Vəzir Orucov Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Orucov Vəzir Surxay oğlu 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdur. 1975-ci ildə hərbi xidmətə çağırılmış, 1977-ci ildə ordudan tərxis olunaraq,

Bu konu 1347 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Vəzir Orucov 1347 Reviews

    Konuyu değerlendir: Hərb işi - Vəzir Orucov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1347 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Vəzir Orucov

    Vəzir Orucov


    Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Orucov Vəzir Surxay oğlu 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdur.

    1975-ci ildə hərbi xidmətə çağırılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüşdür. 1992-ci ildə vətənə qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdur. Sıravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinə yüksəlmişdir.

    V. Orucov Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşdə şücaət göstərmişdir. Düşmənin bir çox planını puç edərək, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralanmışdı. Müalicə olunaraq yenidən cəbhəyə qayıdır.

    22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur.

    Ailəli idi. Bir oğlu yadigar qalıb.

    Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Vəzir Orucov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1347


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş