Məryəm Oruclu Qarabağ probleminin həlli ilə əlaqədar təklif edilən variantlar və onların mahiyyəti 2006-cı ildən etibarən Qarabağ münaqişəsi ilə əlaqədar aparılan danışıqlar demək olar ki, yeni mərhələyə qədəm qoydu. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsdərləri 8 illik fasilədən sonra münaqişənin həlli ilə bağlı dördüncü həll modelini, yəni “Çərçivə sənədini” irəli sürdülər. Lakin Qarabağ probleminin həlli ilə əlaqədar indiyə qədər 3 həll modeli - “Paket” həll modeli (1997-ci il 18 iyul),

Bu konu 1880 kez görüntülendi 0 yorum aldı ...
Qarabağ probleminin həlli ilə əlaqədar təklif edilən variantlar və onların mahiyyəti 1880 Reviews

    Konuyu değerlendir: Qarabağ probleminin həlli ilə əlaqədar təklif edilən variantlar və onların mahiyyəti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1880 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Qarabağ probleminin həlli ilə əlaqədar təklif edilən variantlar və onların mahiyyəti

    Məryəm Oruclu
    Qarabağ probleminin həlli ilə əlaqədar təklif edilən variantlar və onların mahiyyəti


    2006-cı ildən etibarən Qarabağ münaqişəsi ilə əlaqədar aparılan danışıqlar demək olar ki, yeni mərhələyə qədəm qoydu. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsdərləri 8 illik fasilədən sonra münaqişənin həlli ilə bağlı dördüncü həll modelini, yəni “Çərçivə sənədini” irəli sürdülər. Lakin Qarabağ probleminin həlli ilə əlaqədar indiyə qədər 3 həll modeli - “Paket” həll modeli (1997-ci il 18 iyul), “Mərhələli həll” (1997-ci il 2 dekabr), “Ümumi dövlət” həll modeli (1998-ci il 7 noyabr) - irəli sürülmüşdür.
    Qarabağ münaqişəsinin “paket” yolu ilə həlli variantı əsasən bütün mübahisəli məsələlərə dair ilkin razılıq əldə edilməsini, razılaşmanın qarşıdakı sülhün bütün problemlərini əks etdirən “paketə” toplanmasını və bunların gələcəkdə gerçəkləşdirilməsini nəzərdə tutur. Münaqişənin bu həll variantında əsas olaraq Dağlıq Qarabağın statusu məsələsi önə keçir. Azərbaycanın bu həll variantına razılıq verməsi Dağlıq Qarabağdan imtina edilməsini əks etdirən sənədə imza atması demək olardı. Ona görə də ilk növbədə Dağlıq Qarabağın statusu məsələsində konsensus əldə edilmədiyindən təklif edilmiş bütün “paket” variantları uğur qazana bilmədi. Xüsusilə bu variantlardan ən məşhuru 1997-ci ilin iyulunda ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülmüş sonuncu “paket” həll variantı gerçəkləşməmiş olaraq kənara qoyuldu. Buna baxmayaraq, Ermənistanın rəsmi dairələri indi də münaqişənin “paket” prinsipləri ilə həllinə tərəfdar olduqlarını bəyan edirlər.
    Qarabağ münaqişəsinin mərhələli həll modeli 1997-ci ilin dekabrında “paket” həll modelinin əvəzinə təklif edildi. Bu modelin mahiyyəti ondan ibarətdir ki, münaqişə tərəfləri Dağlıq Qarabağın statusu məsələsi də daxil olmaqla bütün münaqişənin tam yoluna qoyulmasına hazır olmadıqları üçün heç olmasa tərəflərin indiki ana qədər razılaşdırdıqlarını gerçəkləşdirmək lazımdır. Yəni ermənilər Dağlıq Qarabağa aid olmayan işğal etdikləri digər Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarır. Sonrakı mərhələdə qaçqınlar azad olunmuş torpaqlara qaytarılır. Laçın dəhlizi hələ ki, bu sıraya aid edilmir. “Laçın dəhlizi”nin hüdudları mübahisəli məsələ olduğundan bunu sonrakı danışıqların gedişində həll etmək planlaşdırılırdı. Bu həll modelindən Ermənistan imtina etdi, bu model ətrafında münaqişənin nizamlanmasının bir sıra aspektləri ziddiyyətli olduğundan Ermənistanın prezidenti L. Ter-Petrosyan istefaya getdi.
    Azərbaycanda isə əksər ekspertlər Qarabağ münaqişəsinin həllinin Azərbaycan reallığı üçün bir qədər qeyri-adi çalara malik variantını, yəni Dağlıq Qarabağın statusunu açıq saxlayan mərhələli həll variantını müzakirə edirlər və bu varianta üstünlük verirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri isə həmişə olduğu kimi münaqişə zonasında hərbi qüvvələrin azaldılmasına dair Azərbaycan tərəfinin konstruktiv təklifləri ilə erməni tərəfinin eyni dərəcədə aydın istəyi, yəni Dağlıq Qarabağın statusu üzrə müəyyən siyasi qərar çıxarılmasını görmək istəyi arasında vurnuxurlar.
    Beləliklə, məlum səbəblər üzündən Qarabağ probleminin nizamlanması ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin etdikləri səylər dalana dirəndi. Yalnız 1998-ci ildə Minsk Qrupunun həmsədrlərinin fəallığı hiss olunmağa başladı və vasitəçilər “ümumi dövlət” şərti adı ilə tanınan yeni təşəbbüslə çıxış etdilər.
    Sənədin “Dağlıq Qarabağın statusu haqqında saziş” adlanan birinci bölməsində əsas olaraq aşağıdakı müddəalar nəzərdə tutulur:
    1. Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumudur və Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində onunla ümumi dövlət yaradır.
    2. Azərbaycan və Dağlıq Qarabağ birgə səlahiyyətlər sahəsinə aid siyasəti və fəaliyyəti müəyyənləşdirmək üçün prezidentlərin, baş nazirlərin, parlamentlərin sədrlərinin nümayəndələrinin daxil olacağı birgə komitə yaradırlar. Əlaqə saxlamaq və birgə tədbirləri əlaqələndirmək üçün Bakıda və Stepanakertdə müvafiq olaraq Dağlıq Qarabağın və Azərbaycanın nümayəndəlikləri yaradılır.
    3. Dağlıq Qarabağ xaricdə müvafiq nümayəndəliyi olmaq şərtilə iqtisadiyyat, ticarət, elm, mədəniyyət, idman və humanitar sahələrdə əcnəbi dövlətlərlə, bu problemlərlə bağlı olan regional və beynəlxalq təşkilatlarla birbaşa xarici əlaqələr saxlamaq hüququna malik olacaqdır. Dağlıq Qarabağ özünün mənafeləri ilə bağlı məsələlər üzrə Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində iştirak edir. Belə məsələlər haqqında qərarlar iki tərəfin razılığı olmadan qəbul edilə bilməz.
    4. Dağlıq Qarabağ hökuməti özünün xüsusi maraqları olan xarici dövlətlərdəki Azərbaycan səfirliklərində və ya konsul idarələrində öz nümayəndələrinə malik ola, habelə beynəlxalq danışıqlarda, əgər bunlar Dağlıq Qarabağın mənafelərinə aiddirsə, - iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində öz ekspertlərini göndərə bilər.
    5. Dağlıq Qarabağın sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə uyğun olacaqdır. Onların mümkün olan dəqiqləşdirilməsi və ya dəyişdirilməsi Azərbaycanla Dağlıq Qarabağ arasında xüsusi qarşılıqlı razılaşmaların mövzusu ola bilər.
    Birgə komitə çərçivəsində aradan qaldırıla bilməyən mübahisələr və ya fikir ayrılıqları yarandıqda tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin məsləhətçi rəyini soruşa bilərlər və o, qəti qərar qəbul edilərkən nəzərə alınacaqdır.
    Təklif edilən sənəddə, o cümlədən, Dağlıq Qarabağın statusuna aşağıdakı hüquqlar və imtiyazlar da daxildir:
    1. Dağlıq Qarabağın referendumda Dağlıq Qarabağ xalqı tərəfindən qəbul edilmiş öz konstitusiyası olacaqdır. Bu konstitusiya Dağlıq Qarabağın statusu haqqında sazişin müddəalarını inkorporasiya edəcəkdir. Müvafiq olaraq Azərbaycan bu sazişin inkorporasiyası üçün öz konstitusiyasına dəyişikliklər edəcəkdir.
    Bu sazişin və ya Dağlıq Qarabağ və Azərbaycan konstitusiyalaırının onu inkorporasiya edən hissələrinin müddəaları hər üç tərəfin razılığı olmadan dəyişdirilə bilməz.
    2. Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağın Konstitusiyası və qanunları işləyir. Əgər Azərbaycan qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın Konstitusiyasına və qanunlarına zidd deyilsə, onun ərazisində qüvvəyə malikdir.
    3. Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaqdır.
    4. Dağlıq Qarabağ öz Konstitusiyasına müvafiq olaraq qanunvericilik, icra və məhkəmə orqanlarını müstəqil surətdə formalaşdırır.
    5. Dağlıq Qarabağ vətəndaşlarının şəxsiyyət vəsiqəsi kimi üzərində xüsusi olaraq “Dağlıq Qarabağ” yazılmış Azərbaycan pasportu olacaqdır. Yalnız Dağlıq Qarabağ hökumətinin belə pasportları vermək hüququ olacaqdır.
    6. Dağlıq Qarabağın erməni mənşəli vətəndaşları Ermənistana mühacirət edə və oraya daimi yaşamağa köçdükdə, həmin ölkənin qanunlarına müvafiq olaraq Ermənistan vətəndaşlığı ala bilərlər.
    7. Dağlıq Qarabağ əhalisinin Azərbaycan parlamentinə öz nümayəndələrini seçmək və Azərbaycan prezidenti seçkilərində iştirak etmək hüququ var.
    8. Dağlıq Qarabağ azad iqtisadi zona olacaq, Azərbaycan pul nişanları ilə yanaşı işlənən öz pul nişanlarını buraxmaq hüququna, habelə öz markalarını buraxmaq hüququna malik olacaqdır. Dağlıq Qarabağın Ermənistanla və Azərbaycanla azad və maneəsiz nəqliyyat və rabitə əlaqələri saxlamaq hüququ olacaqdır.
    9. Dağlıq Qarabağın könüllülük əsasında formalaşdırılan milli qvardiyası (təhlükəsizlik qüvvələri) və polis qüvvələri olacaqdır. Bu qüvvələr Azərbaycan hökumətinin razılığı olmadan Dağlıq Qarabağdan kənarda fəaliyyət göstərə bilməz.
    10. Azərbaycan ordusu, təhlükəsizlik qüvvələri və polisi Dağlıq Qarabağın hakimiyyət orqanlarının razılığı olmadan Dağlıq Qarabağ ərazisinə daxil olmaq hüququ olmayacaqdır.
    11. Erməni dili Dağlıq Qarabağın rəsmi dili, Azərbaycan dili isə ikinci rəsmi dilidir. Onun vətəndaşları bütün rəsmi və qeyri-rəsmi hallarda digər doğma dillərdən də istifadə edə bilərlər.
    12. Dağlıq Qarabağın büdcəsi öz mənbələrindən alınan vəsaitdən ibarət olacaqdır. Dağlıq Qarabağ hökuməti Azərbaycan şirkətlərini və xarici şirkətləri, şəxslərini kapital qoymağa həvəsləndirəcək, buna təminat verəcəkdir .
    Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi sənədin əsas müddəalarından da aydın olur ki, bu sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsi formal olaraq öz əksini tapır. Əksinə, Dağlıq Qarabağa daha geniş səlahiyyətlər, hətta bütün sahələrdə ona müstəqillik səviyyəsində səlahiyyətlər verməkdən söhbət gedir. Əslində “ümumi dövlət” modeli ilə əlaqədar irəli sürülən təklifin mahiyyəti 1995-ci ilə qədər Rusiyanın vasitəçilik missiyası zamanı təklif etdiyi Cənubi Qafqaz ölkələrində federalizm konsepsiyası ilə eynilik təşkil edir. Sonrakı dövrdə Gürcüstanın və Azərbaycan mövqeyi ilə əlaqədar bu təklifdən imtina edilmişdi.
    Təsadüfi deyil ki, Dağlıq Qarabağ və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən irəli sürülmüş “ümumi dövlət” prinsipləri əsasında danışıqların aparılmasına hazır olduqlarını bəyan etdilər. Lakin Azərbaycan beynəlxalq hüquq normalarını və milli maraqları əsas tutaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsiplərinə ciddi təhlükə olan bu təklifdən imtina etdi .
    Dördüncü “Çərçivə sazişi”ni (2006) əvvəlki həll variantları ilə müqayisə etdikdə sonuncu sülh sazişi Azərbaycanın sərhəd toxunulmazlığını referenduma çıxarmağı tövsiyə edir. Ekspertlərin fikrincə 1998-ci ilin noyabrında vasitəçilərin təklif etdikləri ümumi dövlət (yaxud konfederativ dövlət) modeli simvolik də olsa, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tuturdu. Sonuncu “çərçivə sazişi” modeli isə əslində Azərbaycanı 2 müstəqil dövlətə bölmək xəttini təklif edir.
    “Çərçivə sazişi”nin əsas prinsipləri bunlardır: Ermənistan Azərbaycanın işğal olunmuş 5 rayonunu qaytarır, bu ərazilərdə sülhməramlı qüvvələr yerləşdirilir. Dağlıq Qarabağın statusu məsələsi həll olunur, sonra isə Kəlbəcər və Laçının taleyi müəyyənləşir. Dağlıq Qarabağın statusu məsələsi isə orada referendum yolu ilə müəyyənləşir. Mətbuatda gedən açıqlamalardan aydın olur ki, 1989-cu ilə qədər Dağlıq Qarabağda yaşayan azərbaycanlıların belə referendumda iştirak etməsi sual altındadır. Hətta azərbaycanlıların da referendumda iştirakı vəziyyəti dəyişmir və ermənilərin referendumda qələbəsini əngəlləyə bilmir. Çünki 1989-cu ilə qədər Dağlıq Qarabağda 145 min erməni və 45 min azərbaycanlı yaşayırdı. Ona görə də ermənilərin bu şərtə razılıq vermələri belə vəziyyətin Azərbaycanın xeyrinə dəyişəcəyini vəd etmir. Azərbaycanın bu şərtlər daxilində referenduma razılıq verməsi çox ciddi təhlükə ola bilər. Beləliklə,Qarabağ münaqişəsinin həlli ilə əiaqədar irəli sürülən bütün variantlar bu və ya digər səbəbdən həyata keçirilmir ve münaqişənin həlli sonu görünməyən sonsuzluğa qədər uzanır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qarabağ probleminin həlli ilə əlaqədar təklif edilən variantlar və onların mahiyyəti

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1880

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş