Azərbaycanda ilkin mədəniyyət və dünyagörüşlər http://www.azerbaijans.com/img/font_incr.gif http://www.azerbaijans.com/img/font_decr.gif http://www.azerbaijans.com/uploads/felsefethe_tasdhinker.jpg Azərbaycan fəlsəfəsi anlayışı tarixən Azərbaycanda və ölkə xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfi irsinin təşəkkül və təkamülünü əhatə edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda fəlsəfi fikrin inkişafı IV minillikdə baş

Bu konu 1606 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycanda ilkin mədəniyyət və dünyagörüşlər 1606 Reviews

    Konuyu değerlendir: Azərbaycanda ilkin mədəniyyət və dünyagörüşlər

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1606 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycanda ilkin mədəniyyət və dünyagörüşlər

    Azərbaycanda ilkin mədəniyyət və dünyagörüşlər




    Azərbaycan fəlsəfəsi anlayışı tarixən Azərbaycanda və ölkə xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfi irsinin təşəkkül və təkamülünü əhatə edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda fəlsəfi fikrin inkişafı IV minillikdə baş vermişdir. Azərbaycanda qədim dövrlərdən başlayaraq yüksək sivilizasiyaların, mədəniyyətlərin bir-birini əvəz etməsi, müxtəlif dil, din, həyat tərzlərinin çarpazlaşması Azərbaycan etnosunun mənəvi mədəniyyətinin özülü olan fəlsəfi fikir və dünyagörüşünün təşəkkül və təkamülü üçün münbit zəmin yaratmışdır. Ölkənin fəlsəfi mədəniyyətin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər mədəniyyəti, daim müxtəlif dil və din daşıyıcıları olan regionlarla əlaqələrinin mövcudluğu mühüm rol oynamışdır. Bunların sayəsində artıq e.ə. I minilliyin birinci yarısından ölkə xalqlarının ictimai şüurunda varlığın başlanğıcı və sonu, təkamülü, insan və mühit münasibətlərinin, həqiqət, xeyir, şər və ədalətin çoxçalarlı əlaqələrinin dərkinə yönəlmiş fəlsəfi mülahizələr və mifologiya, dinlə bağlı müxtəlif ideoloji cərəyanlar yaranmışdır.
    Azərbaycanda fəlsəfi fikrin inkişafını, mədəniyyətləri və dünyagörüşləri izləmək üçün keçmişin mühüm yazılı abidələri - Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi dünyagörüşünün təşəkkülü insanın təbiətə münasibətində fetiş, totem, ruh, ilahilər və s. bu kimi təzahür formaları ilə bağlı olmuşdur. Bu təsəvvür və təlimlər, müxtəlif kultlarda və insanın mühitdən özünümüdafiəsinə yönəlmiş magiyada da öz əksini tapmışdır. Müasir elm e.ə. I minilliyin birinci yarısında Azərbaycanda zərvanilik, zərdüştilik fəlsəfəsi və maqlar (muğlar) təliminin geniş yayıldığını göstərir.
    Qədim dövr və erkən orta əsrlərdə yanğın, müharibə, siyasi və dini münaqişələr nəticəsində yazılı abidələrin məhvi bəhs olunan dövrlərə aid fəlsəfi fikrin, mədəniyyət və dünyagörüşün tam zənginliyi ilə təsvir və tədqiqinə imkan vermir. Buna baxmayaraq, əldə olan məlumatlar aşağıdakı qənaətə gəlmək üçün əsas verir: qədim dövr və erkən Orta əsrlərdə Azərbaycanın mədəni irsində fəlsəfi problemlərin qoyuluşu və şərhi metodları, fəlsəfi kateqoriyalardan - mövcudat, başlanğıc, son, maddə, ruh, nəfs, zaman, məkan, həqiqət, ədalət, Xeyir və Şərdən, onların qarşılıqlı əlaqələrindən bəhs edilməsi Azərbaycan fəlsəfəsini Qədim dövr dünya fəlsəfi fikrinin ayrılmaz hissəsi kimi səciyyələndirir. Bu mülahizəni qədim yunan filosofları, tarixçiləri, eləcə də orta əsr və yeni dövr mənbələri də təsdiqləyir. Qədim dövrdə və erkən orta əsrlərdə varlığın atomlardan yaranması, maddi və qeyri-maddinin, Xeyir və Şərin, işıq və zülmətin ziddiyyəti və vəhdəti, Allahın işıq və həqiqətlə eyniləşdirilməsi, idrakın dəyərləndirilməsi tərzi, sosial ədalət və utopik xoşbəxt cəmiyyət haqqında təsəvvür və nəzəri mülahizələr Azərbaycanda fəlsəfi fikrin təşəkkülü və inkişafının ideya əsaslarını təşkil etmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycanda ilkin mədəniyyət və dünyagörüşlər

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1606

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş