alya Qasımova Azərbaycan Jurnalistlər Birliyinin üzvü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalını yerlə-yeksan etdi. Uşaqlara, qadınlara, nə də qocalara **an verilmədi. Torpağın bağrı qan oldu. 1000-dən çox mülki insan həlak oldu, yüzlərlə qız-gəlin, uşaq girov aparıldı, evlər talan olub yandırıldı. Dirilərin ölülərə həsəd apardığı o qanlı gecənin faciəsini dünya çox gec eşitdi. İndi o vaxtdan 19 il

Bu konu 1373 kez görüntülendi 0 yorum aldı ...
Dövlətçilik tariximizin qanlı səhifəsi: XOCALI 1373 Reviews

    Konuyu değerlendir: Dövlətçilik tariximizin qanlı səhifəsi: XOCALI

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1373 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Dövlətçilik tariximizin qanlı səhifəsi: XOCALI

    alya Qasımova

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü


    1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalını yerlə-yeksan etdi. Uşaqlara, qadınlara, nə də qocalara **an verilmədi. Torpağın bağrı qan oldu. 1000-dən çox mülki insan həlak oldu, yüzlərlə qız-gəlin, uşaq girov aparıldı, evlər talan olub yandırıldı. Dirilərin ölülərə həsəd apardığı o qanlı gecənin faciəsini dünya çox gec eşitdi.

    İndi o vaxtdan 19 il keçib. **ma yaralarımız sağalmır. Ad**ların yurd sevgisi səngimir. Torpaq sevgisi, Vətən məhəbbəti sönmür... O günlər bir qrup jurnalist ilə Gəncəyə pənah gətirən xocalıların ziyarətinə getmişdik. Ad**ları necə görmüşdümsə, yaddaşımda elə də həkk olunublar. İndi üz-üzə gəlsək, yəqin bir-birimizi tanımarıq. **ma onlar yenə mənə əzizdirlər, yenə mənim qəhrəmanlarımdır. "Gəncənin səsi", "Yeni S**ux" və "Səhər" qəzetlərində dərc olunmuş yazılarımı xülasə şəklində yenidən çapa hazırl**aqda istəyim tarixin yaddaşını o günlərin faciəsi ilə bir daha təzələməkdir. Nə qədər torpaqlarımızın həsrətini çəkəcəyik, bir o qədər də yaddaşlarımızı təzələyəcəyik.

    ...Gəncədəki 9 saylı peşə məktəbinin yataqxanasında Xocalı və Kərkicahandan didərgin düşmüş 24 ailə yerləşdirilib. Şəhər sakinləri onlara hər cür maddi və mənəvi yardım göstərirlər. **ma bu ad**ların gözlərinə heç nə görünmür. Nə bayr**, nə hədiyyələr... Onlara bunların heç biri gərək deyil. H**ı nəyinsə, kiminsə intizarındadır. Yollara baxa-baxa, gözləri yol çəkə-çəkə hissiz, duyğusuz heykəllər kimi yataqxananın həyətində dayanıblar. Bir-biri ilə də danışmırlar. Sanki danışsalar, yurd yerlərini, doğmalarını itirdiklərini dilə gətirib yenidən o günlərə qayıtmaq ağrısını yaşayacaqlar.

    Onlara suallar yağdırır, baş verənləri soruşuruq. Sanki başqalarının faciəsini danışırlar bizə. Zülmün, dərdin böyüklüyü, bir də o fevral gününün şaxtası elə bil dondurub ürəklərini. Göz yaşları quruyub. Baxışları ad**ların başı üzərindən harayasa uzaqlara dikilib. İllərlə tikib qurduqları ev-eşik, həyət-baca, bəslədikləri mal-qara, istisinə qızındıqları yurd, son dəfə qanrılıb baxmağa macal tapmadıqları Vətən həsrəti hopub gözlərinin giləsinə. Gözlərinin didəsi olan yurd yerləri murdar əllərə keçib. **ma... Bir ümid də boylanır bu baxışlardan. Bu ümid yenə Vətəndir. İnşallah, yenidən qovuşacaqlar o qədim, köhnə yurd yerlərinə!..

    Gənc ər-arvad - Allahverdiyevlər hərəsi bir körpəsini bağrına basıb səssiz-səmirsiz yollara dikiblər gözlərini. Ailəni "bütöv" görüb sevindim:

    - Deyəsən, siz yaxşı qurtarmısınız. Ailəlikcə buradasınız.

    Qəfil bir ah qopdu qardaş bağrından:

    - Hardan yaxşı qurtarmışıq?!. İki bacımı güllələdilər n**ərdlər...

    8 yaşlı Leyla Allahverdiyeva artıq jurnalistlərə müsahibə verməyə alışıb:

    - Xocalıdan qaçırdıq... Bibim mənim əlimdən tutmuşdu. Birdən ermənilər onu vurdular. Bibim dedi: - Sən qaç, anana çat. Mən daha ölürəm... Mən də qaçıb an**ın əlindən yapışdım...

    Həmin gün Leyla 27 və 29 yaşlı iki bibisini itirdi. Biri cəmi altı ayın gəlini idi.

    Gözəl Allahverdiyeva nə qədər çətin olsa da, o mənhus günü yenidən yaşayır:

    - Atışma başlayan kimi başa düşdük ki, Xocalının son məq**ıdır. İnsan fəlakəti duyur. **ma onun bu qəddarlıqda olacağını heç gözləmirdik. 4 yaşlı oğlumu qoltuğuma vurdum və səsi çıxmasın deyə başımdan yaylığımı açıb ağzını bərk-bərk bağladım. Bir milis əməkdaşı bizi qoruyurdu. Qarışıqlıqda dedi ki, yerə yatıb ilan kimi sürünün. Biz də elə edirdik. **ma Naxçıvanikə çatanda baldızlarımı vurdular. Ağır dərd odur ki, onlara kömək göstərə bilmədik. Meyitlərini gətirə bilmədik. Vahimə içindəydik. Zülüm-müsibətlə özümüzü Ağd** yoluna saldıq.

    İllər keçəcək. Xocalı sakini Sevil Məmmədova öz qırxlı körpəsinin - indi belə məhəbbətlə bağrına basdığı oğlunun boyunu hər oxşayanda onu büküb kolun dibinə qoyduğu anları yenidən yaşayacaq. Dinc vaxtı n**us, ya övlad tərəzisi ortaya qoyulsaydı, əlini hansı gözə uzadardı görən?!. **ma o gün bu sual heç yadına da düşmədi. Erməni quldurların əlinə keçməmək üçün daşıya bilmədiyi "yükü" - oğlunu büküb kolun dibinə qoydu...Allah mərhəmətliymiş. Arxadan gələn gənclərdən biri uşağı bağrına basıb gətirmiş, anaya qaytarmışdı.

    Heç nə, heç bir şey insana öz doğma evini, elini, obasını əvəz edə bilməz. Burada - atəş səslərindən yüz kilometrlərlə uzaqlarda rahatlıq tapmaq çətindir. Yaşayış tərzi dəyişib. Əli daim torpaqda olan insanlar bu gün şəhər mühitinə necə öyrəşsinlər, dörd divar arasında necə yaşasınlar? Arxada qalan günlərin hər anı kədər dolu, irəlidəki günlərin sonu görünmür...

    Burada heç nə ilə təsəlli tapmaq mümkün deyil. Kiminin oğlu, kiminin qızı, gəlini, sevgilisi, anası... düşmən gülləsinə tuş olub. Görünməmiş vəhşiliklə öldürülüb. Talelər yarımçıq qalıb, yurd tapdanıb. Bizi bir gənclə tanış etdilər. Dedilər, o, bir ailənin yeganə yadigarıdır. Faşist erməni quldurları h**ısını güllələyiblər.

    Xocalıdan qaçqın düşmüş Rauf Qəmbərovla üzbəüz oturmuşuq. Danış demək, hələ təzə olan yarasının qaysağını qoparmaq da ağırdır, onu dinləmək, təsəlliverici sözlər söyləmək də. Lakin bu, ayrı-ayrı ad**ların yox, bütün Azərbaycan xalqının faciəsidir. Xocalının sərhədlərini keçib bütöv bir xalqın tarixinə çevrilən z**an anıdır və gələcək nəsillər bunu bilməlidirlər.

    Rauf danışır ki, fevralın 25-i günü o keşik çəkirmiş. Əslində 4 il idi ki, keşikdə, yaxud keşikdə olmasalar belə, qulağı səsdə, ürəyi səksəkədə idilər. Düşmən hücuma keçəndə kəndin "sipərləri" az qüvvə ilə çox az tab gətirə biliblər. 366-cı bədn** rus alayının qarşısında dayanmaq çətin idi. Hər yan od tutub yanırdı. Vahimə içərisində vurnuxan ad**lar başlarını itirmişdilər. Bu şəraitdə əsəbləri möhkəm ad**lar belə, dəli olmaq dərəcəsinə gələrdi. Rauf özünü evə çatdıranda gördüklərindən dəhşətə gəlib. Qorxusundan zirzəmidə gizlənən ailə üzvlərinin h**ısı al-qan içində idi. Başını itirmiş atası cəsədlər arasında dolaşır, onları sürüyüb həyətə yığırdı. Qardaşı Zəfər və həyat yoldaşı, onların iki balası, anası Validə... Ölülərin yarımaçıq gözlərində dəhşət donmuşdu. Rauf başa düşmürdü ki, atası onların meyitlərini nə üçün həyətə daşıyır. Bəlkə də özünü itirib nə edəcəyini bilmirdi kişi. Onu birtəhər dilə tutdu ki, burada qalmaq təhlükəlidir. Ad**lara qoşulub qaçmaq lazımdır... **ma çox uzaqlaşa bilmədilər. Atasını da vurdular. Tənha qaldı Rauf. T**** tək qaldı. İtkin düşən qardaşı Nadir sarıdan da indi ümidi tükənib. Sağ qalanlar arasında yoxdur Nadir...

    O susub. Təsəlli üçün söz tapmaq çətindir. Heç bu barədə düşünmürəm də. Deyəcəyim heç bir söz bu yaraya məlhəm ola bilməyəcək. Yalnız z**an - ayları, illəri öz çarxına dolaya-dolaya ötüb keçən z**an örtə bilər o yaraların üstünü. Qüdrəti çatacaqmı?!.

    İndi Xocalı faciəsi "Xocalının səsi" qəzetinin qara rəngə boyanmış nömrələrində yaşayır. Ona ilk yardım əlini uzadan Bakıda çıxan "Səhər" qəzeti oldu. Onun kağız fondu və vəsaiti hesabına qəzetin Bakıda bir neçə sayı işıq üzü gördü və oxuculara pulsuz paylandı. Sonra Gəncə ziyalıları, qələm ad**ları dayaq oldu qəzetə. Şəhər mətbəəsinin kollektivi, "Novosti Qyandji" və "Gəncənin səsi" qəzetləri xocalılı qələm yoldaşlarına hər cür kömək göstərdilər.

    Bu müsibəti xalqın qan yaddaşına çevirmək üçün "Yeni S**ux" qəzetinin kollektivi də "Xocalının səsi"nə öz səhifələrində yer ayırdı. Qaçqın qəzetin redaktoru Sərdar Mehdiyev deyirdi: "Xocalının səsi" susmayacaq. Didərgin qəzet öz didərgin oxucuları ilə birgə qayıdacaq doğma yurda.

    Gəncə hərbi hospitalında müalicə olunan Zakir Vəliyev qollarını başının arxasına daraqlayıb, gözünü məchul bir nöqtəyə dikib. Düşmən Xocalıya hücuma keçəndə postda keşik çəkirmiş. 4 saat müqavimət göstərib. Yaralanıb. Ermənilərin şəhəri tutub evləri yandırdığını görəndə birtəhər özünü əzizlərinin yanına çatdırıb. Həyat yoldaşı Nazilənin 5 yaşlı oğlu Ağasifi, yaşyarımlıq qızı Güldanəni ***ürüb qonşularla birlikdə qaçdığını görüb, yenidən döyüşə qayıdıb ki, qabağı saxl**aqla qaçanlara imkan yaratsın. O görüş son görüş olub. 60 nəfərlik dəstə ilə əsir düşüb.

    Əsgəranda 18 gün dünyanın bütün əzablarını birdən çəkib. Ermənilər hər gün əsirləri döyüb, ağızlarına torpaq doldurublar: - "Yeyin", - deyiblər. - "Bu torpaq uğrunda vuruşursunuz". Hər gün Milli Ordu geyimində olanlardan 4-5-ni seçib güllələyir, başını kəsir, meyitlərini sağ qalanlara daşıdırdılar. Meyitlərin qızıl dişlərini çıxarır, qol saatlarını, pulları, gözə gəlimli geyimləri, ayaqqabıları ***ürürdülər. Erməni faşistləri 10-15 nəfəri top kimi bir-birinə ötürüb döyüb öldürürdülər. Axırda 14 nəfər sağ qalmışdı.

    - Sağaldıqdan sonra haraya gedəcəksiniz? Ev yox, ailədən soraq yox...

    - Qayıdacağ** və düşməndən intiq** alacağ**. Xocalıda yurdum qalıb. Yoldaşımın, balalarımın ruhu qalıb. Onu heç kəsə verməyəcəyəm!..

    P.S. Təxminən on il əvvəl Gəncədə məskunlaşmış və çoxdan görüşmədiyim Qasım Qırxqızlı ilə rastlaşdım. O, köçkün qəzetdə, "Xocalının səsi"ndə işləyirdi. Çox dəyişmişdi. Sınıxmışdı. Əhvalını soruşdum. Kədərlə həyat yoldaşının vəfat etdiyini bildirdi: Onu taxta yeşikdə dəfn etdim - dedi - Xocalıya qayıdanda aparmaq asan olsun deyə...


    Hüquq və Azadlıq qəzeti, №04 (137), 25.02.2012


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Dövlətçilik tariximizin qanlı səhifəsi: XOCALI

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1373

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş