Toyu yas olan qıza
    Ağla, qərənfil, ağla!

    Ağla, ürək boşalsın,
    Ünün göyə baş alsın.
    Ağla, dağlar yumşalsın,
    Ağla, qərənfil, ağla!

    Bu təklənmiş şirlərə,
    Bu arxasız ərlərə,
    Bu talesiz nərlərə
    Ağla, qərənfil, ağla!

    Bu günahsız qanlara,
    Bu didilmiş canlara,
    Bu cansız cavanlara
    Ağla, qərənfil, ağla!

    Bu bədənsiz qollara,
    Bu uçunan yollara,
    Bu yiyəsiz qullara
    Ağla, qərənfil, ağla!

    Bu səngiməz ağrıya,
    Bu qan sızan sarğıya,
    Bu Allahsız qurğuya
    Ağla, qərənfil, ağla!

    Bu qara yazılara,
    Bu körpə quzulara,
    Quruyan arzulara
    Ağla, qərənfil, ağla!

    Xeyrə şər üstün gəldi,

    Məmməd Aslan




    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    İniltili ün gəldi...
    Ağlamalı gün gəldi,
    Ağla, qərənfil, ağla!

    Məmməd Aslan


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ağla Qaranfil ağla

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Turkuaz&Tr.

          Cevaplar: 0

          Görüntüleme: 1057

    AZERBAYCAN BAYRAĞINDA MAVİ; TÜRKLÜK, BAĞIMSIZLIK VE GÖĞ'Ü İFADE EDER. MAVİ ÖZGÜRLÜK, MAVİ SONSUZLUKTUR.



    ''UYUYAN MİLLETLER YA ÖLÜR,
    YA DA KÖLE OLARAK UYANIR''

    Gazi Mustafa Kemal ATATÜRK

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş