Zaur Sarıyev
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Sarıyev Zaur Rəşid oğlu 28 iyun 1974-cü ildə Şəmkir rayonunun Qaralar kəndində anadan olmuşdur. ilk təhsilini doğma kəndlərində alan Zaur, 1989-cu ildə onuncu sinfi bitirərək, Gəncə şəhər texniki peşə məktəbində elektrik - qaynaqçı peşəsinə yiyələnir.
1993-cü ildə Milli Ordu sıralarına çağırılır. Qusar rayonunda hərbi təlim keçərək, döyüş bölgəsinə yola düşür. Döyüş yolu Tərtərdən başlayan Zaur sonralar Füzuli, Ağdam, Kəlbəcər, Murovdağa qədər gəlib çıxır.
1994-cü ildə Murovdağ istiqamətində kəşfiyyata çıxmaq əmri alır. Mühasirəyə düşməsinə baxmayaraq, cəsurluğu nəticəsində 13 gündən sonra mühasirədən azad olur. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıdır. 776 saylı hərbi hissədə xidmət etməli olur.
1995-ci il mart ayında dövlət çevirilişinə cəhdin qarşısını almaq məqsədi ilə silahllalıra qarşısı almaq məqsədilə qiyamçıların qarşısına çıxır. Silahlı dəstə ilə üz - üzə gələn Zaur qəhrəmancasına həlak olur.
Subay idi.
Şəmkir rayonunun Şəhidlər xiyabında dəfn edilmişdir.