Kullanıcı Tag Listesi

Salidə Şərifova “Qarabağ romanı” janrında qələmə alınmış romanlarda xronotop ədəbiyyatşünaslıqda xronotop anlayışı özlüyündə maraq doğurur. Yunanca xronotop «chronos»-zaman və «topos»- məkan birliyindən yaranmış məkan və zamanın vəhdəti kimi qəbul edilir. M. M. Baxtin xronotop faktorunun ədəbi əsərin janr mənsubiyyətini müəyyənləşdirən əsas amillərdən biri olduğunu qeyd etmişdir. Onun fikirlərinə görə xronotop formal-mahiyyət kateqoriyası olaraq ədəbi vaxtın və qəhrəmanın obrazının

Bu konu 831 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan Salidə Şərifova “Qarabağ romanı” janrında 831 Reviews

    Konuyu değerlendir: Azerbaycan Salidə Şərifova “Qarabağ romanı” janrında

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 831 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan Salidə Şərifova “Qarabağ romanı” janrında

    Salidə Şərifova
    “Qarabağ romanı” janrında qələmə alınmış romanlarda xronotop


    ədəbiyyatşünaslıqda xronotop anlayışı özlüyündə maraq doğurur. Yunanca xronotop «chronos»-zaman və «topos»- məkan birliyindən yaranmış məkan və zamanın vəhdəti kimi qəbul edilir.

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    xronotop faktorunun ədəbi əsərin janr mənsubiyyətini müəyyənləşdirən əsas amillərdən biri olduğunu qeyd etmişdir. Onun fikirlərinə görə xronotop formal-mahiyyət kateqoriyası olaraq ədəbi vaxtın və qəhrəmanın obrazının açıqlanmasında xüsusi rol oynayır.
    «Qarabağ romanı» janrının xüsusiyyətlərini açıqlayarkən xronotopun xüsusi mahiyyəti gözə çarpır. Qeyd etmək lazımdır ki, M. M. Baxtin xronotop anlayışını «vaxt-məkan» tandemi ilə açıqlayır. M. M. Baxtin özünün «Epos və roman» kitabında göstərmişdir ki, «ədəbi xronotopda anlaşılmış və konkret vahidlikdə məkan və vaxt əlamətləri qarışır. » ədəbi xronotop çərçivəsində məkan vasitəsilə vaxt və əksinə vaxt vasitəsilə məkan işıqlandırılır. Məhz bu qarşılıqlı əlaqə nəticəsində vaxt və məkan ədəbi vaxt və ədəbi məkana çevrilir.
    «Qarabağ romanında» «vaxt-məkan» göstəricilərinin qarışığı janrın müəyyənedici xüsusi faktoruna çevrilmişdir. İlk növbədə qeyd etmək olar ki, «Qarabağ romanı» janrında qələmə alınmış əsərlərdə vaxt və məkan arasında əlaqələr bir-biri ilə şərtlənir. Fazil Günayın (Abbasov) «Qara qan» əsərinin birinci kitabı olan «Aysu» əsərində xronotopun işlənilməsi məqamına diqqət yetirdikdə, müşahidə edirik ki, əsərdə hadisələr müəyyən məkanda və müəyyən zaman çərçivəsində baş vermişdir. Onlar arasındakı bağlılıq özünü qabarıq şəkildə göstərir. Məsələn, Fazil Günayın (Abbasov) «Qara qan» əsərində ərtur və Narçiçəyin toy mərasimində baş verən hadisələr müəyyən bir məkan və ona uyğun zamanda üzə çıxarılır. Müəllifin əsər daxilində bu xronotopdan sənətkarlıqla bir ədəbi priyom kimi istifadə etməsi diqqətdən yayınmır. Zaman və məkan arasında bağlılıq nəticəsi kimi erməni separatçılarının insanlığa sığmayan əməlləri müəyyən məkanda müəyyən zaman çərçivəsində onun təsviri ilə bağlıdır. Burada süjet zamanı özünü göstərir.
    «Qarabağ romanı» janrında qələmə alınmış əsərləri mütaliə edərkən, zaman və məkan təsvirlərinin informasiya xarakterli olması diqqəti xüsusi cəlb edir. Belə ki, bu janrda qələmə alınmış romanlarda istər məkanın təsviri, istərsə də zamanın təsviri bizə müəyyən informasiya verir. Çox hallarda bu informasiya rəmzi xarakter daşıyır. Leonard Latvak özünün «Zamanın ədəbiyyatda rolu» əsərində qeyd etmişdir ki, «bir fakt qaçılmazdır ki, son nəticədə ədəbiyyatda təsvir olunmuş məkanların təsviri faktlarla əsaslansalar belə, simvolik məqsəd ilə istifadə olunur. Müəyyən məkanların müəyyən yerlərlə və təcrübələrlə təkrar assosiasiyalar az qala arxetipik məkan simvolizminə gətirib çıxarır. » «Qarabağ romanı» janrında vaxt-məkan simvolizmliyi bütün müəlliflər tərəfindən istifadə olunur. Vaxt-məkan simvolizmliyi E. Mehrəliyevin «Doxsanıncı illər», Mahirə Abdullanın «əvvəl axır», Fazil Günayın (Abbasov) «Qara qan», Nüşabə Məmmədlinin «Zəngulə», Ağarəhim Rəhimovun «İkili dünyam», Elza Mollayevanın «əsir ürəklərin fəryadı» və s. romanlarında bu və ya digər formada özunu büruzə verir.
    Məsələn, Elçin Mehrəliyevin «Doxsanıncı illər» romanını nəzərdən keçirdikdə, romanın kompozisiyasının ekspozisiyası (hadisənin başlanğıcı) maraqlı bir başlanğıcla təsvir edilir. Hadisələrin ilk aydın mənzərəsinin yaranması üçün müəllif tərəfindən qış fəslinin təsvir olunması istifadə edilən ədəbi üsüllardan biridir və əsərin mahiyyətinin açıqlanmasına şərait yaradır. Romanın qışın təsviri fonunda başlanması simvolik xarakter daşıyır. əsərdə baş verəcək hadisələrin sərt və soyuq olacağının anlanılmasını tələb edir. Düzdür, hər bir qışdan sonra yazın olmasını nəzərə alsaq, «Doxsanıncı illər» romanının finalında (hadisənin sonu) Ümidin sağ qalması, dünyada əziz varlıq olan anası ilə qovuşması ilə bitməsi fikrimizə əyani sübutdur. Bu, Elçin Mehrəliyevin gənc Ümidin timsalında Azərbaycan millətinin gələcəyinə işarədir. Yazar millətimizin gələcəyini genetik milli dəyərlərə mənsub olan və eyni zamanda hələ də kamil şəxsiyyət kimi formalaşmamış gənclə əks etdirməyi ilə əsərdə göstərilməyən, lakin mənaca nəzərdə tutulan proloqu oxucuların öhdəsinə buraxmışdır.
    «Qarabağ romanı» topoqrafik xronotopuna diqqət yetirək. Elçin Mehrəliyevin «Doxsanıncı illər» romanının xronotopunun xüsusiyyətlərinə nəzər saldıqda, əsərin xronotopunda məkanı açıqlayaraq qeyd etmək olar ki, romandakı hadisələr anonim olaraq təsvir edilmir, əsərdə ermənilərin mənfur niyyətləri kəndin bütün evlərində danışılır. Ermənilər tərəfindən törədilmiş bəşəri cinayətlər isə hər yerdə özünü göstərir: hər bir kəsin sığınacaq yeri olan evində, ruhu sakitləşdirən təbiətin qoynunda, mağarada və s. Nəzəriyyəyə diqqət salsaq qeyd etmək olar ki, hər bir əsərin də bütöv zaman və məkanından başqa, əlavə bir sıra məkan və zamanları olur. Məkanların «qapalı» və «açıq» olmasını da nəzərdə saxlamalıyıq. Lakin, «Doxsanıncı illər»dəki təsvir edilmiş bütün bu məkanlar vahid məkan xronotopudur.
    Bununla belə, yazarlarımızın qələmə almış olduqları Dağlıq Qarabağ problemlərini əks etdirən romanlarında klassik qapalı məkan nümunələrinə daha çox rast gəlirik. «Qarabağ romanı» janrında qələmə alınmış romanların da özünəməxsus məkanlarının mövcudluğu qabarıq şəkildə diqqəti cəlb edir. Məhz bu janrda qələmə alınmış romanlarda qapalı məkana - ermənilərin azərbaycanlı əsirlərini saxladıqları tövlələr parlaq misaldır. «Qarabağ romanı» janrında qələmə alınmış əsərlərdə qapalı məkandan istifadə edilməsi ermənilərin mənfur əməllərinin ifşasında istifadə olunan bir priyom kimi dəyərləndirilməlidir. Nüşabə Məmmədlinin «Zəngulə» əsərində erməni millətçilərinə əsir düşmüş azərbaycanlıların Xankəndi yaxınlığında bir tövlədə yerləşdirilmələri, qız-gəlinlərimizin onların əllərində oyuncağa çevrilmələri məhz qapalı məkanda əksini tapmışdır. Göründüyü kimi, müharibə olaylarını işıqlandıran yazarlar əsirlik problemindən yan keçməmişlər. Erməni əsirliyinə düşmüş azərbaycanlılara qarşı qeyri-insani münasibətlər və törədilən qəddar əməllər, əsirlərin bədən hissələrinin donor qismində satılması Azərbaycan yazıçılarını düşündürməyə bilməzdi. Qeyd etmək lazımdır ki, erməni əsirliyi ilə əlaqəli romanlarda işıqlandırılmış hadisələrin əksər hissəsi real faktlara əsaslanır. Real tarixi məkanda və tarixi zamanda nəqli ilə maraq dairəsinə çevrilir.
    «Qarabağ romanı» janrında olan romanlarda geniş şəkildə istifadə edilən məkanlardan biri də kənddir. Kəndin etnosun başlanğıcı kimi qəbul etməyimizi nəzərə alaraq deməliyik ki, hadisələrin məhz bu cür məkanda təsviri yazıçıya öz ideyasını ətraflı açmağa şərait yaradır. Məsələn, E. Mehrəliyevin «Doxsanıncı illər» romanında ermənilərin cinayətkar əməllərinin dəhşətli tərəflərinin aydın işıqlandırılması süjet xəttində geniş istifadə edilən üsullardan biridir. Kənd camaatının şirin yuxuda yatdıqları yerdə erməni hücumlarının təsvirinin verilməsi gözlərimiz önündə canlanır: «Kənddən çıxmağa macal tapanları təqib edən ermənilər döşün başında göründülər. Onlar sübhün alatoranına qarışa-qarışa Donqar düzü gülləyə tuturdular. Çığırtı, bağırtı səslərinə fəryad, inilti sədaları da qarışdı: güllə tutub yaralananlar, qorxudan özlərini itirib ayaqları dolaşaraq yıxılanlar üzü aşağı yumalanırdılar». Bununla yanaşı, XX əsrin əvvəllərində, tarixi zaman çərçivəsində ermənilərin Bakıda törətdikləri fitnə-fəsad, azərbaycanlılara qarşı törətdikləri soyqırım da əsərin süjet xəttində ətraflı şəkildə əksini tapır: «Və elə indiki kimi ara birdən-birə qarışdı, elə bil hökumət-zad yox idi, bir tərəfdən ermənilər, o biri tərəfdən qaçaq-quldur adamları qırıb-çatmağa, var-dövlətlərini ələ keçirməyə başladılar. Kim kimi öldürürdü qanı batırdı. Deyirdilər ki, Bakıda qan su yerinə axır, Qubada, Şamaxıda, Hacıqabulda kəndlər dağıdılır, adamlar məhv edilir. »
    «Qarabağ romanı»nın xrontopunun xüsusiyyətlərindən biri də tarixi və real vaxtın bir-biri ilə qarışmasıdır ki, bu da ermənilər tərəfindən separatçı yönəmlərinin bir neçə tarixi pillələri ilə əlaqəlidir. Fazil Günayın «Qara qan» romanında tarixi faktlara münasibət olayların tarixi zaman və məkanda təsviri ilə bağlı olması da nəzərdən qaçmır: «…bizim əsrin əvvəllərində dünyada təbəddülat başlayanda dediyiniz o əclaflar nələr etmişlər? 1915-ci ildə Türkiyənin şimalında etnik təmizləmə apararaq qadınları, uşaqları tonqallarda yandırmışlar. 1905-1907-ci illərdə elə bu Qarabağda, Zəngəzurda, 1918-ci ilin martında Bakıda, yenə Zəngəzurda, Şamaxı və Qubada dinc əhalini kəsib doğramışlar, məscidə yığıb yandırmışlar. » Bu olayın xatırlanması tarixi hadisələrin tarixi vaxtla verilməsi və məkanın isə Azərbaycanın doğma tarixi torpaqları olması digər «Qarabağ romanı» janrında qələmə alınmış əsərlərdə özünü qabarıq şəkildə göstərir. Onu da xüsusi vurğulamaq lazımdır ki, «Qarabağ romanı» janrında qələmə alınmış romanlarda tarixi hadisələr özünü tarixi zaman və tarixi məkan konsepsiyasında büruzə verməklə yanaşı, informasiya xarakterli olur. Hər hansı bir oxucu bu cür əsərlərdə qələmə alınmış xronotopun vasitəsilə hər hansı bir tarixi faktı, məlumatı əldə edir. «Qarabağ romanı» janrında qələmə alınmış romanlarda konkret olaraq tarixi zaman süjet və bədii zamanla əlaqəli şəkildə təzahür edir. Hadisələrin isə Azərbaycanın tarixi torpaqları məkanında baş verməsi özünü göstərir.
    Elçin Mehrəliyevin «Doxsanıncı illər» romanında XX əsrin əvvəllərində ermənilərin Bakıda törətdikləri fitnə-fəsad, azərbaycanlılara qarşı törətdikləri soyqırım da əsərin süjet xəttində ətraflı şəkildə əksini tapır: «… Bakıda qan su yerinə axır, Qubada, Şamaxıda, Hacıqabulda kəndlər dağıdılır, adamlar məhv edilir. Amma Qəmzəgil tərəflərdə hələ sakitlik idi, əziz bəy silahlı dəstə düzəltdiyindən gücündən qorxub çəkinirdilər. Andronikin Gorusdan Şuşaya keçəcəyi barədəki xəbər yayılanda bu tərəflərdəki əlaltıları da fəallaşdılar, baş qatmaq üçün əl-qol açıb orda-burda təxribatlar törətməyə başladılar. Məqsəd düşmən ordusunun Zəngəzurdan Qarabağa yeriməsinə əlverişli şərait yaratmaq idi. » Müəllif tərəfindən Qəmzə Abbas qızının vasitəsilə tarixi faktları xatırlanması, ermənilərin tarix boyu törətdikləri vəhşiliklərin yaddan çıxmaması ilə yanaşı hadisələrin xronotop çərçivəsində açıqlanması əsərdə diqqətimizə çatdırılır. Elçin Mehrəliyev əsərində xronotopdan məharətlə istifadə etməklə, ermənilərin aparmış olduğu siyasəti və törətdikləri vəhşilikləri açmağa nail olur. E. Mehrəliyev «Doxsanıncı illər» romanı yaxın və uzaq tarixi keçmişimizi özündə əks etdirmişdir. əsərin təqdirəlayiq keyfiyyəti onun Azərbaycan xalqının keçmiş tarixi və müasir dövrü arasında qırılmaz körpü rolunda çıxış etməsidir. Bu cür yanaşmanın tədbiq edilməsi əsərin pafosunu müəyyənləşdirmişdir. Belə ki, E. Mehrəliyev Azərbaycan tarixinin ən aktual mövzusuna müraciət edərək əsərdə onun həm tarixi köklərini, həm də son illərdə baş vermiş hadisələrinin əhatə olunmasına nail olmuşdur.
    «Qarabağ romanı»nın psixoloji xronotopuna toxunaraq, onun obrazlarının psixoloji durumunun işıqlandırılmasında vaxt və məkanın önəmli rol oynaması gözə çarpır. Məsələn, Nüşabə Məmmədli «Zəngulə» romanında erməni millətçiliyinin uzunmüddətli faktora çevrilməsi və azərbaycanlılarla ermənilər arasında qeyri-tolerant münasibətlərin yayılması səbəblərinə və erməni millətçilərinin müxtəlif dövrlərdə törətmiş əməlləri arasında «varislik» amilini zaman və məkan çərçivəsində işıqlandırdığı zaman erməni obrazının psixoloji xronotopunu açıqlayır (bu tip xrontopun oxşar göstəriciləri digər romanlarda da öz əksini tapır). N. Məmmədli romanında XX əsrin əvvəllərində ermənilər tərəfindən törədilmiş fəlakətlərin işıqlandırılmasına xüsusi diqqət yetirir. Hadisələrin isə tarixi zamanda Qiyamət nənənin xatirələri əsasında olmuş hadisələrin nəqli maraq doğurur. Belə ki, unutqanlığımızın nəticəsi kimi tarixdə baş vermiş olayların yaddaşlardan bilərəkdən silinməsinin nəticəsidir ki, millətimizin başına gətirilmiş haqsızlıqlar və zülmlər yaddan çıxarılmışdır. Qiyamət nənənin atası əsgər kişinin kürəyinə ermənilər tərəfindən qaynayan samovarın şələlənib dərə aşağı qovulması, əsgər kişinin tükürpədici qışqırtısına kənd qadınlarının «Allah, qiyamət günü çatıb! İlahi özün kömək ol! Ay Allah, yatmısansa oyan, oyaqsansa, səbrini tükəndir, varlığını görk elə!» kimi yalvarışları erməni yaraqlılarının törətdikləri faciələrin ağrı və ağırlığını bir canlı mənzərə kimi gözümüzdə canlandırır.
    «Qarabağ romanı» janrında qələmə alınmış romanlarda Qarabağ dərdi, orada törədilmiş cinayət əməllərin və onların fəsadlarının xronotop çərçivəsində ürəkağrısı ilə qələmə alınmasının bir daha şahidinə çevrildik. Bu janrda qələmə alınmış romanları mütaliə edərkən, bir daha əmin oluruq ki, Qarabağ müharibəsi xalqımız üçün bir faciədir. Bu tip romanlar bizi Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər rayonlarının işğalına biganə qalmamağa çağırış kimi səslənir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Salidə Şərifova “Qarabağ romanı” janrında

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 831

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş