Kullanıcı Tag Listesi

Vəfa Quliyeva Ermənilərin Azərbaycan xalqının maddi mədəniyyətinə qarşı apardığı genosid siyasəti. Ermənilərin Azərbaycana qarşı apardığı bu təcavüzkar siyasətin tarixçəsi var. Rus imperiyası XIX əsrdə Azərbaycanı işğal etdikdən sonra Cənubi Qafqazı xristianlaşdırmaq məqsədi ilə Azərbaycan torpaqlarına erməniləri kütləvi surətdə köçürməyə başladı. Köçürülən ermənilər əsasən İrəvan quberniyası, Qarabağ ərazilərində məskunlaşdırılırdılar. Bu siyasətin nəticəsində Azərbaycan torpaqlarında

Bu konu 660 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan Vəfa Quliyeva Ermənilərin Azərbaycan xalqının maddi mədəniyyətinə qarşı ap 660 Reviews

    Konuyu değerlendir: Azerbaycan Vəfa Quliyeva Ermənilərin Azərbaycan xalqının maddi mədəniyyətinə qarşı ap

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 660 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan Vəfa Quliyeva Ermənilərin Azərbaycan xalqının maddi mədəniyyətinə qarşı ap

    Vəfa Quliyeva
    Ermənilərin Azərbaycan xalqının maddi mədəniyyətinə qarşı apardığı genosid siyasəti.



    Ermənilərin Azərbaycana qarşı apardığı bu təcavüzkar siyasətin tarixçəsi var. Rus imperiyası XIX əsrdə Azərbaycanı işğal etdikdən sonra Cənubi Qafqazı xristianlaşdırmaq məqsədi ilə Azərbaycan torpaqlarına erməniləri kütləvi surətdə köçürməyə başladı. Köçürülən ermənilər əsasən İrəvan quberniyası, Qarabağ ərazilərində məskunlaşdırılırdılar. Bu siyasətin nəticəsində Azərbaycan torpaqlarında erməni vilayəti yaradıldı. Tarixin müxtəlif mərhələlərində ermənilər addım-addım Azərbaycan torpaqlarını zəbt edib, tarixi abidələrini məhv edir və ya erməniləşdirir, yer adlarını dəyişdirirdilər. Bu səbəbsiz deyildi. Məlumdur ki, müəyyən etnosun bu və ya digər coğrafi məkanda təşəkkül tapmasının əsas sübutları maddi-mədəniyyət abidələri və toponimlərdir. Bunları erməniləşdirməklə ermənilər bu torpaqlardan bizim izimizi itirməyə çalışırlar. Ona görə bizim ən ümdə vəzifəmiz tarixin yaddaşları qorumaq və ermənilərin bu siyasətini dünya ictimaiyyəti qarşısında ifşa etməkdən ibarətdir.
    Məlumdur ki, Sovet Rusiyası 1920-ci ildə Azərbaycan torpaqlarında ermənilərə ilk dövlət yaratdı. XX əsrin 40-ci illərində rus-sovet tarixçiləri Cənubi Qafqazın tarixi konsepsiyasını işlədilər. Bu konsepsiyaya əsasən ermənilərin reqionda qədim tarixə malik olan yerli, köklü əhali olduğunu «sübuta yetirdilər». Faktiki olaraq Azərbaycan tarixi saxtalaşdırılaraq erməni tarixi kimi təqdim olundu. Azərbaycan tarixçiləri müəyyən obyektiv səbəblərdən bu konsepsiyadan kənara çıxa bilmirdilər. Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan tarixçiləri bir sıra konseptual məsələlərə yeni prizmadan yanaşdılar. Zəngin mənbələrə əsaslanaraq müəyyən edildi ki, ermənilər heç bir tarixi dövrdə Cənubi Qafqazda dövlətçilik ənənəsinə malik deyildirlər. Yəni heç bir tarixi dövrdə ermənilərin Qafqazda dövləti olmayıb. İlk erməni dövləti 1920-ci ildə bolşeviklər tərəfindən Azərbaycan torpaqlarında yaradılıb.
    Bu gün Qarabağda yerləşən abidələr də kütləvi surətdə ermənilər tərəfindən dağıdılır və erməniləşdirilir. Azərbaycanın 20% torpağının işğalını onunla əsaslandırırlar ki, bu torpaqlar ermənilərin tarixi əraziləridir və buna da onların haqqı var. Dağlığ Qarabağ və ətraf ərazilərdə yerləşən alban-xristian abidələri ermənilər tərəfindən mənimsənilir və erməni mədəniyyət abidələri elan edilir. Bu haqda rus, erməni, avropa dillərində «əsərlər» çap olunur. Bunlardan Samvel Karapetyanın «Dağlığ Qarabağ ərazisində erməni mədəniyyət abidələri» və Şaqen Mkrtçyanın «Artsaxın xəzinəsi» əsəprlərini qeyd etmək lazımdır. Bu kitablar bir neçə dildə, 2000-ci ildə nəşr olunub. Burada Dağlığ Qarabağda yerləşən alban abidələri erməniləşdirilir, Azərbaycan yer adları sadəcə olaraq erməni dilinə tərcümə olunur və müəlliflər bu arqumentlərə əsaslanaraq sübut etməyə çalışırlar ki, bu ərazilər ermənilərin tarixi əraziləridir və 1830-cu illərə qədər burada ancaq ermənilər yaşayıb.
    Lakin qeyd olunan ərazidə, yaxın zamanlara qədər həm Dağlığ Qarabağ ərazisində, həm də ona sərhəd və ermənilər tərəfindən hal-hazırda işğal olunmuş zonada külli miqdarda xanəgahlar, türbələr, pirlər, monumental tikililər, orta əsr qəbristanlıqları, məsçidlər və s. müsəlman abidələri mövcud idi. Artıq uzun müddətdir ki, biz bu ərazilərə nəzarət edə bilmirik və bu abidələrin indiki vəziyyətindən xəbərimiz yoxdur.
    Bu abidələrin üzərində olan yazılar memarların, alimlərin, xəttatların, nəqqaşların, sufi şeyxlərinin, Azərbaycanda memarlıq məktəblərinin banilərinin adlarını aşkarlayır.
    Həkəri çayının hövzəsində yerləşən bir sıra türbələr öz memarlıq-konstruktiv formasına görə seçilir. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən Yəhya bin Məhəmməd türbəsi, Cəbrayıl rayonunun Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi diqqəti cəlb edir. Türbənin ətrafında orta əsr qəbristanlığı yerləşir. Türbədən bir qədər aralı Şeyxzadə Şeyx abd as-Salam bin Şeyx Qiyas əd-Dinin (1358-ci il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının məzarları üzərində baş daşları var idi. Yazıların mətninə, paleoqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıx Baba xanəgahının Qədiriyyə sufi cəmiyyətinə aid olduğu müəyyənləşdirilmiş və fəaliyyət dövrü XII-XIV əsrlərə aid edilmişdir.
    Bu ərazilərdə XIV-XIX əsrlərə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbir daşları ərəb-fars-azərbaycandilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyat, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnoqenez məsələlərinə aydınlıq gətirməklə, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.
    Azərbaycanın Laçın rayonunun Malıbəyli kəndində aşkarlanmış üç at heykəlli qəbir daşında (XVI-XVII əsrlər) və Armazisxevidə yerləşən (XIV əsr) at heykəlli abidənin bud tərəfində həkk olunmuş Oğuz türk tayfalarına məxsus tamqalar üfüqi və bir şaquli xətt çox maraqlıdır. Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən Cənubi Qafqazda azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış qədim türk tayfalarının məskunlaşmasını müəyyən etmək olur.
    Laçın rayonunun Malıbəyli, Güləbird kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın təsvirləri var. Məlumdur ki, qədim türk xalqlarının tanrısı Humay quşu idi. Bunun abidələrin üzərində təsvir olunması, guman ki, abidələri dağılmadan qoruma məqsədi daşıyırdı.
    Epiqrafik abidələr Qarabağda gedən tikinti işlərindən, Elxanilər dövrü və Qarabağ xanlarının mədəni-maarif fəaliyyətindən xəbər verir.
    Bu abidələr sırasına Füzuli rayonunun Babı kəndində yerləşən səkkiz güşəli Şeyx Babi Yəqub (XIII əsr) türbəsini aid etmək olar.
    Bərdədə bir türbə və Axsadanbaba türbəsinin binövrəsinin qalıqları var. Bu naxçıvanlı memar əhməd bin Eyyub əl-Hafiz an-Naxçıvaninin işidir.
    Cəbrayıl rayonunda Diridağ yaylasında orta əsr qəbristanlığı yerləşir. Orada dağılmış türbə binası var. Türbənin ətrafında müxtəlif bədii formaya malik qəbir daşları qalıbdır, onlardan ikisi qoç heykəllidir və Azərbaycanın digər dağətəyi rayonlarında mövcud olmuş abidələrin analoqudur.
    Laçın rayonunda Ağoğlan məbədinə gedən yolun sağında XVI əsrin at heykəlli və sənduqəformalı qəbir daşları var idi. Cicimli kəndində 1790-1791-ci ildə çaylaq daşından düzbucaqlı planda tikilmiş məscid binası mövcuddur.
    Füzuli rayonunun əhmədallar kəndində orta əsr qəbristanlığının yerində sənduqəformalı qəbir daşı qalmışdı (1024 h. =1615 il). Qarğabazar kəndində «Şah Abbas» karvansarasından yuxarı, qayanın üstündə «Qiyas əd-Din» məscidi durur. Yerli əhali onu «Şah Abbas» məscidi adlandırırdı. Kənddə yerləşən bulağın üzərində üç sətirli ərəbdilli yazı var. Yazıda deyilir ki bulağı 1305 ildə Gəncəli əmir Qarğabazarlının oğlu tikdirib.
    Qarabağ xanı Pənah xanın mərmər başdaşısı Ağdamda yerləşən türbəsindən Azərbaycan Tarix muzeyinə köçürülüb.
    Şuşa şəhərində memar Kərbəlayi Səfi xan Qarabağlı tərəfindən inşa edilmiş iki məscid və iki mədrəsə binası var. Bu haqda məlumatı məscidin üzərindəki kitabə xəbər verir. Memarın adına Füzuli rayonunun mərkəzində yerləşən məscidin, Bərdə şəhərində, Ağdamda olan məscidlərin, Şuşa şəhərinin bir sıra məhəllə məscidlərinin üzərində də rast gəlmək olar. Bütün bu abidələr XIX əsrin ikinci yarısına aiddir. (M. S. Neymat. Nadpisi djuma meçeti, naxodəheysə v qorode Şuşe. İzv. AN Az. SSR. Seriə obhestvennıx nauk, №1, 1961 q. , ss. 47,58 (na az. əz. ); ee je «Epiqrafiçeskie pamətniki Karabaxa. S-1 «Azerbaydjan i azerbaydjanüı» №11-12, 2002 q. ; R. Qarabaqlı. Arxitektor Kerbalai Safixan Qarabaqi. Baku, 1995, ss. 18-24, 30-35, 40-57).
    XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərirdi. Bunlar: Yuxarı Came məscidi, Aşağı Came məscidi, Təzə məhəllədə təmir olunmuş məscid, Malıbəyli, Gulablı, Şelli, Yusifcanlı, Mərəzəli, Xəzəristan, Lembran, Ağcabədi, Xəlil Fəxrəddinli, Xunaşın, Qərar kəndlərində məscidlər fəaliyyət göstərirdi. Şuşa qəzasında Hacı Yusifli, Heydəri, Hamam, Cula, Məriyanlı, Rahatlı, Dəmirçi, Hacı Mircanlı, Çoluçağa, Məhəli, Çuxur, Quyluq, Dördlər qurdu, Qapan kəndlərində də məscidlər var idi. ( MDTA f. 290, siy. 24, iş №124, vər. 5,6).
    Həmin illərdə Cəbrayıl qəzasında 15 məscid və 16 məscid baxıcısı mövcud idi. (MDTA f. 291, siy. 21, iş № 255, vər. 35-37; orada siy. 2, iş № 555, vər 58-75). 1911-ci ildə şiə məscidlərinin sayı Füzuli qəzasında 19, Şuşa qəzasında 50-yə çatır. ( V. A. Kulieva. Rolğ i poziüiə musulğmanskoqo duxovenstva v soüialğno-politiçeskoy i kulğturnoy jizni Azerbaydjana v XIX naçale XX vv. v rakurse arməno-azerbaydjanskix politiçeskix otnoşeniy. Baku, 2003, ss. 55-56). Hal hazırda bu abidələrin çoxu məhv olunub.
    Ümumiyyətlə son 200 ildə azərbaycan xalqı, onun maddi-mədəniyyət abidələri ermənilər tərəfindən genosidə məruz qalmışdır. Azərbaycan torpaqlarının işğalının ardınca kütləvi surətdə abidələr məhv olunur, erməniləşdirilir, yer adları dəyişdirilir. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, bu mənəvi genosid davam edəcək.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Vəfa Quliyeva Ermənilərin Azərbaycan xalqının maddi mədəniyyətinə qarşı ap

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 660

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş