"Çil lobiyə xuruşu-qarası"
Bu yemək Urmu şəhərinin qədim (eski) yeməklərindən sayılır.
Güney Azərbaycan Yeməklərindən
"Çil lobiyə xuruşu-qarası"
(Fasulye karışımı)
Bu yemək Urmu şəhərinin qədim (eski) yeməklərindən sayılır.
Lazım olanlar:
400 gram doğranmış xuruşluq ət,
2 bardaq islanmış çil lobiyə (fasulye),
1 baş narın-narın doğranmış Soğan,
1 dənə qara badımcan (patlıcan)
2 dənə qırmızı badımcan(bamador-pomidor domates),
2 dənə yeralma (kartof-patates),
2 yemək qaşığı rubb (salça-tomat pastası),
0.5 çay bardağı üzüm qorası (Koruk -ekşi üzüm),
1 yemək qaşığı dəmlənmiş zəfəran (safran),
2 yemək qaşığı kərə (tereyağı),
lazım olan qədər duz, qırmızı bibər tozu,istiot(karabiber),sarıkök(zerdeçal),
lazım olan qədər duru yağ (sıvı yağ).
Hazırlanması:
*Bu xuruşa işlənən çil lobiyəni bir gün öncədən kəsin suda isladmalıyıq. (gün içərisi də suyu neçə seri dəyiştirməliyik)
İlk öncə soğanı incə incə doğrayıq, kərədə qızardarıq.
Doğranmış xuruşluq ətini, qızarmış soğana artırıb, əti qovurarıq.
Bu aşamada rubbu, əduvanı (sarıkök-bibər tozu-istiot) ətə artırıb, rub da qovurlansın diyə tov verərik.
İslanmış çil lobiyəni və 2/5 normal bardaq isti su ətə artırıb, pişməsinə izin verərik.
Ət və çil lobiyə pişdikdən sonra duz və üzüm qorasını artırarıq.
5 dəqiqə sonra, son dönəm olaraq zəfəranı xuruşa artırarıq.
Yeralma və qara badımcan və qırmızı badımcanı da sevdiyimiz şəkildə doğrayıb yağda qızardarıq.
Hazırlanmış xuruşu(karışımı) istədiyimiz qaba töküb, qızardılmış yeralma, qara və qırmızı badımcanı da xuruşun üstünə tökərik.
"Sinər olsun"
*Not:
*Bu xuruşa zəfəranlı süzmə düyü önərilir.
*Üzüm qorası olmazsa, qora tozu işlədə bilərsiniz.
*Xuruş yetərincə turş (ekşi) olmazsa, 1 yemək qaşığı limun suyu artırarıq. (unudmayaq ki çox turş olmamalıdır)