Kullanıcı Tag Listesi

BAKI-TBİLİSİ-QARS Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin əhəmiyyətini artıran bağlantı kimiBakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının

Bu konu 937 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan BAKI-TBİLİSİ-QARS 937 Reviews

    Konuyu değerlendir: Azerbaycan BAKI-TBİLİSİ-QARS

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 937 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan BAKI-TBİLİSİ-QARS

    BAKI-TBİLİSİ-QARS

    Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin əhəmiyyətini artıran bağlantı kimi
    Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.
    Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.
    Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artacaqdır.
    Layihənin tarixi
    Qars-Axalkalaki dəmir yolu xəttinin həyata keçirilməsi barədə danışıqlara 1993-cü il 26-29 iyul tarixində Türkiyə və Gürcüstan arasında nəqliyyat üzrə Qarışıq Komissiyasının Ankara şəhərində keçirilmiş iclasında başlanılmışdır.
    2002-ci il 20-21 iyul tarixlərində Türkiyə-Gürcüstan Nəqliyyat Nazirlərinin Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında Qars-Axalkalaki dəmir yolu layihəsinin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinə başlanılması nəzərdə tutulmuş, lakin bu layihənin həyata keçirilməsi istiqamətində irəliləyişə nail olunmamışdır.
    Azərbaycan Respublikasının Prezidenti İlham əliyevin Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın Prezidenti Mixail Saakaşvili ilə birgə keçirmiş mətbuat konfransında (2004-cü il 14 iyun) Gürcüstandan Türkiyəyə dəmir yolu layihəsinin həyata keçirilməsinin vacibliyini və dəstəklədiyini, Azərbaycanın bu layihədə iştirak etməyə hazır olduğunu bildirmişdir.
    2004-cü il 02-05 avqust tarixlərində Ankarada keçirilmiş Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin inkişafı və Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə danışıqlara həsr olunmuş görüşdə, tərəflər ilk növbədə, mühəndis-axtarış işlərinin aparılması və uyğunlaşma layihəsinin hazırlanması barədə razılığa gəlmişlər.
    2004-cü il 28 dekabr tarixində layihə ilə bağlı növbəti görüş keçirilmiş və Birgə İşçi Qrupu yaradılmışdır.
    2005-ci il 25 may tarixində, Bakı şəhərində, Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası prezidentlərinin Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə Bəyanatı imzalanmışdır. Bəyanatda aşağıdakılar öz əksini tapmışdır:
    - yeni dəmir yolu bağlantısı layihəsinin tikintisi və istismarı üzrə hökumətlərarası Sazişin imzalanmasının təmin edilməsi;
    - layihənin həyata keçirilməsi üçün regional və beynəlxalq institut və qurumları, həmçinin layihənin maliyyələşdirilməsinə investorların cəlb edilməsi;
    - layihənin həyata keçirilməsi üzrə beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ilə sıx əməkdaşlığın təmin edilməsi məqsədilə əlaqələndirmə Şurasının yaradılması.
    Bəyanatın hər üç ölkənin Prezidentləri tərəfindən imzalanması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinə təkan vermişdir.
    2005-ci il 18 iyul tarixində Türkiyədə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsi üzrə marketinq işlərinin görülməsi və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması məqsədilə keçirilmiş tenderdə Türkiyənin “Yüksel Domaniç” şirkəti qalib elan olunmuş və 2006-cı ilin oktyabr ayında layihənin Türkiyə hissəsinin texniki-iqtisadi əsaslandırması hazırlanaraq tərəflərə təqdim edilmişdir.
    Layihənin həyata keçirilməsi üzrə yaradılmış Birgə İşçi Qrupunun 2005-ci il 28 fevral-01 mart tarixlərində Tbilisidə, 2005-ci il 04-05 aprel tarixlərində Bakıda, 2005-ci il 05-07 dekabr tarixlərində Tbilisidə, 2006-cı il 04-05 may tarixlərində Ankarada, 2006-cı il 13 iyul tarixində Tbilisidə, 2006-cı il 11-12 oktyabr tarixlərində Bakıda iclasları keçirilmiş, layihə üzrə maliyyə mənbələrinin araşdırılması, texniki, iqtisadi və sair məsələlər müzakirə edilərək tərəflər arasında razılaşdırılmışdır.
    2007-ci ilin yanvar ayının 12-13-də Tbilisi şəhərində və 2007-ci ilin yanvar ayının 22-25-də Bakı şəhərində hər iki ölkənin müvafiq nazirliklərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmişdir. Görüşlərdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı haqqında” və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Hökumətlərarası Saziş layihələrinin, həmçinin “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtləri haqqında Kredit Müqaviləsi” layihəsinin mətnləri müzakirə edilərək razılaşdırılmışdır.
    2007-ci il fevralın 7-də, Tbilisi şəhərində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham əliyevin, Gürcüstanın Prezidenti cənab Mixail Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə bu Sazişlər imzalanmışdır.
    Bakı - Tbilisi - Qars yeni dəmir yolu bağlantısının Trans-Avropa avtomobil və Trans-Avropa dəmir yolları layihələrinə dair Baş Planına daxil edilməsi barədə
    Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat üzrə Komitəsinin 2005-ci il 15-17 fevral tarixli 67-ci iclasının Məruzə Layihəsinin 71-ci bəndində Trans-Avropa və Trans-Asiya dəmir yolu magistrallarının birləşdirilməsi məsələsinin aktuallığı vurğulanmış, Qafqaz və Mərkəzi Asiya regionları üzrə Trans-Avropa dəmir yolu (TER) layihəsinə uyğun yeni bir əsas Planın hazırlanması nəzərdə tutulmuşdur. Bakı - Tbilisi - Qars yeni dəmir yolu bağlantısı layihəsinin əsas Plana daxil edilməsi tədbirin iştirakçısı olmuş nümayəndəmiz tərəfindən təklif olunmuş və iclasın nəticəsi olaraq, bu layihə BMT-nin Avropa üzrə İqtisadi Komissiyası tərəfindən hazırlanan Trans-Avropa avtomobil yolları və Trans-Avropa dəmir yolları layihələrinə dair Baş Planın Yekun Hesabatına (2005-ci ilin mart buraxılışı) 1-ci dərəcəli prioritet layihə kimi 4,0 balla qiymətləndirilərək daxil edilmişdir. Bakı - Tbilisi - Qars yeni dəmir yolu bağlantısı layihəsinin Türkiyə ərazisindən keçən hissəsinə TU-R-4, Gürcüstan ərazisindən keçən hissəsinə isə GE-R-2 kodları verilmişdir.
    Bakı - Tbilisi - Qars yeni dəmir yolu bağlantısı layihəsinin “Beynəlxalq kombinəedilmiş daşımaların mühüm xətləri və müvafiq obyektlər haqqında Avropa Sazişi”nə (СЛКП) daxil edilməsi
    Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat üzrə Komitəsinin 2005-ci il 21 fevral tarixli TRANS/WP.24/2005/2 nömrəli sənədinə əsasən Bakı - Tbilisi - Qars yeni dəmir yolu bağlantısı layihəsi “Beynəlxalq kombinəedilmiş daşımaların mühüm xətləri və müvafiq obyektləri haqqında Avropa Sazişi”nin I əlavəsinə C-E 692 indeksi ilə daxil edilmişdir.
    C-E 692 Çetinkaya - ərzurum - Qars - Axalkalaki
    Azərbaycan ərazisindən keçən digər mühüm dəmir yolu xəttləri:
    C-E 60 Tbilisi - Qardabani - Böyük-Kəsik - Bakı
    C-E 693 Yerevan - Barxudarlı - Qazax
    C-E 694 Gümrü - Naxçıvan - Meqri - ələt - Astara
    C-E 102 Moskva - Volqoqrad - Həştərxan - Maxaçkala - Bakı
    Layihənin texniki parametrləri
    Layihənin ümumi dəyəri
    420 mln. ABŞ dolları
    Türkiyə tərəfi
    Gürcüstan tərəfi
    Qars-Axalkalaki yolu xəttinin tikintisi (105 km)
    Tikintinin dəyəri
    220 mln. ABŞ dolları
    101 mln. ABŞ dolları
    Xəttin uzunluğu
    76 (75,9) km
    29 (28,9)km
    Xətt sayı
    bir
    bir
    Yol yatağının sayı
    iki
    iki
    Dartmanın növü (elektrovozların
    qəbul etdiyi gərginliyin növü)
    dəyişən elektrik cərəyanı ilə
    Layihədə maksimal sürət
    120 km/s
    120 km/s
    Relslərarası məsafə
    1435 mm
    1435 mm
    Şpalların tipi
    dəmir - beton
    dəmir - beton
    Magistral rabitə xətti
    optik-lifli
    optik-lifli
    Tunelin uzunluğu
    2250 m
    -
    Körpülərin sayı
    12
    -
    Stansiyaların sayı
    3
    1
    Axalkalaki-Marabda yolunun reabilitasiya-rekonstruksiyası (160 km)
    Reabilitasiya-rekonstruksiyasının dəyəri
    -
    99 mln. ABŞ dolları
    Qars-Axalkalaki hissəsinin inşası və Axalkalaki-Marabda hissəsinin reabilitasiya-rekonstruksiyası Beynəlxalq Dəmir Yolu İttifaqının (UIC) standartlarına uyğun həyata keçiriləcəkdir.
    Təkər cütlərin dəyişdirilməsi məntəqəsinin yaradılması Axalkalaki-yük stansiyasında nəzərdə tutulmuşdur.
    Yük daşımaları həcmi 5-ci istismar ilində 6 mln. ton, 10-cu istismar ilində isə 15 mln. ton və çox proqnozlaşdırılır.
    Layihənin inşası və reabilitasiya-rekonstruksiyası Azərbaycan və Türkiyə Respublikalarının maliyyə vəsaitləri hesabına həyata keçiriləcəkdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan BAKI-TBİLİSİ-QARS

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 937

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş