'' Lənət ''
Girib şeytan kimi, hər qiyafəyə ,
İki üz, sifətdə, olana lənət ,
Vurub arasını dostun, sirdaşın ,
Araya ixtilaf, salana lənət ,
***
Namusu, vicdanı paraya satan ,
Haqqı ayaqlayıb, şər,böhtan atan ,
Min hiylə, kələklə, məqsədə çatan,
İnsanın cisminə, canına lənət ,
***
Bir ömrün çırağın, söndürənlərin ,
Özün öyənlərin, mən deyəmlərin ,
Haqqın bayrağını, endirənlərin,
Damarda süzülən, qanına lənət,
***
Vətən sevgisini, qəlbdən silənin ,
Yad yurdu özünə, doğma bilənin ,
Danıb millətini, soysiz ölənin ,
Məzarına lənət, goruna lənət,
( Mirzə Cafar Mirzəli )