Əriştə http://1.bp.blogspot.com/-Iz-AbAiZzmE/U6moiuM0rlI/AAAAAAAAAOk/kfu9GKWDUUg/s1600/10384284_1629536213938940_5034590222292998468_n.jpg Bu yemək Azərbaycanın ənənəvi və yerli yeməklərindən biridir. Qədim zamanlarda Azərbaycanda düyü çox olmazdı və xalq yeməklərinin çoxunu buğda unu ilə hazırlardı. Əriştə üçün unu su və duzla qarışdırırb xəmir yoğurardılar və kündələr düzəldərək bir vərdənə (oxlov) ilə sonunda əriştə kimi kəsərdilər. Bu əriştələri iplərdə asardılar ki

Bu konu 10970 kez görüntülendi 0 yorum aldı ...
Əriştə 10970 Reviews

    Konuyu değerlendir: Əriştə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 10970 kez incelendi.

Konu: Əriştə

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.713
    Konular
    3529
    Beğendikleri
    160
    Beğenileri
    42
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Əriştə

    Əriştə






    Bu yemək Azərbaycanın ənənəvi və yerli yeməklərindən biridir. Qədim zamanlarda Azərbaycanda düyü çox olmazdı və xalq yeməklərinin çoxunu buğda unu ilə hazırlardı. Əriştə üçün unu su və duzla qarışdırırb xəmir yoğurardılar və kündələr düzəldərək bir vərdənə (oxlov) ilə sonunda əriştə kimi kəsərdilər. Bu əriştələri iplərdə asardılar ki qurusun.
    (Indi artıq hər şey maşınlarla edilir və əriştələri maşınlarla hazırlayırlar və qurumuş əriştəni bir az qovururlar ki rəngi qəhvəyiyə çevrilsin və bu əsriştəni bir çox yeməklərdə işlədirlər. O cümlədən Əriştə Şiləsi, Əriştə-plov, şorba, və bir də bugün sizə öyrədəcəyim yemək)
    Bu yeməyi Azərbaycanın ənənəvi makaronunusu(makaronu) adlandırmaq olar. Mübaliğəsiz deyirəm: məncə bu yemək hətta makaronidən də ləzzətlidir. Ağır yemək sayılmır və asanlıqla həzm olunur. Bu yeməyin ən önəmli nöqtəsi onun əriştəsinin keyfiyyətidir ki gərək unu keyfiyyətli növdən olsun və dəqiq hazırlanmalıdır, yəni xəmiri özünü gərək yaxşı tutsun və əriştə gərək yaxşı qovrulsun ( yəni nə çox xam olsun nə də ki çox qovrulsun çünkü çox qovrulsa acı olacaq). Bazarda toplu olaraq satılan əriştələrdən də istifadə edə bilərsiniz, amma onun təmiz olmasından əmin olmaq lazımdır. Bir də əriştə alarkən diqqət edin ki, əriştənin tamı və qoxusu köhnə və yanmış olmasın.




    Əriştə hazrılamaq üçün lazım olanlar: 3 nəfərlik


    adambaşına 150 qram Plov əriştəsi (1,5 stəkan)
    200-300 qram ət maşınından çəkilmiş,
    1 stəkan bişirilmiş ləpə,
    1 baş soğan,
    qazmaq qoymaq üçün lazımi qədər yeralması.
    Qazmaq üçün küncüd,
    sari yağ, sarikök, düz və qara zirə,
    1 yemək qaşığı rubb (Pamador Paste), dəmlənmiş zəfəran - bir yemək qağışı qədər.






    Ləpəni pişirin, pişdikdən sonra suyunu tamamilə alın.




    Soğanları dilim-dilim edib yağda qovurduqdan sonra əti ona artırıb və yenə də qovurmaya davam edirik, rubb (Pamador Paste) sarıkök,duz və zəfəranı əlavə edirik,1-2 qaşıq su töküb və onu qaynadırıq, güvəç (xuruşt) yerinə düşə,yanı özünü yaxşı tapa. sonra pişirilmiş ləpəni ona əlavə edib,ocağın üstündən götürürük.



    Qazana su töküb və qaynadıqdan sonra əriştələri bir az qırıb və qaynar suya töküb,3-4 dəqiqə qaynatmaya davam edirik,əriştələr tez yumşaldığına görə qaynar suda çox qalmamalıdır.



    Bu yemək üçün qazan dibinə yeralma (kartof) salarlar.yeralmaların qabığını soyduqdan sonra yuvub və vərəq- vərəq edirik,yeralmaları vərəqə etdikdən sonra yumuruq, çünkü nişastası küncüdün yapışmasına səbəb olur. Sarı yağı qazanın dibinə töküb küncüdü səpirik və yeralmaları üstünə düzürük.



    Bir qat qaynar sudan çıxarılmış və süzülmüş əriştələri qazana əlavə edirik, bir qat hazırladığımız ət xuruşunu,bitdikdən sonra üstünə sarı yağ və zəfəran səpirik,bir də yeməyin dadı daha yaxşı olsun deyə zirəni təzə- təzə döyüb yeməyə əlavə edirik,zirə yeməyin dadanı ləzzətli edir.Tənzifə bükülmüş qapaqla qazanı bağlayırsınız və dəm almağa qoyuruq. Bu yemək vam odda 35-40 dəqiqə arasında dəm alacaq.







    Not:Bu yeməyin yanında sarımsaq turşusu yaxşı olur, Bir də bu yeməyi sarı yağ (əridilmiş kərə yağı) ilə hazırlayın, çünkü yeməyin gərçək dadını anlıyacaqsınız. Əriştə sarı yağda qızardılmış qaysı və qovurma əti ilədə yeyilir.
    Yarma plovu da eyni qayda ilə hazırlanır,sizə onu da sınamayı önərirəm.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Əriştə

          Kategori: Yemek ve Tatlı Tarifleri

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 10970

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş