sәndәn nә gizlәdim,qisqancam yaman.
sәn mәni sevsәndә dünyalar qәdәr,
yanimda görmәsәm sәni bircә an
gözümün yuxusu çәkilib gedәr...
demirәm böyükdür bu tәbiyәtim,
bәlkәdә,bәlkәdә bu bir azardır.
qәlbinә dәymәsin sözüm söhbәtim
sәndә mәhәbbәtdә,namusda vardır.
sәnin vәfanada inanıram mәn,
ancaq,nә olsun ki,böyükdür şәhәr...
özündә hәddindәn artıq gözәlsәn...
didib parçalayar mәni şübhәlәr...
SӘMӘD VURĞUN