http://kayzen.az/uploads/images/00/85/62/2016/09/11/07e1e7.jpg Azəbaycan Böyük musiqi salnaməçisi Xalq mahnılarımızın toplanması və sistemləşdirilməsində musiqişünas Ağalar bəy Əliverdibəyovun mühüm xidmətləri olub. O, ixtisasca mühəndis olsa da, ömrünü Azərbaycan musiqisinin öyrənilməsi və təbliğinə həsr edib. Ağalar Kərbəlayı Ələkbər oğlu Əliverdibəyov 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində bəy ailəsində anadan olub. Uşaqlığı Şuşa şəhərində keçib, ibtidai təhsilini

Bu konu 2217 kez görüntülendi 0 yorum aldı ...
Azəbaycan Böyük musiqi salnaməçisi 2217 Reviews

    Konuyu değerlendir: Azəbaycan Böyük musiqi salnaməçisi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2217 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Azəbaycan Böyük musiqi salnaməçisi




    Azəbaycan Böyük musiqi salnaməçisi

    Xalq mahnılarımızın toplanması və sistemləşdirilməsində musiqişünas Ağalar bəy Əliverdibəyovun mühüm xidmətləri olub. O, ixtisasca mühəndis olsa da, ömrünü Azərbaycan musiqisinin öyrənilməsi və təbliğinə həsr edib.

    Ağalar Kərbəlayı Ələkbər oğlu Əliverdibəyov 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində bəy ailəsində anadan olub. Uşaqlığı Şuşa şəhərində keçib, ibtidai təhsilini burada molla məktəbində alıb.

    Atası onun Avropa təhsili alması üçün böyük səy göstərib. Beləliklə o, 1901-ci ildə Sankt-Peterburq Texnoloji İnstitutuna qəbul olunur. Ali təhsilini başa vurduqdan sonra atasının məsləhəti ilə Polşada Varşava İnşaat İnstitutunda təhsil alır. İxtisasına mükəmməl yiyələnən Ağalar bəy 1913-cü ildə vətənə dönür, yol-inşaat mühəndisi işləyir.

    A.Əliverdibəyov gənc yaşlarından müxtəlif xalqların musiqisinə böyük maraq göstərib, bu mövzuda ədəbiyyatları maraqla mütaliə edib. Qarabağ bölgəsinin, ümumiyyətlə Azərbaycanın musiqi dünyasına həssaslıqla yanaşıb. Bu istiqamətdə öz düşüncələrini ardıcıl olaraq qələmə alan A.Əliverdibəyov daha sonra dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “Musiqi tarixi” adlı kitab yazıb. Mütəxəssislər bu kitabı, eləcə də onun topladığı xalq mahnı və təsniflərini musiqi xəzinəmizə dəyərli töhfə hesab ediblər.

    Mənbələrdə qeyd olunur ki, Ağalar bəyin yüksək musiqi duyumunun olmasında dayısı Mir Baba Mir Abdulla oğlu Vəzirov mühüm rol oynayıb. Mir Baba isə məşhur xanəndə Hacı Hüsünün müəllimi olub. Onun musiqiçi kimi yetişməsində Muxtar bəy Bədəlbəylinin də böyük zəhmətinin olduğu bildirilir. Onu da xatırladaq ki, A.Əliverdibəyov Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin dayısıdır və onun ilk müəllimi olub. Erkən çağlardan Üzeyir bəyin qəlbində xalq musiqisinə və muğam sənətinə böyük məhəbbət hissini o oyadıb.

    A.Əliverdibəyovun araşdırmalarında Şuşanın məşhur musiqi məktəbləri, şeir və musiqi məclisləri — “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Şuşa musiqi mədəniyyətinin çiçəklənməsi öz əksini tapıb. Bir çox xanəndələr, tar və kamança ustaları, aşıqlar, habelə qaval və qarmon ifaçıları haqqında verilmiş dəyərli bilgilər, toy-düyünlərin və rəngarəng folklor mühitinin şərhi bu füsunkar diyarın zəngin musiqi həyatını açıb göstərir.

    O, Qarabağın musiqi salnaməsini yazmaqla yanaşı, Şirvan və Bakı muğam məktəbləri nümayəndələrinin fəaliyyətini də nəzərdən qaçırmayıb, İrəvan, Lənkəran, Nuxa (Şəki) və Salyanın muğam ifaçıları haqqında dəyərli faktlar toplayıb. O öz araşdırmalarında həmçinin şəbihlərdə istifadə olunan dini musiqini, idman yarışlarını müşayiət edən cəngi havalarını və yas mərasimlərində ağıların oxunmasını da xalq musiqisinin ayrılmaz bir qolu olaraq qələmə alıb.

    İncəsənət fədakarı həm də A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyib. Xalq mahnılarımızın gözəl ifaçısı olub. Şövqlə oxuduğu el nəğmələrindən “Söhbət saz ilə”, “Yaxan düymələ”, “Çalpapaq”, “Kəklik”, “Nəzr eyləmişəm”, “Üçtelli durna”, “Xumar oldum”, “Neylərsən”, “Dedim bir busə ver” və s. dinləyicilərin zövqünü oxşayıb. Onun repertuarında müasir dinləyicilərə az tanış olan “Gəl, gəl, ay ellər gözəli”, “Altımda madyan”, “Ay loylu”, “Can qurban eylər”, “Tirmə şalım”, “Qızım”, “Pinəçi mənəm” və s. mahnılar da yer alıb.

    Azərbaycan musiqi tarixində silinməz iz qoyan Ağalar Əliverdibəyov 1953-cü il iyunun 7-də vəfat edib. Onun qiymətli irsi həm musiqi tarixçiləri, həm də folklor musiqiçiləri üçün qiymətli mənbədir.

    Savalan Fərəcov
    «Mədəniyyət» qəzeti


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azəbaycan Böyük musiqi salnaməçisi

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2217

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş