Kullanıcı Tag Listesi

Zaur Sarıyev Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Sarıyev Zaur Rəşid oğlu 28 iyun 1974-cü ildə Şəmkir rayonunun Qaralar kəndində anadan olmuşdur. ilk təhsilini doğma kəndlərində alan Zaur, 1989-cu ildə onuncu sinfi bitirərək, Gəncə şəhər texniki peşə məktəbində elektrik - qaynaqçı peşəsinə yiyələnir. 1993-cü ildə Milli Ordu sıralarına

Bu konu 1121 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Zaur Sarıyev 1121 Reviews

    Konuyu değerlendir: Hərb işi - Zaur Sarıyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1121 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    133
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Zaur Sarıyev

    Zaur Sarıyev


    Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Sarıyev Zaur Rəşid oğlu 28 iyun 1974-cü ildə Şəmkir rayonunun Qaralar kəndində anadan olmuşdur. ilk təhsilini doğma kəndlərində alan Zaur, 1989-cu ildə onuncu sinfi bitirərək, Gəncə şəhər texniki peşə məktəbində elektrik - qaynaqçı peşəsinə yiyələnir.

    1993-cü ildə Milli Ordu sıralarına çağırılır. Qusar rayonunda hərbi təlim keçərək, döyüş bölgəsinə yola düşür. Döyüş yolu Tərtərdən başlayan Zaur sonralar Füzuli, Ağdam, Kəlbəcər, Murovdağa qədər gəlib çıxır.

    1994-cü ildə Murovdağ istiqamətində kəşfiyyata çıxmaq əmri alır. Mühasirəyə düşməsinə baxmayaraq, cəsurluğu nəticəsində 13 gündən sonra mühasirədən azad olur. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıdır. 776 saylı hərbi hissədə xidmət etməli olur.

    1995-ci il mart ayında dövlət çevirilişinə cəhdin qarşısını almaq məqsədi ilə silahllalıra qarşısı almaq məqsədilə qiyamçıların qarşısına çıxır. Silahlı dəstə ilə üz - üzə gələn Zaur qəhrəmancasına həlak olur.

    Subay idi.

    Şəmkir rayonunun Şəhidlər xiyabında dəfn edilmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Zaur Sarıyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1121


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş