Güney Azərbaycan Təbriz Yeməklərindən - Daş Kələm Aşı - داش کله*م آشی
İçindəkilər:
300 gram Kavar (Sozu-kəvər -Pırasanın bir türü)
300 gram doğranmış Kərəviz(Kereviz)
300 qram doğranmış cəfəri (maydanos)
Daş kələm(Alabaş): 2 dənə doğranmış orta boyda
Pişmiş Ləpə(Noxud Ləpəsi-Nohutun kırılmışı): yarım fincan
Aş düyüsü(kırık pirinç): bir fincan
Yarma(bulgur): yarım fincan
Soğan: iki dənə
Rəndələnmiş qırmızı badımcan(pamador-domates): 5 dənə
Duz, qırmızı bibər, sarıkök(zerdeçal): istədiğiniz qədər
Duru Yağ(sıvı yağ): 3 yemək qaşığı
toyuq suyu(ve ya tavuk bulyon): istədiğiniz bağlı
Su vəya ət suyu: bir su bardağı
Quru nanə(kuru nane): biraz
Hazırlanması:
Daş kələmi narın doğrayıb, yağda 6-7 dəqiqə tov veririk.
Soğanı doğrayıb, sarıköklə birlikdə daş kələmə artırırıq.
Kələm və soğan yumuşanan sonra, doğranmış pencərləri, yuyulmuş düyü və yarmanı artırırıq.
Sonra pişmiş ləpə, duz və suyu artırıb, qablamanın qapağını yarı üst buraxıb və hərdən bir qarıştıracayıq ki dib çalmasın.
Düyü pişdikdən sonra rəndələnmiş qırmızı badımcan, toyuq suyu(ve ya tavuk bulyon) və bibər tozunu artırıb, 10 dəqiqə qaynayacaqdır.
Sonra rubbu suda açıb, aşımıza artırırıq.
Neçə burun qaynadıqdan sonra aşımız hazırdır.
Sonunda istədədiğiniz qaba çəkib, quru nəna ilə süslüyə bilərsiniz. *İstəyə bağlı bu aşa 2 yemək qaşığı rubb (salça-tomat pastası) artırmaq olar. *bu aşda qora suyu(Koruk suyu), qatıq və ya qurutda faydalana bilərsiniz. *istəyə bağlı qızartmış küftə qılqılıdə qullana bilərsiniz. *aşımız acı olsun istəyənlər isə doğranmış acı yaşıl bibərda aşa artıra bilər.
Təbriz daş kələm aşımız hazırdır.
Canınıza sinsin.