@
[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
...
İşte sözleri
Üzü dönsün ayrılığın
Yavaş- yavaş gecə keçər,
Heç bilmirəm necə keçər.
Səni durub düşündükcə,
Qoşun çəkər xatirələr.
Şirin günlər,şirin aylar,
Bir- bir gəlib düşər yada.
Ürək deyər ayrılığın ,
Üzü dönsün bu dünyada.
Ay çəkilər yuxu kimi,
Bir ovçunun oxu kimi.
Hami deyər, hamı gülər,
Mən gülmərəm çoxu kimi.
Şirin günlər,şirin aylar,
Bir- bir gəlib düşər yada.
Ürək deyər ayrılığın ,
Üzü dönsün bu dünyada.
Çöldə tufan haray çəkər,
Salar fəğan, haray çəkər.
Yerdə durub mən susaram,
Göydə bulud haray çəkər.
Şirin günlər,şirin aylar,
Bir- bir gəlib düşər yada.
Ürək deyər ayrılığın ,
Üzü dönsün bu dünyada.
Musiqi: Oqtay Kazımov
Söz: Cabir Novruz