Kullanıcı Tag Listesi

Zahid Oruc MİLLİ MARAQLARA QəTİYYəTLİ YANAŞMA RəSMİ BAKININ PRİNSİPİAL Və QəTİYYəTLİ MÖVQEYİ SAYəSİNDə İŞĞALÇI ERMəNİSTAN «GEOSİYASİ DALANA» DİRəNİB Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi, qlobal enerji-kommunikasiya layihələrini ciddi şəkildə təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və xalqımızın mənafeyinə uyğun həlli rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdəndir. Münaqişənin həlli ilə bağlı ulu öndərimiz Heydər

Bu konu 618 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan Zahid Oruc MİLLİ MARAQLARA QəTİYYəTLİ 618 Reviews

    Konuyu değerlendir: Azerbaycan Zahid Oruc MİLLİ MARAQLARA QəTİYYəTLİ

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 618 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan Zahid Oruc MİLLİ MARAQLARA QəTİYYəTLİ

    Zahid Oruc
    MİLLİ MARAQLARA QəTİYYəTLİ YANAŞMA RəSMİ BAKININ PRİNSİPİAL Və QəTİYYəTLİ MÖVQEYİ SAYəSİNDə İŞĞALÇI ERMəNİSTAN «GEOSİYASİ DALANA» DİRəNİB


    Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi, qlobal enerji-kommunikasiya layihələrini ciddi şəkildə təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və xalqımızın mənafeyinə uyğun həlli rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdəndir.
    Münaqişənin həlli ilə bağlı ulu öndərimiz Heydər əliyevin beynəlxalq hüquq normalarına əsaslanmaqla müəyyənləşdirdiyi prinsiplərdən çıxış edən dövlət başçısı cənab İlham əliyev yeni siyasi mexanizmlərin tətbiqi yolu ilə prosesi Azərbaycanın milli maraqlarına uyğun irəliyə aparmağa müvəffəq olmuşdur. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin müzakirəsinə həsr olunmuş son müşavirədə də Prezident İlham əliyev münaqişənin həlli ilə bağlı aparılan danışıqlara bir daha aydınlıq gətirmiş, müəyyən qərəzli qüvvələrin əsassız fərziyələrinə birdəfəlik son qoymuşdur. Dövlət başçısının dərin məzmunlu çıxışı növbəti dəfə təsdiqləmişdir ki, danışıqlar prosesi məhz Azərbaycanın milli maraqlarına cavab verən prinsiplər çərçivəsində aparılır.
    Rəsmi Bakı real situasiyanı düzgün dəyərləndirərək, münaqişənin həlli prosesinə təsir amillərini gücləndirmək siyasətinə üstünlük verir. Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylərin güclənməsi, ATəT-in Minsk Qrupu səviyyəsində danışıqların konkret həll formatında aparılması rəsmi Bakının mühüm siyasi-psixoloji üstünlüyü kimi diqqəti çəkir. Cənab İlham əliyev münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini mümkün saydığını, sülh danışıqlarının da yalnız bu formatda aparıla biləcəyini qətiyyətlə vurğulayaraq aydın və qətiyyətli mövqe ortaya qoymuşdur. "Bizim tələbimiz ondan ibarətdir ki, işğal olunmuş bütün torpaqlar heç bir şərt qoyulmadan azad olunmalıdır. Düzdür, əvvəlki mərhələlərdə təkliflər ondan ibarət idi ki, 5 rayon azad olunsun, Kəlbəcər və Laçın rayonları qalsın, gələcək danışıqların mövzusuna çevrilsin. Biz buna heç vaxt razılıq verməmişik. Çünki biz heç vaxt imkan verə bilmərik ki, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması hansısa şərtlərlə uyğunlaşdırılsın. Ona görə danışıqların indiki mərhələsində ümumi razılaşma var ki, 7 rayon işğalçı qüvvələrdən təmizlənir, Azərbaycana qaytarılır. əlbəttə, biz başa düşürük ki, bunu mərhələli yolla edə bilərik, amma bu mərhələ çox uzana bilməz" - deyən Prezident İlham əliyev Ermənistanla aparılan danışıqların nəticə verməyəcəyi təqdirdə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün digər zəruri vasitələrdən, konkret desək, hərb yolundan istifadə olunması məsələsinin müzakirəyə çıxarılacağını açıq bəyan etmişdir. Bu qətiyyətli bəyanatı ilə Prezident İlham əliyev Azərbaycandan güzəşt umanlara sərt mesaj ünvanlamış, xalqın heç zaman ərazi itkisi ilə barışmayacağını bir daha izhar etdirmişdir.
    Prezident İlham əliyevin dəfələrlə bildirdiyi kimi, təcavüzkar ölkə Azərbaycanın çox güclü, mobil və peşəkar orduya malik olduğunu aşkar duymalı və bu, psixoloji təsir amili aparılan danışıqların pozitiv məcrada getməsini təmin etməlidir. Azərbaycan haqlı mövqeyini bundan sonra da müxtəlif beynəlxalq təşkilatlarda müdafiə etmək, Ermənistanın təcavüzkar siyasətinin daha qlobal miqyasda ifşasına

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    olmaq, ideoloji-təbliğati sahədə psixoloji üstünlüyü ələ almaq üçün diplomatik fəaliyyətini davam etdirməlidir. Prezident İlham əliyevin münaqişənin həlli istiqamətində yeritdiyi siyasətin əsas mahiyyəti yenə də Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından əsassızlığını sübuta yetirmək, təcavüzkar ölkəni Cənubi Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etmək, ən nəhayət, Azərbaycanın iqtisadi-hərbi qüdrətini artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməkdən ibarət olmuşdur.
    Dövlət başçısı İlham əliyev münaqişənin hərb yolu ilə həlli variantının aktuallaşa biləcəyini istisna etməmişdir: "Hərbi sahədə biz tam hazırıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Bundan sonra da hazırlaşacağıq, hərbi qüdrətimizi daha da artıracağıq və elə edəcəyik ki, bizim ordumuz Ermənistanın ordusundan on dəfə güclü olsun. Bu vəzifə qoyulub və biz buna nail olacağıq. Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik. Vaxtilə mən deyəndə ki, bizim hərbi xərclərimiz bir milyard dollar olacaq, bəziləri buna inanmırdı. Amma indi bu reallıqdır və bu da son hədd deyildir. Biz həm peşəkarlığı artırırıq, hazırlığı artırırıq, həm də maddi-texniki bazanı artırırıq və hazırlaşırıq".
    Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, respublikamızın hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ermənistan rəsmilərinin ictimai rəyə hesablanmış ənənəvi və populist bəyanatlarına rəğmən, son 5 ildə təcavüzkar dövlətin mövqeyində nəzərəçarpan diplomatik geriləmələr müşahidə edilmişdir. Rəsmi Yerevan 2004-2008-ci illərdə ciddi diplomatik təpkilər qarşısında münaqişənin mərhələli həlli ilə bağlı müzakirələrə qatılmağa məcbur olmuşdur. Təcavüzkar dövlətin "Praqa prosesi", yəni, "mərhələli həll" modeli ətrafında danışıqları davam etdirməsi rəsmi Bakının mühüm diplomatik nailliyyətlərindən biri kimi qiymətləndirilir. Azərbaycanın hər zaman israr etdiyi yanaşma - məsələnin mərhələli həlli prinsipi ATəT-in Minsk Qrupu tərəfindən dəstəklənir və danışıqları aparan tərəflər - Ermənistan və Azərbaycan bu prosesin iştirakçılarıdırlar. Prezident İlham əliyev həmsədrlərin iştirakı ilə keçirilən danışıqların ərazi bütövlüyü prinsipi çərçivəsində aparılmasını da haqlı olaraq Azərbaycanın mühüm uğuru kimi dəyərləndirir.
    Azərbaycan Prezidenti münaqişənin həlli prinsipləri ilə bağlı prinsipial mövqeyini bir daha ortaya qoyaraq Dağlıq Qarabağ ermənilərinin "öz müqəddəratını təyin etməsi" iddiasının tamamilə cəfəng və reallığa adekvat olmadığını vurğulamışdır. SSRİ dağıldıqdan sonra separatizm postsovet məkanında inanılmaz dərəcədə siyasətin aparıcı amilinə çevrilmiş, bəzi hallarda hətta "milli-azadlıq hərəkatı" kimi qondarma və saxta məzmun almışdır. Reallıqda isə bu münaqişələrin kökündə millətlərin öz müqəddəratını təyin etməsi arzusu deyil, ərazi ilhaqı, təcavüzkarlıq niyyəti dayanır. əlbəttə, milli özünütəyin - öz müqəddəratını təyinetmə prinsipi hər bir xalqın beynəlxalq hüquqda təsbit olunmuş müstəsna hüququdur və Azərbaycan dövləti bu hüquqa hörmətlə yanaşır. Lakin beynəlxalq normalara görə, müstəqil dövləti olmayan xalqlar müəyyən hüquqi çərçivədə öz müqəddəratını təyin etmək iddiası ilə çıxış edə bilərlər. Erməni xalqının isə müstəqil dövləti var və bu baxımdan, Dağlıq Qarabağdakı separatçı erməni rejiminin belə bir iddia ilə çıxış etməsinin hüquqi və siyasi əsasları yoxdur: "Azərbaycan ikinci erməni dövlətinin yaradılmasına heç vaxt razılıq verməyəcəkdir. Dağlıq Qarabağda yaşayan insanlara, ermənilərə və oraya qayıdacaq azərbaycanlılara yüksək özünüidarə statusu verilə bilər. Bu barədə də danışıqlar zamanı bütün mərhələlərdə - 1990-cı illərdə, indiki zəmanədə dəfələrlə Azərbaycan rəhbərliyi öz sözünü demişdir. Dünyada və Avropada olan ən yüksək muxtariyyət statusu öyrənilə bilər, - daha doğrusu, biz bunu bilirik və tətbiq oluna bilər. əgər belə bir razılaşma variantı olarsa, əlbəttə ki, biz buna hazırıq, biz buna gedəcəyik və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, eyni zamanda, nəhayət, bölgədə sülh yaranacaq və iki ölkə arasında gələcəkdə münasibətlər normallaşa bilər".
    Müasir dövrdə iqtisadi maraqların daha üstün mövqelərə çıxdığını nəzərə alsaq, münaqişənin həllində hansı tərəfin daha böyük təsir imkanlarına malik olduğunu anlamaq çətin deyil. Üstəlik, Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan vermişdir. Dövlət başçısı ölkəmizin hərbi potensialının daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət mərkəzində saxlamışdır. Azərbaycanın 2008-ci ilin dövlət büdcəsində ən böyük vəsait də məhz Azərbaycan ordusu üçün nəzərdə tutulmuş, Prezident İlham əliyevin vəd etdiyi kimi, ölkəmizin təkcə hərbi büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsinə çatmışdır. Bütün bunlar isə 2008-ci ilə münaqişənin həlli ilə bağlı danışıqların Azərbaycanın maraqlarına uyğun keçməsini şərtləndirən mühüm amillərdir.
    Prezident İlham əliyevin dövlətimizin milli maraq və mənafelərini yüksək səviyyədə təmin etməsi, həmçinin Azərbaycanın sürətli inkişafı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə edilməsinə, problemin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinə böyük inam yaradır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Zahid Oruc MİLLİ MARAQLARA QəTİYYəTLİ

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 618

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş