Rövşən Rzayev Azərbaycan Respublikası prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə kapitan Rzayev Rövşən Abdulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Rzayev Rövşən Abdulla oğlu 15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. 1986-cı ildə 253 saylı orta məktəbi bitirərək, Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1991-ci ildə təhsilini başa vuraraq Orta Asiyaya və Qazaxıstana təyinat

Bu konu 2127 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Rövşən Rzayev 2127 Reviews

    Konuyu değerlendir: Hərb işi - Rövşən Rzayev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2127 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Rövşən Rzayev

    Rövşən Rzayev


    Azərbaycan Respublikası prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə kapitan Rzayev Rövşən Abdulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Rzayev Rövşən Abdulla oğlu 15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur.

    1986-cı ildə 253 saylı orta məktəbi bitirərək, Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1991-ci ildə təhsilini başa vuraraq Orta Asiyaya və Qazaxıstana təyinat almış, daxili qoşunların tərkibində taqım komandiri kimi fəaliyyətə başlamışdır.

    1992-ci ildə Bakıya qayıdır və 6500 saylı mühafizə alayına komandir təyin edilir. R. Rzayev Ağdam rayonunun Papravənd, Pircamal, Aranzəmin, Şelli, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirir. Qəhrəmanlığına görə Rövşən 1993-cü ildə ədliyyə Nazirliyinin hərbi hissəsinin qərargah rəisi təyin edilir.

    1994-cü ildə isə vaxtilə xidmət etdiyi alayın 4-cü taborunda qərargah rəisi olur. 1996-cı ildə isə ədliyyə Nazirliyi məhkəmə Qərarlarının Baş İdarəsinin mühafizə alayında qərargah rəisi vəzifəsinə təyin edilir. Son zamanlar isə Qobustan həbsxanasında mühafizə bölüyünün komandiri olmuşdur.

    8 yanvar 1999- cu ildə məhbus qiyamının yatırılmasında iştirak edərək, yaralı əsgərlərə xidməti zamanı qəhrəmancasına həlak olub.

    Ailəli idi. İki övladı var.

    Sahil qəsəbəsində dəfn edilmişdir.

    Sahil qəsəbəsində adına park var. Həmin parkda büstü qoyulmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Rövşən Rzayev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2127


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş