Tofiq Həsənov 1906-cı il Şuşa hadisələrinə dair 1905-ci il Şuşa hadisələrində Şuşa qəzasının dövlət idarələrinə rəhbərlik edən Taqaşvili Fleyser və Qoloşapov kimi çinovnikləri erməni daşnaklarının Qarabağın yerli türk-müsəlman əhalisinə qarşı düşmən hərəkətlərinin nəinki qarşısını almırdılar, əksinə onları yerli türk əhalisinə qarşı davaya təhrik edirdi. Bir il sonra Rusiya məmurlarının himayəsi ilə silahlandırılan erməni daşnakları Qarabağda öz mənfur niyyətlərini həyata keçirməyə

Bu konu 1014 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan Tofiq Həsənov 1906-cı il Şuşa hadisələrinə dair 1014 Reviews

    Konuyu değerlendir: Azerbaycan Tofiq Həsənov 1906-cı il Şuşa hadisələrinə dair

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1014 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan Tofiq Həsənov 1906-cı il Şuşa hadisələrinə dair

    Tofiq Həsənov
    1906-cı il Şuşa hadisələrinə dair


    1905-ci il Şuşa hadisələrində Şuşa qəzasının dövlət idarələrinə rəhbərlik edən Taqaşvili Fleyser və Qoloşapov kimi çinovnikləri erməni daşnaklarının Qarabağın yerli türk-müsəlman əhalisinə qarşı düşmən hərəkətlərinin nəinki qarşısını almırdılar, əksinə onları yerli türk əhalisinə qarşı davaya təhrik edirdi. Bir il sonra Rusiya məmurlarının himayəsi ilə silahlandırılan erməni daşnakları Qarabağda öz mənfur niyyətlərini həyata keçirməyə başladılar. General Qoloşapovun yerinə Alftan təyin olundu. Erməni keşişi Aşot erməni qadınlarına ərizə yazdırıb imperatriçaya və qrafinya Voronsovaya göndərib general Qoloşapovun ikinci dəfə Şuşa qəzasına təyin olunmasına

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    olmuşdu. General Qoloşapov ikinci dəfə Şuşaya gəldikdən sonra öz məkrli niyyətlərindən əl çəkmədi. O, Şuşaya gələn kimi ermənilərin məhəlləsində erməni Kələntərovun hazırladığı iqamətgahda yerləşdirildi. Onun əmri ilə Şuşanın türk əhalisinin məhəllələrində olan rus ordusunun topları erməni küçələrinə keçirildi. Rus ordusunun kazakları və əsgərləri isə erməni məhəlləsi səmtində olan Köçərli məscidinin ətrafında qurulmuş çadırlarda yerləşdirildi. Onun gəlişindən bir neçə gün sonra dörd müsəlman meyvə apardıqları vaxt ermənilər tərəfindən Əsgəranda öldürüldülər. Bir neçə gündən sonra isə bir neçə müsəlman öz bağlarını suvardıqları vaxt ermənilər tərəfindən öldürüldülər. Ermənilər Şuşanın türk-müsəlman əhalisinin Ağdam, Ağcabədi, Bərdə ilə əlaqəsini kəsmək üçün Əsgəran yolunu bağladılar. Onlar özlərinə hər tərəfdən kömək gəlməsinə şərait yaradır, türk-müsəlmanlara isə hər hansı yardım göstərilməsinə imkan vermirdilər.
    1905-ci ilin payızında erməni silahlı dəstələri Cavanşir qəzasının Tərtər dərəsində yerləşən bütün türk-müsəlman kəndlərini dağıdıb, Ümüdlü kəndinin yüzlərlə sakinini vəhşicəsinə qırdılar, Xaçın dərəsini keçərək Sırxavənd kəndinə hücum etdilər. Qüvvələr bərabər olmadığından bir neçə döyüşdən sonra Sırxavənd əhalisi kəndi tərk etdi. Sırxavəndi qarət etdikdən sonra erməni silahlıları türk-müsəlman əhalisinin Dağbazar kəndlərini dağıtmaq fikri ilə Papravənd kəndinə hücum etmək üçün qəti qərara gəldilər. Erməni silahlı dəstələri Dağbazar türk-müsəlman kəndlərini dağıdıb Papravənd kəndinə hücuma hazırlaşdılar. 1906-cı il yanvar ayının 1-də Papravənd kəndinə hücuma keçdilər. Ağdamın Nəmirli, Qərvənd, Eyvazxanbəyli, Göytəpə, Boyəhmədli, Güllücə kəndlərindən Papravənd kəndinin köməyinə gəldilər. Bir günlük şiddətli döyüşdən sonra erməni daşnakları məğlub olub Ağdərə adlı erməni kəndinə çəkildilər. Ertəsi gün ermənilər yeni qüvvələrlə hücuma keçdilər. Döyüş vaxtı ermənilər toplardan da istifadə edirdilər. Bu döyüşlərdə erməni silahlılarından 120 nəfər öldürüldü, 200 nəfər ağır yaralandı. Türk-müsəlman döyüşçülərindən isə 15-i şəhid düşmüş və bir o qədər də yaralanmışdı. Erməni silahlıları geri çəkilməyə məcbur olmuşdular. Cənubi Qafqazda ilk ağır məğlubiyyətin əvəzini çıxmaq üçün erməni daşnak partiyası Tiflis, Gəncə, İrəvan, Bakı, Osmanlı Türkiyəsində yaşayan ermənilərə yazılı surətdə müraciət etdilər. Erməni daşnakları yazılı müraciətlərində hər kənddən 30-100 nəfər, şəhərlərdən isə minlərlə silahlı dəstələrin Şuşaya göndərilməsini tələb edirdilər. Tezliklə Şuşa şəhəri ətrafında general Qoloşapovun tədbiri ilə müxtəlif yerlərdən gəlmiş yeddi min erməni silahlısı cəmləşdi. Bu böyük canlı qüvvədən əlavə rus qoşunu tabeliyində 5 ədəd, ermənilərin tabeliyində altı ədəd top var idi. General Qoloşapov erməniləri əmin etmişdi ki, rus əsgərləri erməni silahlıları ilə birlikdə müsəlmanları qıraraq Böyük Məsciddən aşağı məhəllələrə qovacaqlar. General Qoloşapov Böyük Məscidə kimi Rastabazarı meydanı, Seytanabazarı və bütün digər evləri darmadağın edib yandırmağı öz üzərinə götürmüşdü.
    Qoloşapovun Kələntərovla əvvəlcədən hazırladıqları tədbirə əsasən rus əsgərləri erməni keşikçilərindən birini öldürərək türk-müsəlmanlar yaşayan tərəfə atdılar və sonradan səs saldılar ki, müsəlmanlar erməni keşikçisini öldürərək başını kəsmiş və tüfəngini də aparmışlar. 1906-cı il iyul ayının 12-də bir neçə gün bundan əvvəl öldürülmüş erməni meyidini general Qoloşapova göstərib “budur bu saat sənin qonşuluğunda yaşayan müsəlmanlar qətlə yetirmişlər” demişlər. Qabaqcadan hazırlanmış hiyləyə əsasən rus əsgərlərindən iki nəfər də gedib müsəlman mövqeləri tərəfdən ermənilərin səmtinə atəşlər açırlar. Davanı başlamaq üçün bəhanə axtaran general Qoloşapov heç bir araşdırma aparmadan erməni silahlılarını səngərlərə bölüşdürdü. Rus əsgərləri də dəstə-dəstə gəlib türk-müsəlman əsgərlərinin müdafiə olunmaq üçün qurduqları səngərləri mühasirəyə aldılar. Qoloşapovun məsləhəti ilə ermənilər 1906-cı il iyul ayının 12-də günorta vaxtı məscidin minarəsində müəzzin axırıncı “la ilahə illallah” sözlərini deyən məqamda ona tərəf bir güllə atdılar. Güllə müəzzinə toxunmayıb minarənin sütununa dəydi. Eyni zamanda general türk-müsəlman əhalisi yaşayan Köçərli məhəlləsini top atəşinə tutmağı əmr verdi. Eyni zamanda bir tərəfdən rus kazak dəstələri və əsgərləri, digər tərəfdən erməni könüllüləri türk müsəlmanlara qarşı davaya başladılar. Rus əsgər və kazakları və erməni silahlıları müsəlmanların səngərlərini gülləbaran etməyə başladılar. Rus əsgərləri ermənilərlə birləşərək Köçərli məhəlləsinin məscidinə və yaşayış evlərinə od vurdular. Beş gün ərzində erməni məhəlləsinə yaxın olan bütün türk-müsəlman əhalisinin evləri top atəşləri ilə dağıdıldı. Qoloşapovun rəhbərliyi ilə on bir topdan bir gün ərzində Şuşanın türk-müsəlmanlarına qarşı yüz iyirmi dəfə atəş açılmışdı. Şuşanın türk-müsəlman əhalisinin cəmi bir topu var idi ki, onu da Şuşalı bir türk ustası brüncdən tökmüşdü. Bu bir topu təkərlərin üstünə qoyub səngərləri dolandırıb, hər səngərdən bir neçə dəfə ermənilərə tərəf atəş açırdılar. Bu bürünc topun gurultusu rus və erməni topcularını vahiməyə salırdı. Şuşanın Divanxana darvazasından atanda Qız kilsəsi yanında bir darvazanı darmadağın etdi. Alamayı səngərindən yuxarı meydana tərəf atanda on səkkiz erməni silahlısı yaralandı və öldü. Dava başlayanda erməni və rus əsgərlərinə qarşı vuruşan Qalada-Şuşada yaşayan türk-müsəlman igidləri və cavanları idi. Şuşada 1906-cı il iyul ayında baş verən erməni-rus təcavüzünə qarşı bütün türk-müsəlman kişi əhalisi ilə yanaşı qadınlar da iştirak etmişlər. Qadınlar ermənilərə qarşı ölüm-dirim savaşı aparan atalarına, qardaşlarına, oğul və əsgərlərinə hərbi sursat daşıyırdılar. Dava başlanan üçüncü günün gecəsi və sabahı Sultan bəy Paşa bəy oğlu və İbrahim bəy Əli Məhəmməd bəy oğlunun başçılığı altında minlərlə igid və təcrübəli döyüşçülərdən ibarət cavanlar sursatla Qalaya-Şuşaya daxil oldular. Onlar evlərdə, məscidlərdə yerləşdirildilər. Üçüncü gün köməyə gələn türk-müsəlman silahlıları döyüşə başladılar. Bu andan ermənilərin tələfatı daha da artdı. İbrahim bəy öz dəstəsilə hücuma keçərək erməni silahlılarını yuxarı Xəlfəli qapısına tərəf çəkilməyə məcbur etdi. Ermənilər çəkildikləri mövqelərdə də xeyli itki verərək daha da yuxarıya tərəf çəkildilər. Ermənilərin ağır vəziyyətini görən general Qoloşapov rus qərargahlarında olan əsgər və zabitlərin müharibəyə qoşulmalarını əmr etdi. Qəflətən ermənilər tərəfindən atılan güllə İbrahim bəyi şəhid etdi. Beşinci gün müsəlmanların üstünə ümumi hücum başladı. Ermənilər hücumlarda xeyli təlafat verib geri cəkilməyə məcbur oldular.
    1906-cı il iyul ayının 12-dən 17-nə kimi beş gün gecə-gündüz davam edən davadan sonra ermənilər məğlub oldular. Müharibədən beş-altı gün sonra general Qoloşapov erməni və rus kilsələrinin baş keşişlərini, onlarla bərabər əllərində ağ və qırmızı bayraq bir dəstə rus əsgər və kazaklarını özü ilə götürüb musiqi çala-çala gəlib müsəlman meydanında durdu. General məscidə gəlib bu iki millət arasında sülh yaratmaq üçün camaatla danışdıqdan sonra, qazi və bir neçə nəfərlə müsəlman səngərlərinə getdilər. Səngərlərə baş cəkərək erməni meydanına gəldilər. Orada nitq söyləyib dağılışdılar. 1906-cı il iyulun 12-17-də beş gün davam edən şiddətli davada “Difai” təşkilatının böyük xidmətləri olmuşdur. Döyüşlərdə türk-müsəlman əhalisi tərəfindən 18 nəfər şəhid olmuşdur. Onlardan beş nəfəri tanınmış döyüşkən gənclərdən, qalanları isə küçə və evlərinin yanında ermənilər tərəfindən atəş açılaraq vurulub öldürülmüş qocalardan ibarət idi, 21 nəfəri isə yaralanmışdı. Şəhid olmuş müsəlmanlar məscidlərin həyətində dəfn olundular. Ermənilərdən isə 700-ə qədəri ölmüş, 287 nəfəri isə yaralanmışdı. Ölən ermənilərin 35 nəfəri Gəncədən, 100 nəfəri İrəvandan, 41 nəfəri daşnaksütun partiyasının üzvlərindən idi. Xankəndində olan rus hərbiçilərinin söylədiklərinə görə şəhərdən 400-ə qədər erməni ölülələri arabalarda kənara daşınmışdı. Şuşada gizlədilmiş erməni ölülərinin sayı isə məlum olmadı. On bir nəfər erməni döyüşdə əl və ayaqlarını itirmişdi. Rus hərbiçilərindən isə 31 nəfər ölmüşdü. Qoloşapov dövlət tərəfindən Qalanın-Şuşanın hakimliyindən çıxarıldı. O, 1906-cı il oktyabrın 19-da Şuşadan çox vahimə ilə çıxıb Tiflisə getdi. 1906-cı il noyabr ayının 1-də Tiflisdə general Qoloşapov faytona oturarkən “Difai” təşkilatının üzvü Ağdam bölgəsi Gülablı kənd sakini Hüsnü adlı bir nəfər tərəfindən iki dəfə atəş açılaraq ağır yaralanmış və bir neçə gün sonra ölmüşdür.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Tofiq Həsənov 1906-cı il Şuşa hadisələrinə dair

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1014

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş