Sozu Küküsü ( kavar (kəvər) küküsü- sebze küküsü)
Lanzım olanlar:
500 qram doğranmış Sozu (kavar (kəvər)- Pırasanın bir türü),
Bir neçə yarpaq doğranmış ispanaq,
3- 4 dənə yumurta,
2 yemək qaşığı Un,
1 yemək qaşığı Qızılgül tozu (miqdarı istəyə bağlı)
2 çay qaşığı yemək Əduvası(baharatı),
150 qram Cəviz (Girdəkan-Qoz),
2 yemək qaşığı Zəriş (Ziriş - Amberbaris Sarıçalı),
lazım olan miqar duz, sarıkök,
qızartmaq üçün lazım olan miqdarda yağ.
Hazırlanması:
Göyərtiləri təmizləyib yuduqdan sonra doğrayırıq.
Doğranmış Göyərtiləri,yuvulmuş suyu süzülsün deyə bir təmiz bez üstünə səririk.
Göyərtiləri,sarıkök,qızıl gül tozu və Əduvanı bir qaba töküb qarışdırırıq.
Yumurtanı sındırıb duz və un töküb çalırıq.
Yumurta ilə göyərtini yaxşı qarışdırırıq.
Yağı tavaya töküb qızdırırıq.
Yumurta ilə göy qarışığını yağa tökürük və tavaya düzgün yayıb bacası olan qapağını qoyub vam odda kükü tam bişsin diyə gözləyirik.
Ceviz, zərişi üstünə səpib,kükünün üstünə bir az basarıq (fişar) veririk.
Bir üzü qızardıqdan sonra o biri üzünü çeviririk (su salmasın dey' qapağını qoymuruq daha)/ Hər iki üzünü qızardırıq.
İki üzü də qızardıdan sonra kükünün cəviz zəriş olan üzünü seçdiyimiz qaba qoyub,biraz sərinlədikdən sonra bölərik (kəsərik).
kükünü çörək və qırmızı badımcanla (domates-pomidor) servis edərik.
"Nuş olsun"
*Not: *Güney Azərbaycanda Göyərti küküsün də,çeşitli Göyərtiler,kahı (marul) və bəzən də yeralma (ptates-kartof) ya da rəndələnmiş yerkökü də(keşir-havuç) qatılır. Kükü balıq qızartması və düyü ilə (pirinçle) servis edilir. *Bu küküyə çevrəsi 21sm yuvarlaq tava uyğundur.